Sibirə qədər uzanan yol

 

Qəribə taleli alimdir Salman Mümtaz. 1883-cü ildə Şəkidə Məmmədəmin kişinin ailəsində dünyaya göz açıb. Erkən yaşlarından atasını itirib. Ailə tərkibi böyük, dolanışıq çətin olub. Hələ kiçik yaşlarından dayısının yanında ticarətlə məşğul olub. Amma ədəbiyyata həvəsi, fitri istedadı bütün çətinlikləri üstələyib.

Salman Mümtaz 1918-ci ildə Bakını erməni daşnaklarından xilas edən türk ordusunun komandanı Nuri Paşa ilə görüşür. Ona həsr etdiyiOyan, millətşeirini yazır. bundan sonra simasız ortababların, kustar ədəbiyyat məddahlarının hədəfinə çevrilir. Total zövq sahibləri onu məhv etmək, inzibati zorakılığın hədəfinə çevirmək üçün məqam axtarırdılar. Salman Mümtaz istedadlı alim kimi dəyərli, xalqımız üçün faydalı işlər görürdü. Ədəbiyyatımızın ən qiymətli incilərini - folklor nümunələrini itib-batmaq təhlükəsindən qoruyur, dünyanın bir neçə ölkəsini dolaşıb, ən nadir əlyazmaları toplayıb çap etdirirdi. Gənclik illərində bir müddətKommunistqəzetində ədəbi işçi, sonra isəAzərnəşr”də şöbə müdiri işləyir. Fitri istedad sahibi olan Salman Mümtaz qiymətli elmi tədqiqatlar aparır, elmə məlum olmayan əlyazmaları üzə çıxarırdı. Amma onun yaradıcılığınaÇin səddiçəkənlərin sayı gündən-günə artırdı. Ən nəhayət, istedadlı alim 37-ci ilin inzibati zorakılığına tuş gəlir. Yüz şair haqqında hazırladığı sanballı kitabdan sonra onun çap olunmasına ciddi qadağalar qoyulur. Ötən günlərini həyəcanla, şübhə xofu ilə yaşayan Salman Mümtaz 1935-ci ildə Azərbaycan Kommunist Firqəsinin Mərkəzi Bakı Komitəsinin katibi Mir Cəfər Bağırova məktub yazır. 52 yaşlı alim bütün gileylərini dilə gətirsə , onun fəryadını eşidən olmur. Həmin məktubun son sətirləri belə bitir: “Heyvanı budundan doğrayırlar, insanı yurdunda”.

Onu cəsarətinə görə məhv etmək istəyirdilər. Ruhu, əxlaqı zədəli adamlar təpərli dəyərli alimə təzyiqlər göstərir, nadan hücumları ilə üz-üzə qoyurdular. Hər dəfə təmkini, dözümü, ləyaqəti ilə belə adamları susdurmağa çalışan Salman Mümtaz 1937-ci ilin 7 dekabrındaqara siyahı”ya düşür. Xüsusi öyrədilmiş adamlar onun haqqında yanlış ifadələr verirdilər. O vaxtlar dəbdə olanmillətçi, pantürkistdamğaları qazanmaq o qədər çətin deyildi. Salman Mümtazın ittihamnaməsini hazırlayan təhlükəsizlik kapitanı Avonesyan istintaq altında dindirilən ayrı-ayrı şəxslərinkönüllü ifadələri”nə əsasən belə qənaətə gəlir: “Salman Mümtaz 1926-cı ildən əks-inqilabi, pantürkist təşkilatlarda fəaliyyət göstərib. O, Mərkəzi Aparatın nümayəndələrindən Ə.Qubaydulin B.Çobanzadə ilə birgə fəal iştirak etməklə Azərbaycanda burjua- millətçi dövlət yaratmaq istəyib. Cəmi bir aylıq istintaqdan sonra Salman Mümtazla bağlı toplanan materiallar məhkəməyə təqdim olunur. Yarım saatlıq məhkəmə gedişindən sonra Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum olunur. Sonralar alim yazırdı ki, azadlığın bu qədər ucuz, dəyərsiz olduğunu bilməzdim. Bilməzdim ki, nadan hücumları insan taleyi üzərində bu qədər zorakılıq ədalətsizlik edə bilər. Vulqar inzibatçılıq rejimi belə bir münbit şərait yaratmış, fərqli əqidə dünyagörüşü olanlara layiq olmadıqları cəzalar verilirdi. Vəzifə, rəyasət, şöhrət üçün sayıqlıq göstərənlər 37-ci ilin bəlalarına kömək edirdilər. Daha doğrusu, bilərəkdən qəsdən saxta sitayiş kultu yaratmışdılar. nədənsə belələrinin sayı gündən-günə artırdı. Simasız ortabablar peşəkarlara qənim kəsilmişdilər.

