Prezident İlham ƏLİYEV: “Müasir sənaye komplekslərinin, texnoparkların yaradılması, kiçikorta sahibkarlığın inkişafı sayəsində sənaye potensialımız güclənmişdir”

 

Azərbaycan iqtisadiyyatının əsasını neft sənayesinin təşkil etməsi faktdır. Bu da təsadüfi deyil. Ölkəmizdə zəngin neftqaz yataqları varonlar uğurla istismar olunur. Lakin iqtisadiyyatımızın neftdən asılılığından qurtulması üçün görülən ciddi tədbirlər də reallıqdır. Son illər ÜDM istehsalında qeyri-neft sektorunun çəkisinin artması məhz bunun nəticəsidir. Təkcə cari ilin birinci rübündə bu rəqəm 7 faiz artmışdır. Sənayenin qeyri-neft sektorunda isə artım 9 faizə çatmışdır. Bundan əlavə, indi Azərbaycanda sənaye məhsullarının 31 faizi emal bölməsində istehsal edilir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə sənayeləşmənin əhəmiyyətinə toxunaraq demişdir: “Sevindirici haldır ki, sənaye istehsalı birinci rübdə artmışdır. Bildiyiniz kimi, son illər ərzində neft hasilatının bir qədər düşməsi nəticəsində biz sənaye istehsalında artımı müşahidə etmirdik. Bu ilin birinci rübündə sənaye istehsalı təxminən 4 faiz artmışdır. Bu da görülən işlərin nəticəsidir. Keçən il Azərbaycanda “Sənaye ilielan edilmişdir, bu sahəyə xüsusi diqqət göstərilmişdir. Ondan əvvəlki illərdə müasir sənaye komplekslərinin, texnoparkların yaradılması, kiçikorta sahibkarlığın inkişafı sayəsində sənaye potensialımız böyük dərəcədə güclənmişdir. Bunun nəticəsidir ki, Azərbaycanda sənaye istehsalı artır”.

Məlumdur ki, Azərbaycanda sənayeləşməni fundamental qaydada inkişaf etdirmək üçün Bakıda və digər iri şəhərlərdə nəhəng texnoparkların yaradılmasına qərar verilibbununla bağlı iri layihələr həyata keçirilir. Texnoparkların birincisi olan Sumqayıt Texnoparkı artıq yüksək keyfiyyətli məhsul istehsal edir. Burada hazırlanan məhsullar dünya standartlarına cavab verdiyi üçün xarici bazara da ixrac olunur.

Dövlətin iqtisadi siyasətinin başlıca məqsədlərindən biri də ölkənin tarazlı inkişafının təmin edilməsidir. Bu məqsədlə regionların sosial-iqtisadi inkişafına dair üç proqram qəbul olunub. İki proqram üzrə qarşıya qoyulan tapşırıqlar tam yerinə yetirilib, üçüncü proqram isə uğurla icra edilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında ölkənin hərtərəfli inkişafına toxunaraq bu sahədə qarşıda duran vəzifələr barədə demişdir: “Regionlarda da sənaye inkişafı sürətlə gedir. Artıq biz bir neçə sənaye mərkəzi müəyyən etmişik. İndi növbə gəlib ki, hər bir rayonda sənaye zonası yaradılsın. Birinci zona Neftçalada yaradılır. Mənə verilən məlumata görə, yerli sahibkarlar tərəfindən çox böyük həvəslə, böyük maraqla qarşılanır. Hətta görürük ki, o sənaye zonalarında fəaliyyət göstərən sahibkarların sayı nəzərdə tutduğumuzdan daha çoxdur. Bu, çox sevindirici haldır, bu, birinci pilot layihəsidir. Hesab edirəm ki, biz indi başqa rayonlarda da buna oxşar zonalar yaratmalıyıq. Bu barədə mən bir neçə ay bundan öncə öz fikirlərimi bildirmişdim ki, hər bir rayonda xüsusi yer olmalıdır. Orada infrastruktur, nəqliyyat yolları - bütün lazımi təminat olmalıdır ki, sənaye potensialımız bir yerdə inkişaf etsin”.

Yeri gəlmişkən qeyd edək ki, regionlarda sənaye potensialının artırılması məqsədilə ötən il bir sıra iri müəssisələr istifadəyə verilmişdir. Bunların bir çoxu hazırda müxtəlif məhsullar istehsal etməklə ölkə iqtisadiyyatına mühüm töhfələr verir. Naxçıvan Muxtar Respublikasındakı “Arpaçay-2” Su Elektrik Stansiyası, Sumqayıtdakı Kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncədəki Metaltökmə və fasiləsiz yayım, Təzyiqlə emalBoyama, Ağdaşdakı Yem və Meyvə emalı zavodları, Füzulidəki Tikiş fabriki bu qəbildəndir.

Cari ilin birinci rübünü də sənaye sahəsi üçün uğurlu saymaq olar. Yanvar-mart aylarında sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcminin 3,9 faiz artaraq 5792 milyon manata çatması adi fakt deyil. Sənayenin qeyri-neft bölməsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9, neft sektorunda 3,4 faizlik artımın müşahidə edilməsi diqqətçəkən göstəricilərdir.

Ölkədə sənaye məhsulunun istehsalında sahibkarlığın da rolu az deyil. Məsələn, hesabat dövründə, yəni cari ilin ilk rübündə özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 73,1 faizini təşkil etmişdir. Bu dövr əsasən özəl sektora məxsus qidaiçki sənayesində məhsul istehsalı ötən ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 3,5 və 3 faiz artmışdır. Tikinti materialları sənayesi sahəsində isə istehsal edilən məhsulların həcmi 28,4 faiz artaraq ümumi dəyəri 111,5 milyon manat təşkil etmişdir. Ən yüksək artım isə 50,5 faiz elektrik avadanlıqlarının istehsalında qeydə alınmışdır ki, bu sahələr də bütünlükdə özəl sektora məxsusdur.

Cari ilin birinci rübündə ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 188,8 min nəfər təşkil edib və onların orta aylıq əməkhaqqı 8 faiz artaraq 705,5 manata çatıb. Əməkhaqlarının daha çox artımı emal bölməsinin kimya sənayesi, avtomobil və qoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri, hazır metal məmulatlarının istehsalı, toxuculuq sənayesi müəssisələrində müşahidə edilib. Qeyri-dövlət bölməsində işçilərin orta aylıq əməkhaqqı 10,1 faiz artaraq 860,4 manat olub.

Bir sözlə, dövlət başçısının Nazirlər Kabinetinin iclasında vurğuladığı kimi, müasir sənaye komplekslərinin, texnoparklarının yaradılması, kiçikorta sahibkarlığın inkişafı sayəsində sənaye potensialımız xeyli güclənmişdir.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2015.- 18 aprel.-  S.1.