Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 may tarixli 882 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Sazişin icrasını və ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

 

Komissiyanın həmsədri

 

Fazil Məmmədov       -           Azərbaycan Respublikasının vergilər naziri

 

Komissiyanın üzvləri:

 

İltimas Məmmədov    - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Xələf Xələfov -           Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahil Babayev -          Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

Natiq Abbasov           -          Azərbaycan Respublikası energetika nazirinin müavini

Abbas Vəlibəyov        -           Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Nazim Səmədov         -           Azərbaycan Respublikası mədəniyyət turizm nazirinin müavini

Ehtiram Rəhimov       -           Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini

Kamil Xasiyev            -           Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə səlahiyyətli səfiri

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan Respublikası hökuməti Xorvatiya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Xorvatiya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 15 aprel 2015-ci il

Azərbaycan.-2015.- 16 aprel.- S. 1.