Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 8/77

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Qafar Vəli oğlu Quliyev 2 saylı Şərur, Tərlan Bayram oğlu Əhmədov 71 saylı Masallı kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Elçin Vaqif oğlu Məmmədov 2 saylı Şərur, Nərgiz Zakir qızı Pənahova 102 saylı Samux-Şəmkir, Tərlan Cavanşir oğlu Piriyev 111 saylı Zaqatala-Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

07.04.2015

 

Azərbaycan. - 2015.- 8 aprel.- S.6.