Qeyri-neft məhsullarının ixracında aqrar sektorun potensialı genişdir

 

 

2015-ci il "Kənd təsərrüfatı ili"dir

 

Ölkəmizin iqtisadi inkişaf prioritetləri sırasında qeyri-neft iqtisadiyyat sahələrinin inkişafının sürətləndirilməsi strateji hədəf kimi xeyli aktuallaşmışdır. Bu sırada güclü potensiala malik sektorlardan biri kənd təsərrüfatıdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, kənd təsərrüfatı iqtisadiyyatın çox böyük potensiala malik olan nəhəng sektorudur. Kənd təsərrüfatının inkişafı həm də məşğulluğun təmin edilməsi deməkdir. Bu sahədə ixrac potensialı kifayət qədər böyükdür. Əsas qida məhsulları üzrə biz 1, maksimum 2 ildən sonra özümüzü tam təmin etmək imkanındayıq. Bundan sonra isə artıq xarici bazarlara çıxış prosesinin başlanacağı qaçılmazdır.

Məlum olduğu kimi, iqtisadi təhlükəsizliyin ən mühüm istiqamətlərindən biri də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və bu sahədə təkmilləşdirilmiş dövlət siyasətinin formalaşdırılmasıdır. Təsadüfi deyil ki, dünyanın iqtisadi cəhətdən yüksək inkişaf etmiş və əhalinin yaşayış səviyyəsinə görə digər ölkələri geridə qoyan dövlətlər özlərinin iqtisadi siyasətlərində mühüm istiqamət kimi ərzaq təhlükəsizliyinə və kənd təsərrüfatı sahələrinin inkişafına strateji amil kimi baxırlar. Bu ölkələrdə ən inkişaf etmiş bazar iqtisadiyyatı münasibətləri olmasına baxmayaraq, kənd təsərrüfatının buya digər sahələri üzrə dünyanın aparıcı dövlətlərindən olan ABŞ-da, Qərbi Avropa ölkələrində dotasiyalardansubsidiyalardan geniş istifadə edilir. Həmin ölkələrdə milli kənd təsərrüfatı məhsulları istehsalçılarının maraqlarını qorumaqla daxili və beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin güclü olmasına əlavə stimullar verirlər.

Ümumiyyətlə, kənd təsərrüfatı dünya təsərrüfat sisteminin mühüm sahələrindən biri hesab edilironun əsas missiyası əhalinin ərzaq məhsullarına olan tələbatını ödəməkdir. Dünyanın inkişaf etmiş ölkələrində kənd təsərrüfatının sabitdinamik inkişafına prioritet vəzifə kimi yanaşırlar. Dünya əhalisinin yarıdan çoxu kəndlərdə yaşayır və 1 milyard iqtisadi fəal əhali kənd təsərrüfatında məşğuldur.

ABŞ-da yüksək inkişaf etmiş kənd təsərrüfatı və aqrar-sənaye kompleksi var. 2,5 milyon özəl ferma təsərrüfatlarında 20 milyon nəfər işləyir. Ölkədə yüksək keyfiyyətə malik dənli bitkilər, arpa, buğda, qarğıdalı və düyü yetişdirilir. Heyvandarlıq kompleksləri ABŞ-ın bir neçə ştatından başqa bütün digər ştatlarında yüksək standartlar səviyyəsində yaradılmışdır və təsadüfi deyil ki, ət və süd məhsullarının istehsalına görə ABŞ dünya birincisidir. Kanadanın isə cəmi 7 faiz ərazisi kənd təsərrüfatı təyinatlı torpaqlardır. Bu sektorda 347,4 min nəfər çalışır. Amma kənd təsərrüfatı bu ölkənin ÜDM-də 2 faizlik paya malikdir. Fransa kənd təsərrüfatı məhsullarının istehsalına görə Qərbi Avropada birinci, dünyada isə ABŞ və Kanadadan sonra

3-cü yeri tutur. Ölkədə iri həcmdə taxıl, kərə yağı, mal əti, 400 növdən çox pendir istehsal olunur. Fransada güclü inkişaf etmiş ixrac təyinatlı şərab istehsalı şəbəkəsi də var.

Dünyada ən çox əhalisi olan Çində də kənd təsərrüfatının inkişafına ciddi önəm verilir. 2013-cü ildə bu ölkədə 602 milyon tona yaxın kənd təsərüfatı məhsulları toplanmış, o cümlədən 436 milyon tona yaxın taxıl məhsulları, 34,1 milyon ton dü, 35,3 milyon ton yağ, 13,8 milyon ton şəkər, 6,3 milyon ton pambıq, 83,7 milyon ton ət istehsal edilmişdir. Çin bu gün dünyanın müxtəlif ölkələrində kənd təsərrüfatının inkişafı üçün fəal investisiyalar yatırır. Hazırda ÇXR-in dünya ölkələrindəki kənd təsərrüfatı ilə bağlı 54 layihəsi üzrə orta illik investisiyalarının həcmi 5 milyard dollar səviyyəsindədir.

