Azərbaycan hökuməti ilə Ümumdünya
Turizm Təşkilatı
arasında saziş imzalanıb
Azərbaycanın
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti
aprelin 14-15-də İspaniyanın paytaxtı Madriddə
keçirilən Dünya Səyahət və Turizm
Şurasının qlobal sammitində iştirak etmək
üçün bu ölkədə səfərdədir.
Sammit
çərçivəsində nazir BMT-nin Ümumdünya
Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifai
ilə görüşüb.
Görüşdə
bu il mayın 18-19-da Bakıda keçiriləcək 3-cü
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
çərçivəsində Ümumdünya Turizm Təşkilatının
dəstəyi ilə təşkil ediləcək turizmin mədəniyyətlərarası
dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq
işləri müzakirə edilib. Keçiriləcək
sessiyanın qaydaları, tərəfdaşlıq məsələləri,
Azərbaycanın beynəlxalq layihələrdə
iştirakı da söhbət zamanı diqqət mərkəzində
olub.
Görüş
zamanı Azərbaycan hökuməti ilə Ümumdünya
Turizm Təşkilatı arasında üzv ölkədə
turizm kadr potensialının gücləndirilməsi sxemi
üzrə ekspertin təqdim olunması barədə saziş
imzalanıb.
Görüşdə
müzakirə mövzusu olan digər məsələ isə
Azərbaycanın işğal olunmuş Dağlıq
Qarabağ ərazisində turizm layihələrinin həyata
keçirilməsindən yaranan narahatlıq olub. Əbülfəs
Qarayev bildirib ki, növbəti iclaslarda bu məsələ
ciddi müzakirə olunacaq.
Xatırladaq
ki, sammitin ilk günü mədəniyyət və turizm naziri
BMT ÜTT tərəfindən təşkil olunan,
dünyanın turizm nazirləri və qabaqcıl korporasiya və
şirkətlərinin rəhbərləri arasında “dəyirmi
masa” formatında görüşdə iştirak edib. O,
ölkəmizin turizm imkanları, Ümumdünya Turizm Təşkilatına
üzv ölkələrlə sıx əməkdaşlıq
mövzusunda çıxış edib.
Azərbaycan.-2015.- 16 aprel.- S.3.
Aygün
Əliyeva
AZƏRTAC-ın
xüsusi müxbiri
Madrid