Ulu tarixin canlı yadigarları

 

Abidələr ölkənin torpaq üzərində yazılan tarixi, xalqın milli pasportu, elimizin ulu taleyinin, memarlıq irsinin əsl ensiklopediyalarıdır. Məhz buna görə əbəs demirlər ki, tarixi arxeoloji abidələrə yeni gözlə, yeni tələblərlə baxılması vacibdir.

Ağstafa rayonunda 51 tarix mədəniyyət abidəsi qeydə alınıb. Onlardan ikisi - Aşağı Göyçəli kəndindəkiTöyrə-təpə yaşayış yeri Dağkəsəmən kəndinin dağlıq hissəsindəkiÇobandaşlı yaşayış yeridünya əhəmiyyətli abidələr sırasına aid edilmişdir. Qeydə alınmış abidələrin 35-i ölkə, 14-ü isə yerli əhəmiyyətlidir. Faktlar göstərir ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix mədəniyyət abidələrinin siyahısında real vəziyyət heç dəqiq əks olunmur. Əslində rayonda milli memarlıq abidələri çoxdur onların müəyyən edilməsi üçün mütəxəssis araşdırmalarına böyük ehtiyac duyulur.

Ağstafa Rayon Mədəniyyət Turizim İdarəsinin rəisi Gülgün Kərimov deyir ki, son illərdə mövcud uçotun dəqiqləşdirilməsi sahəsində sistemli işlər aparılır. Təkcə Bakı-Ceyhan neft kəmərinin çəkilişi zamanı 9 qədim yaşayış məskəni aşkar edilib. Xüsusən eramızdan əvvəl IV əsrin yadigarı sayılan Soyuqbulaq kurqanları Böyük Kəsik yaşayış yeri, Həsənli nekropolu, Poylu türbələr kompleksi başqa yerlər daha çox tarixi əhəmiyyətə malikdir. Müşahidələr göstərir ki, Qazax-Ağstafa bölgəsində Neolit Tunc dövrünün abidələrinə çox təsadüf olunur. Xüsusən Qazax rayonunun Çaylı kəndində Sarvantəpə, Ağstafa rayonunda isə Yastıtəpə yaşayış yerinin son illərdə üzə çıxarılan nadir izləri ulu tariximizdən xəbər verir. Yastıtəpə yaşayış sahəsində aparılan arxeoloji qazıntılar zamanı yaşayış evinin bünövrə hissəsinin qalıqları, təsərrüfat quyuları, ocaq kompleksi, təndir qalığı, xeyli sayda daş alətlər gil qabların müxtəlif fraqmentləri aşkar edilmişdir.

Yaşayış yerindən xeyli sayda dən daşları, sürtkəclər, həvəng, bülöv, sapand daşları, kəsicilər, ox ucluğu, qısa dəstəyi daş alətlər, ərsini xatırladan bozrəngli çay daşından düzəldilmiş alətlər, uzunsov oval formalı sürtkəclər, daşdan hazırlanmış balta tapılıb.

Mütəxəssislər deyirlər ki, burada tapılan sərnic, kirkirə, qazan, tava, manqal, dopu, gil qablar onların fraqmentlərinin böyük əksəriyyəti dulus çarxında hazırlanıb sabit temperatur rejimində bişirilmişdi, üzərləri əsasən həndəsi motivlərlə naxışlanmışdır.

Burada aparılan arxeoloji qazıntılar Yastıtəpə yaşayış yerinin son Tunc-ilk Dəmir dövrü sakinlərinin həyat tərzi təsərrüfat fəaliyyəti barədə tutarlı məlumatların toplanmasına imkan vermişdir.

Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksininKeşikçidağDövlət tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında Prezident İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli sərəncamı ulu tarixin nadir incilərinin tədqiqində mühafizəsində mühüm rol oynayır. Ağstafa rayonu ilə Gürcüstanın sərhədində yerləşən Keşikçidağ kompleksi 1 ədəd qala, 2 məbəd, 1 inanc yeri, 70-dən çox ilkin orta əsrlərdə qazılmış süni təbii mağarlardan ibarətdir. Qoruqdakı ən hündür yüksəkliklərdən biri dövlət başçısının şərəfinəİlham Əliyev adına zirvəadlandırılmışdır. Turistlər bu yerlərə xüsusi maraq göstərirlər.

Ölkəmizin ulu keçmişinə, tarixi abidələrinə getdikcə artan maraq nəzərə alınaraq Azərbaycanda ilk dəfə olaraq Ağstafa rayonunda açıq səma altındaTarixi müasir abidələr parkıyaradılıb. Bu nadir parkın açılışında Prezident İlham Əliyev iştirak etmişdir. Parkın səmadan görünüşü Azərbaycanın xəritəsini xatırladır. Ölkəmizin ən müxtəlif guşələrini əhatə edən 67 adda tarixi memarlıq abidələri parkda əks olunur.

Burada Qafqaz dağ silsilələri, KürAraz kimi böyük çaylar və göllər, təbiət mənzərələri əks olunub. Azərbaycanın ayrı-ayrı bölgələrində olan və xalqımızın tarixi keçmişini yaşadan tikililər, abidələr, sarayqala divarları, müqəddəs ziyarətgahlara aid türbə və məscidlər, müasir dövrə aid arxitektura nümunələri, miniatür heykəllər yüksək peşəkarlıqla yaradılmışdır. Parkın ərazisində Azərbaycanın məşhur tarixi şəxsiyyətlərinin xatirəsini əbədiləşdirən məqbərə və türbələr, dini-tarixi memarlıq abidələri, məscid və sarayların maketləri quraşdırılmışdır. Son illərdə aparılan uğurlu siyasətə əsaslanan tikinti-quruculuq işləri, müasir abidə və infrastruktur obyektləri də peşəkarlıqla həkk edilib. Ölkənin əsas avtomobil və dəmir yolları, yol qovşağı və körpüləri də unudulmayıb. Parkın ətrafında uzunluğu 160, eni 10 metr olmaqla Xəzər dənizinin təsviri yaradılıb. Ərazidə piyada keçidlərinə qranit döşənib, 5 min kvadratmetr yaşıllıq sahəsi salınıb, müasir işıqlandırma və suvarma sistemləri quraşdırılıb, gecələr hər bir eksponatın ayrıca işıqlandırılması təmin edilib. Məlumat lövhəsində hər bir eksponat haqqında Azərbaycan və ingilis dillərində informasiyalar yazılmışdır.

Xalq şairi Səməd Vurğun adına ParkdaSaz” və “Kitab” abidələri ucaldılmış, Hüseyn Arif muzeyi yeni eksponatlarla zənginləşmişdir.

“Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014 -2020-ci illər üzrə Dövlət Proqramı” yerlərdə tarixin nadir izlərinin mühafizəsi və aşkar edilməsi sahəsində mühüm rol oynayır. Burada müvafiq olaraq abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində ilkin işlər görülür. Bu mühüm işlərin sistemli təşkili üçün abidələrin qorunması, bərpası, istifadə və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl və mütərəqqi üsulların tətbiqi, zərurət yarandıqda kənardan mütəxəssislərin cəlb olunması ümumi işə böyük fayda verirdi. Şair Bəxtiyar Vahabzadə yazırdı ki, “qədim abidələr onları yaradan xalqın keçib gəldiyi yollardan, bu yollarda çatdığı fikir və xəyal məqamlarından xəbər verən nişangahlardır. Əsrlərin burulğanından keçib gələn bu abidələr susa-susa danışır, danışa-danışa susur. Bu baxımdan abidələr susan daş nəğmələridir”.

 

Əhməd İSAYEV,

Azərbaycan.-2015.- 18 aprel.- S.9.