Əli Həsənov: Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə

 bağlı qətnaməsi anti-müsəlman, anti-türk ovqatından qaynaqlanır

 

Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə Avropa Parlamenti tarixində ən biabırçı, heç bir həqiqəti əks etdirməyən, l Dünya müharibəsinin real tarixini təhrif edən, ədalətsiz, xüsusi məqsəd daşıyan və siyasiləşmiş bir qərardır. Bu qətnamənin anti-müsəlman və anti-türk ovqatından qaynaqlandığı şübhə doğurmur.

 

AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 16-da jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

 

Əli Həsənov bildirib ki, bu qətnamənin qəbul edilməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, o cümlədən və xüsusilə Avropa Parlamentində ikili standartlarislamofob əhval-ruhiyyə hökm sürdüyünü göstərir: “Neçə illərdir biz bütün dünyaya, həmçinin Avropa ölkələrinə və qurumlarına yarası hələ sağalmamış Xocalı soyqırımı haqqında həqiqətləri, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırırıq. Amma bunun qarşılığında Avropa ölkələri, Avropa Parlamenti, Avropa Şurası kimi qurumlar məsələ ilə bağlı obyektiv, real yükü olan heç bir qərar qəbul etməyiblər. Tarixi faktlar, sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıblar, türk ordusuna qarşı hücumlar təşkil ediblər, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədiblər, əhaliyə qarşı qeyri-insani aksiyalar həyata keçiriblər.

 

Təbii ki, türk ordusu da dinc əhalini müdafiə etmək, onları erməni vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər görüb. Ermənilərin buya digər ərazilərə köçürülməsi zamanı da heç bir soyqırımı baş verməyib, sadəcə, müharibə şəraitinin tələblərinə müvafiq olaraq həyata keçirilən aksiyalar öz sərtliyi ilə seçilib. Buna görə hazırda tarixi reallığı təhrif edərək, heç bir fakta istinad etmədən, o dövrün arxiv materiallarını araşdırmadan bir qrup siyasətçinin, deputatın ötən əsrin əvvəlində baş verən hadisələri qiymətləndirməsi kökündən yanlışdır. “Erməni soyqırımı” haqqında iddialar subyektiv mülahizələrə söykənib, islamofob, anti-müsəlman və anti-türk meyillərin güclənməsinin təzahürüdür. Bu, həm də müasir dünyada, xüsusən Qərbdə hökm sürən ikili standartların nəticəsidir. Təbii ki, Qərbin ayrı-ayrı dairələrinin tarixi təhrif etmək və müsəlman dünyası haqqında yanlış təsəvvür formalaşdırmaq cəhdləri pislənilməli, bütün iddialar konkret faktlar əsasında cavablandırılmalıdır. Tərəqqipərvər bəşəriyyət bilir ki, belə hadisə olmayıb və bu kimi qərarlar və qətnamələr yalnız ayrı-ayrı dairələrin öz maraqlarını təmin etmək cəhdlərinin nəticəsi olaraq meydana çıxır. Həmin dairələr hazırda Rusiyaya qarşı formalaşdırılan birliyə qoşulmadıqlarına görə, Türkiyə və Azərbaycandan qisas alırlar. Biz, belə yalanlarla, “qara piar” kampaniyaları ilə “Avrovision” mahnı müsabiqəsi zamanı, Ramil Səfərov Azərbaycana ekstradisiya olunarkən qarşılaşmışıq və indil Avropa Oyunları ərəfəsində həmin dəst-xətti açıq müşahidə edirik”.

 

Əli Həsənov onu da qeyd edib ki, bu qətnamə Avropa Parlamentinin birinci belə subyektiv, anti-islam, anti-türk və anti-Azərbaycan mahiyyəti kəsb edən qərarı deyil: “Yəqin ki gələcəkdə də biz bu tipli “qərarların” şahidi olacağıq. Nə Azərbaycan, nə də Türkiyə özlərini anti-qərb mövqeyində hiss etmirlər və Qərblə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazırdırlar. Amma təəssüf ki, son zamanlar həm ABŞ-da, həm də Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürməkdədir. Onlar israrla müsəlman dünyasını yanlarında deyil, qarşılarında görmək istəyirlər. Bu siyasətin Qərbə nə verəcəyini tarix özü göstərəcək. Amma biz dövlət olaraq imkan verə bilmərik ki, onların bu kimi ədalətsiz qərarları dünya ictimaiyyətinə təlqin olunsunreal həqiqət kimi zorla insanların beyninə yeridilsin”.

 

Əli Həsənov qeyd edib ki, bu qərardan sonda Azərbaycan Avropa Parlamenti ilə münasibətlərinə yenidən baxmalı olacaq: “Azərbaycan Avropa ParlamentininAvronestqrupunda fəaliyyətini dayandırıb. Belə getsə, Avropa Parlamenti ilə bütün əlaqələrə yenidən baxmalı olacağıq”.

 

Azərbaycan.-2015.- 17 aprel.- S. 2.