İsrail əlverişli iqlim şəraitinə malik olmasa da, texnologiyaların tətbiqinin intensivliyi hesabına dünya üzrə təzə kənd təsərrüfatı məhsullarının iri ixracatçılarından birinə çevrilmişdir. Kənd təsərrüfatı İsrailin ÜDM-də 2,5, ixracında 3,6 faiz paya malikdir. İsrailin kənd təsərrüfatında ölkə üzrə əmək qabiliyyətli əhalinin cəmisi 3,7 faizinin işləməsinə baxmayaraq, bu ölkə kənd təsərrüfatı məhsullarına olan tələbatının 95 faizini özü təmin edir.

Azərbaycanda da kənd təsərrüfatının inkişaf perspektivlərini istiqamətləndirmək üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, torpaq islahatlarının başa çatdırılması, maddi-texniki bazanın formalaşdırılması, infrastrukrur obyektləri şəbəkəsinin yaradılması, kənd rayonlarında iqtisadi fəallığın təmin edilməsi, investisiya mühitinin yaxşılaşdırılması, aqrar sahəyə müasir texnologiyaların və xarici investorların cəlb edilməsi, sektorun ixrac potensialının diversifikasiyası və s. tədbirlərin həyata keçirilməsinə ciddi önəm verilir. Dövlətin subsidiyadotasiya kimi maliyyə dəstəklərindən, lizinq formasında nəqliyyat vasitələri, texnika, kənd təsərrüfatı gübrələri, ziyanvericilərə qarşı herbisidlər, damazlıq heyvanlar, toxumla təminat və s. mexanizmlərdən istifadə olunması, aqrar sektorda sənayeləşmə prosesi, iri fermer təsərrüfatlarının yaradılması, ixrac təyinatlı məhsullarının çeşidinin artırılması sahələrində mövcud potensialdan daha effektivli istifadə tədbirləri özünün fəal intensiv fazasına daxil olmuşdur.

Ümumiyyətlə, XXI əsrin əvvələrindən başlayaraq Azərbaycanda iqtisadi inkişaf düşünülmüş siyasət sayəsində yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Ölkə əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi daha keyfiyyətli kənd təsərrüfatı məhsullarına zərurəti artırmışdır. Bundan əlavə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2003-cü ildən kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Regionların, o cümlədən kənd yerlərinin və kəndli təsərrüfatlarının sosial-iqtisadi inkişafının təmin edilməsini nəzərdə tutan 2004-2008-ci, 2009-2013-cü və hazırda həyata keçirilən 2014-2018-ci illər üzrə dövlət proqramlarının icrası sayəsində Azərbaycanın minlərlə kəndində müasirmodern infrastruktur obyektləri yaradılmış, geniş çeşiddə məhsulların istehsalını reallaşdıran fermer təsərrüfatları təşkil olunmuş, yüksək texnologiyalı aqrar- sənaye kompleksləri istismara verilmişdir. Ölkə rəhbərinin 15 fevral 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı”nda kənd təsərrüfatı sektorunun əhəmiyyəti bir daha qabardılmışdır. “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi proqramı”nın icrası isə 2010-cu ildə uğurla başa çatmışdır. Proqramın əhatə etdiyi 2001-2010-cu illər ərzində, xüsusilə son 5 il ərzində əhalinin ərzaq məhsulları ilə yerli istehsal hesabına təminatı xeyli yaxşılaşmışdır.

