Azərbaycan Respublikasının Milli Məclisi yanında

Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibində aşağıdakı dəyişikliklər edilsin:

1. Budaq Əbdüləli oğlu Budaqov Həsən İbrahim oğlu Mirzəyev vəfatları ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibindən çıxmış hesab edilsinlər.

2. Əhəd Mikayıl oğlu Abıyev, Əli Musa oğlu Qasımov Fəridə Cəfər qızı Məmmədova Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının üzvlüyündən azad edilsinlər.

3. Azərbaycan Respublikası Milli Məclisi Regional məsələlər komitəsi sədrinin  müavini Fəttah Səməd oğlu Heydərov AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Mahmud oğlu Məmmədov Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının üzvləri təyin edilsinlər.

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 Bakı şəhəri, 14 aprel 2015-ci il

Azərbaycan.-2015.- 16 aprel.- S.1.