Salman Mümtazı ləkələmək, şərləmək üçün DTK-nın erməni müstəntiqləri dəridən-qabıqdan çıxırdılar. 1937-ci ilin havası bəzi alimləri də yoldan çıxarmışdı. Öz xahişləri ilə Salman Mümtaza və digər mütərəqqi fikirli ziyalılara qarşı qara ləkələr yaxırdılar. Bir folklorşünaskönüllü izahat”ında onu əks-inqilaba tərəfdar çıxmaqda günahlandırırdı. Ona mənəvi əzab vermək üçün külliyyatını məhv etməkdən belə çəkinmirdilər. Beş-altı min kitab fondu olan zəngin kitabxanasını müsadirə edib sıradan çıxarırlar. Qiymətli kitablar arasında nadir nüsxəli əsərlərini yandırırlar. Hətta bəzi alimlər Salman Mümtazın min bir əzabla ərsəyə gətirdiyi əsərləri öz adlarına nəşr etdirirlər. Bütün bunlar Salman Mümtazın soyuq divarlar arasına atılmasına gətirib çıxarırdı. Erməni müstəntiqlər belə uydurmalardan qədərincə faydalanır, istedadlı adamları istədikləri kimi cəzalandırırdılar. Hədələr, qorxular o həddə çatmışdı ki, fərqli əqidə sahibləri dərhal inzibati zorakılıq üsulları ilə cəzalandırılırdı. Adamların başı üzərində bir qorxu kabusu dolaşırdı. 37-ci il təkcə fiziki ölümlərə hökm çıxarmırdı, həm də adamların mənəviyyatını, əxlaqını, ruhunu zədələyirdi. Daha doğrusu, üzü 37-ci ildən bu tərəfə məhv olmuş əxlaqın qara ləkələri qalırdı.

37-ci ildə məhv olan əxlaqi dəyərlər, mənəvi zədələr fiziki ölümdən qat-qat güclü idi. Qolu qırılanlar, əli-ayağı qıc olanlar yalnız Sibirdə donanlar deyildi. Ən böyük iflic, sosial ətalət düşüncədə, şəxsiyyətin fərdi həyatında baş verirdi. Qürurunu tamahına, təmənnaya dəyişənlər asanlıqla zorakılığın, irticanın tərəfinə keçir, qatı inzibatçılıq rejimi yaradırdılar. Elə görkəmli alim Salman Mümtaz da belə nadan hücumların qurbanı oldu. Yaxşı deyiblər ki, şəri şər tamamlayar. 37-ci ildə inzibati zorakılığın qorxu xofu o qədər geniş yayılmışdı ki, bir-birini təhqir edənlərin açıq və ya gizli yarışı başlamışdı. Əlbəttə, belə gizli oyunlara xeyir-dua verən, havadarlıq edən vulqar bir rejim var idi.

Tədqiqatçıların araşdırmaları sübut edir ki, 1937-ci ilin sonuna kimi Salman Mümtazın evində olan kitab və əlyazmalar 238 başlıqdan ibarət olub. Bu kitablar arasında rus dilində 82 cildlik ayrı-ayrı müəlliflərin topladıqları qiyməti ölçüyə gəlməyən əsərlər var idi.

1960-cı illərdə repressiya qurbanlarının taleyi araşdırılarkən Salman Mümtazın da ədəbi irsini geniş tədqiq etməyə, öyrənməyə başladılar. Doğrudur, onun taleyinə dəyən zədələrin, zərbələrin mənəvi ağrısını ödəmək xeyli çətindir. Bəlkə də heç mümkün deyil. 37-ci ilin inzibati zorakılığı, bu zorakılığın yaratdığı qorxu xofu o illərin qurbanlarının məzarı başında fırlanırdı. Həmin illərdə yaranan saxta sitayiş kultunu məhv etmək üçün hələ geriyə dönməliyik. Ona görə ki, o saxta tarix, adamların şər və böhtana düçar olması araşdırılmalı, əsl həqiqət üzə çıxmalıdır. Ona görə ki, həmin on illikdə bizim genetik fondumuza dəyən zərbələr hələ də sağalmayıb. Salman Mümtaz kimi zəngin ədəbi irsi olan alimlərin ölüm sorağı uzaq Sibirdən, bir qədər də uzaqlardan gəlir. Deyirlər ki, o yerlərdə şübhə və qorxu radiasiyasının təsir zolağı daha böyükdür. Gərək fərqli düşüncəli böyük alimlərimizin heç olmasa ruhunu o təsirlərdən qoruya bilək!

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2015.- 19 aprel.- S.6.