Maliyyə naziri Samir Şərifov Vaşinqtonda “G-20” ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edir

 

Maliyyə naziri Samir Şərifov VaşinqtondaBöyük iyirmiliyin” (G-20) üzvü olan ölkələrin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin aprelin 16-17-də keçirilən iclasında iştirak edir.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “G-20” ölkələri rəhbərlərinin noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və mərkəzi bank rəhbərləri qlobal iqtisadiyyat, dayanıqlı və tarazlaşdırılmış inkişaf strategiyaları, investisiyainfrastruktur, maliyyə bazarlarının tənzimlənməsi, beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaq.

Toplantıya “G-20”-yə üzv və dəvətli ölkələrin nazirləri və mərkəzi bank rəhbərləri ilə yanaşı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından yüksək səviyyəli nümayəndələr qatılacaq.

Azərbaycan Respublikası “G-20”-nin bu ilki ev sahibi kimi Türkiyə Respublikası tərəfindən dəvətli ölkə qismində bu toplantılarda iştirak edir.

Azərbaycanın maliyyə naziri Vaşinqtonda, həmçinin Beynəlxalq Valyuta FondununDünya Bankının ənənəvi yaz görüşlərinə də qatılacaq.

 

Azərbaycan.-2015.- 17 aprel.- S. 7.