“İçərişəhər - canlı tarix. Tarazlı qorunma

 inkişafmövzusuna həsr edilmiş konfrans

 

Aprelin 17-də Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Memarlar İttifaqı ilə birgə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “İçərişəhər - canlı tarix. Tarazlı qorunmainkişafmövzusunda konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən idarə rəisi Samir Nuriyev bildirib ki, abidələrin və tarixi yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının (İCOMOS) 1983-cü ildə qəbul etdiyi qərarına əsasən hər il aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda da müxtəlif təşkilat və qurumlar tərəfindən geniş şəkildə qeyd olunur, bütün muzeylərdə və tarixi abidələrdə “açıq qapı” günü elan edilir.

S.Nuriyev vurğulayıb ki, bu günün qeyd olunmasının əsas məqsədi ictimaiyyətin diqqətini milli-mədəni irsimizin qorunması, bərpası və gələcək nəsillərə olduğu kimi çatdırılmasına yönəltməkdir.

Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarını rəhbər tutaraq idarə tərəfindən İçərişəhərin qorunması və bərpası sahəsində, eyni zamanda, qoruq sakinlərinin yaşayış şəraitinin daha da yaxşılaşdırılması və müasir turizm infrastrukturunun yaradılması istiqamətində görülən işlərdən və əldə olunmuş nailiyyətlərdən söhbət açıb.

İçərişəhərdə onlarla abidənin bərpa edildiyini, o cümlədən beynəlxalq ekspertlərin cəlb olunması ilə Qız qalasında konservasiya işlərinin aparıldığını və orada muzey ekspozisiyasının yaradıldığını nəzərə çatdırıb. Bildirib ki, bunun nəticəsində Qız qalasına gələn ziyarətçilərin sayı 2,5 dəfə artıb.

İdarə rəisi həmçinin sosial məsələlərə də diqqət yetirildiyini, yolların və yaşayış binalarının təmir edildiyini söyləyib.

S.Nuriyev İçərişəhərin tək Azərbaycanın deyil, eyni zamanda, bəşəriyyətin mədəni irsi olduğunu vurğulayaraq burada mütəmadi olaraq keçirilən tədbirlərin İçərişəhərin beynəlxalq səviyyədə təbliğ olunmasına xidmət etdiyini deyib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bayram münasibətilə bu sahənin mütəxəssislərini təbrik edərək konfransın mövzusunun nəinki İçərişəhərin, o cümlədən Azərbaycanın tarixi yerləri və abidələrinin fəaliyyət planını müəyyən edən mövzu olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti barədə danışaraq bildirib ki, həmin qurum yerlərdə təhlillər aparır, qanunsuz işlərin qarşısını alır. Nazir eyni zamanda, bu sahədə mövcud olan problemlərdən də söhbət açıb.

Ə.Qarayev paytaxtımızda keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunları və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək bu tədbirlər çərçivəsində mədəni proqramların təşkil ediləcəyini söyləyib. Bildirib ki, həmin proqramlara əsasən qonaqlar tarixi irsimizlə tanış olacaqlar.

Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbəy Qasımzadə və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova ölkəmizin tarixi abidələrlə çox zəngin olduğunu vurğulayaraq, abidələrimizin qorunması istiqamətində ardıcıl işlər aparıldığını söyləyiblər.

Azərbaycanda tarixi abidələrin qorunmasına xüsusi həssaslıqla yanaşıldığını qeyd edən natiqlər bildiriblər ki, əsas məqsəd cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunun təbliğinə nail olmaqbu irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.

Elbəy Qasımzadə Samir Nuriyevi Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçdiklərini bildirərək ona qurumun diplomunu təqdim edib. Həmçinin idarənin bir neçə işçisinə və bir sıra memarlara fəxri fərman verilib.

Daha sonra konfransda Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə SalahovaMiniatür Kitab Muzeyinin İçərişəhərin sosial-mədəni həyatında rolumövzusunda məruzə edib. O, muzeyin tarixindən, ulu öndər Heydər Əliyevin muzeyin yaradılmasındakı xidmətlərindən söhbət açıb, ümummilli liderin onun miniatür kitab kolleksiyasına yüksək qiymət verdiyini söyləyib.

Zərifə Salahova muzeyin 2014-cü ildə “Ginnesin Rekordlar Kitabı”na daxil edilməsi prosesində idarənin əməkdaşları tərəfindən göstərilən köməyə görə təşəkkürünü bildirib.

Atelier Erich Pummer GmbH” şirkətinin nümayəndəsi Çingiz Neymanzadə “Bəylər məscidinin konservasiya layihəsinin hazırkı mərhələsi” barədə məruzə edib.

Konfransda həmçinin “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyəti haqqında da məlumat verilib.

Sonra konfrans iştirakçıları “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzini, Bəylər məscidini və Miniatür Kitab Muzeyini ziyarət ediblər.

 

Azərbaycan.-2015.- 18 aprel.- S.8.