Azərbaycan İran hər zaman bir-birinin yanındadır

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə rəsmi səfərdə olan İranın kooperasiya, əmək sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Əli Həsənov Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyevin xüsusi rolu olduğunu deyib. Əlavə edib ki, bu əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ötən il hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin inkişafını daha da sürətləndirib. Baş nazirin müavini ikitərəfli münasibətlərin genişləndirilməsində diplomatik nümayəndəliklərin böyük fəallıq göstərdiklərini qeyd edib.

Əsl dostluğun, qardaşlığın çətin ağır günlərdə özünü açıq büruzə verdiyini deyən Baş nazirin müavini Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkdiyi dövrdə İran humanitar təşkilatlarının ölkəmizə etdikləri yardımlardan danışıb. Əli Həsənov deyib: “Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü, bir milyondan çox qaçqın məcburi köçkün probleminin yarandığı vaxtda ölkəmizə ilk yardım əlini uzadan dövlətlərdən biri qonşu, dost qardaş İran oldu. Məhz bu dövrdə İranın İmam Xomeyni İmdad Komitəsi Azərbaycanda fəaliyyətə başladı 20 ilə yaxın ölkəmizdə yüksək səviyyədə fəaliyyət göstərdi. Təxminən 50 milyon dollar həcmində müxtəlif proqramlar həyata keçirdi”.

Əli Həsənov Azərbaycanın İran ilə bütün istiqamətlərdə əməkdaşlığa hazır olduğunu vurğulayıb, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyini qeyd edib.

Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu gün ölkəmizin ən əsas problemi olduğunu deyib. Bildirib ki, Azərbaycan hökuməti Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranmış bir milyondan çox qaçqın məcburi köçkünlərin problemlərini tam həll etmək iqtidarındadır. Ancaq ən əsası problemin həlli Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsidir. Əli Həsənov bildirib: “Təəssüf ki, bu gün dünyada ədalətsizlik hökm sürür. İyirmi ildən çoxdur ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, ATƏT-in, Avropa Şurasının qərarları icra olunmur. Bu zaman sual yaranır üçün, hansı səbəbdən? ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağ probleminin həlli ilə səthi məşğul olurlar, ona görə nəticə yoxdur. Bəlkə onlar münaqişənin həllində maraqlı deyillər. Necə olur ki, BMT Təhlükəsizlik Şurası Liviya haqqında qərar qəbul etdi 2 saatdan sonra NATO bu ölkəyə daxil oldu?! Yaxud İraqda, Əfqanıstanda guya diktatura rejimini dəyişdilər. Əvəzində verdilər? Belə bir vəziyyətdə müsəlman ölkələrinin həmrəyliyinə əməkdaşlığına ciddi ehtiyac var. Regionda İran Türkiyə kimi böyük müsəlman dövlətləri var, Azərbaycan da son 20 ildə beynəlxalq aləmdə layiqli yerini tutub. Hesab edirik ki, İran, Türkiyə Azərbaycanın həmrəyliyi qədər güclənsə, bu, həm region, həm ölkələrimiz üçün faydalı olar. Bu həmrəylik qədər güclü olsa, bizə yanaşma da dəyişəcək”. Baş nazirin müavini Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün regionun güclü dövləti olan İranın da Ermənistana təzyiqi artırmasının vacibliyini vurğulayıb.

Ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini vurğulayan Əli Həsənov təəssüflə bildirib ki, Azərbaycan İran arasında münasibətlərin soyumasında maraqlı olan bəzi qüvvələr var, əlaqələrimizə qısqanclıqla yanaşanlar var. Ancaq bilirik ki, bu iki xalq, dövlət arasında nifaq salmaq mümkün deyil.

Səfərinin səmərəli nəticələrinin olacağına əminliyini bildirin Əli Rəbii ölkəmizdə bir sıra önəmli görüşlər keçirəcəyini diqqətə çatdırıb. Nazir əlillərlə bağlı müxtəlif birgə layihələrin keçirilməsinə hazır olduqlarını bildirib. Qeyd edib ki, əlillərin reabilitasiyası, onlara müxtəlif peşələrin öyrədilməsi sahələrində əməkdaşlıq etmək üçün imkanlar var.

Ölkələrimiz arasındakı münasibətlərə dair səslənən fikirlərlə həmrəy olduğunu bildirən qonaq Azərbaycan torpaqlarının işğal altında qalmasının İran üçünxoş olmadığını qeyd edib. O deyib: “Biz də münaqişənin tezliklə ədalətli şəkildə həll olunmasını istəyirik. Beynəlxalq qurumların qəbul etdikləri qətnamələrin tez bir zamanda icra olunması üçün təzyiq göstərilməsinin vacibliyini bildiririk. Ümid edirik ki, münaqişə qısa müddətdə sülh yolu ilə ədalətli həllini tapacaq. Əminliklə deyə bilərəm ki, biz sizin yanınızdayıq və problemlərimizi birgə həll etməliyik”.

Qeyd edək ki, görüşdən əvvəl iranlı nazirin başçılıq etdiyi nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub. Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qonaqlara məcburi köçkün ailələri üçün salınmış məhəllə haqqında məlumat verib. O, Azərbaycanın dilbər guşələrindən olan Zəngilanın ermənilər tərəfindən işğal edilməsindən, dövlətin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışıb.

Nazir Əli Rəbii məhəllədə tikilmiş və lazımi avadanlıqla təchiz edilmiş 280 yerlik uşaq bağçasında da olub, burada balacaların ifasında rəqslərə baxıb.

 

Azərbaycan.-2015.- 16 aprel.- S.3.