Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Rostex”
Dövlət
Korporasiyasının baş
direktorunun rəhbərlik
etdiyi nümayəndə heyətini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də
Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş
direktoru Sergey Çemezovun başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib.
Baş
direktor Sergey Çemezov Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinin salamlarını dövlətimizin
başçısına çatdırdı. Sergey
Çemezov rəhbərlik etdiyi “Rostex” Dövlət
Korporasiyasında aparılan struktur islahatları və həyata
keçirilən işlər barədə məlumat verdi.
Görüşdə
Azərbaycan ilə Rusiya arasında əlaqələrin
çox yüksək səviyyədə olduğu bildirildi,
müdafiə sənayesi, maşınqayırma, yüksək
texnologiyalar, əczaçılıq və digər sahələrdə
əməkdaşlığın perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
Prezident
İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir
Putinin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Rusiya dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
Azərbaycan.-2015.- 21 aprel.- S.2.