Son 3 ildə kənd təsərrüfatı sektoru intensiv inkişaf tendensiyası nümayiş etdirir. 1031,4 min hektar sahədə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər əkilmiş, 2802,2 min ton məhsul istehsal olunmuşdur. 2012-ci il ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4,8 milyard manata yaxın olmuş və 2011-ci ilə nisbətən artım 6,6 faiz təşkil etmişdir. Bitkiçilik məhsulları üzrə artım 5,8 faiz, heyvandarlıq məhsulları üzrə isə 7,6 faiz olmuşdur. 2013-cü ildə 1073,7 min hektar payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin sahəsi biçilmiş, 2961,9 min ton məhsul götürülmüş, 992,7 min ton kartof, 1232,8 min ton tərəvəz bitkiləri, 429,7 min ton bostan məhsulları, 852,9 min ton meyvə və giləmeyvə, 154,1 min ton üzüm istehsal edilmişdir. 2014-cü ildə isə kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalı 5225,8 mln. manat təşkil etmişdir. İl ərzində sahələrdən 2383,3 min ton taxıl, 819,3 min ton kartof, 1187,7 min ton tərəvəz, 440,9 min ton bostan məhsulları, 849,9 min ton meyvə və giləmeyvə, 147,7 min ton üzüm, 175,1 min ton şəkər çuğunduru yığılmışdır. 2014-cü ildə diri çəkidə 505,5 min ton ət, 1855,8 min ton süd, 1562,7 mln. ədəd yumurta istehsal olunmuşdur. Bu göstəricilər üzrə 2013-cü illə müqayisədə artım qeydə alınmışdır.

Müasir dövrün reallıqlarını nəzərə alsaq, ölkənin qeyri-neft ixracının potensialının formalaşmasında ayrı-ayrı ixracyönümlü kənd təsərrüfatı məhsullarının potensialı diqqət çəkir. Belə ki, bir sıra rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının ixracını genişləndirməklə qeyri-neft sektorunun ixracının ümumi həcminin artırılmasına nail olmaq mümkündür. Məsələn, təzə tərəvəz və təzə meyvəyə MDB-də, xüsusilə Rusiyada tələbatın yüksək olduğunu nəzərə alsaq, Azərbaycanın qeyri-neft ixracı potensialının artırılması baxımından bu iki məhsul üzrə kompleks və ardıcıl stimullaşdırıcı, fəallaşdırıcı tədbirlərin görülməsi vacibdir.

Təzə tərəvəz və təzə meyvələrin ixrac potensialına kompleks baxılması ölkənin bütün regionlarının, ilk növbədə meyvəçiliklə məşgul olan rayonların sosial-iqtisadi inkişafını xeyli sürətləndirə bilər. Prezidentin təşəbbüsü ilə yaradılmasına başlanılan aqroparklar bu istiqamətlərdə ciddi uğura imkan yaradacaq. Yeni fəaliyyət sahəsi kimi şəkər çuğundurunun yetişdirilməsi və şəkərin istehsalı, habelə ixracı potensialı da artmaqda davam edir. Bunun üçün yararlı torpaq sahələri və əmək resursları, maliyyə və texniki imkanlar kifayət qədərdir. Bitki yağlarının ixrac potensialının güclü olması isə son illər özünü əyani göstərir. Bundan əlavə, üzüm şərabının ixracı 2008-2013-cü illər ərzində 2,2 dəfə artsa da, bu məhsulun xammal bazasının potensialı və ixrac imkanları baxımından mövcud ixrac həcmi sahənin güclü potensialının bir hissəsini təşkil edir. Deməli, bu istiqamətdə mövcud potensialdan daha səmərəli istifadə edilməlidir.

Dünya Bankının “Azərbaycanın kənd təsərrüfatındakı müqayisəli üstünlüklərin gerçəkləşdirilməsi” adlı tədqiqatında bildirilir ki, ölkəmizin meyvə-tərəvəz və süd məhsulları kimi yüksək dəyərli kənd təsərrüfatı məhsulları üçün münasib təbii şəraitə malik olması böyük üstünlükdür. Bu baxımdan ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının planlaşdırılması, tədarükü, saxlanılması, satış şəbəkəsinin qurulması, həmin məhsulların ixrac bazarlarına çıxarılması, bazarlarda möhkəmlənməsinin aktuallığı məsələləri ön plana çıxır. Yaxın perspektivdə kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması üçün Kodeks Alimentarius və digər mütərəqqi beynəlxalq standartlar əsasında milli standartların hazırlanması, eyni zamanda mövcud standartların təkmilləşdirilməsi, əkinçilikdə yeni texnologiyaların tətbiqinin genişləndirilməsi, hər bir iqtisadi rayonun xüsusiyyəti, təbii və iqlim şəraiti nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının istehsalının ixtisaslaşdırılması, kənd təsərrüfatı məhsullarının istehsalı, ixracı zamanı məhsulların təhlükəsizliyinə nəzarətin gücləndirilməsi tədbirləri isə bu sahənin məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsinə, fəal surətdə beynəlxalq bazarlara çıxmasına və bütövlükdə, ölkənin qeyri-neft ixracının əhəmiyyətli şəkildə artmasına imkan verən amillərdir.

 

Şəfa ƏLİYEV,

iqtisad üzrə fəlsəfə doktoru

Azərbaycan.-2015.- 19 aprel.- S.5.