Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü
il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq
edilmiş “Fiziki şəxslər
tərəfindən istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə tutulmayan malların gömrük
sərhədindən keçirilməsinin güzəştli və
sadələşdirilmiş
Qaydaları”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 96 Bakı şəhəri,
30 mart 2015-ci il
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1167-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 yanvar tarixli 436 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 10, maddə 1223) ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.10-cu yarımbəndində “və 600 ədəd siqaret” sözləri “, 600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 19 aprel.- S.2.