Prezident İlham
Əliyev Qazaxıstanın Azərbaycanda yeni
təyin olunmuş səfirinin etimadnaməsini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da
Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Beybit İsabayevin etimadnaməsini qəbul edib.
Səfir
Beybit İsabayev fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Beybit
İsabayev etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra
Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Xalqlarımız
arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin
mövcud olduğunu bildirən dövlətimizin
başçısı müasir dövrdə ikitərəfli
münasibətlərimizin müttəfiqlik səviyyəsinə
qalxdığını məmnunluqla qeyd etdi. Siyasi əlaqələrimizin
yüksək səviyyədə olduğunu deyən Prezident
İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar
çərçivəsində bir-birini dəstəklədiyini
vurğuladı.
Dövlətimizin
başçısı Azərbaycan ilə Qazaxıstanın
mühüm birgə iqtisadi, enerji, nəqliyyat layihələrini
həyata keçirdiyini deyərək bütün bunların əməkdaşlığımızın
potensialının daha da gücləndirilməsi işinə
xidmət etdiyini bildirdi. Prezident İlham Əliyev Xəzərin
statusunun müəyyənləşdirilməsi və Xəzər
hövzəsində əməkdaşlıqla bağlı Azərbaycan
ilə Qazaxıstan arasında tam qarşılıqlı
anlaşmanın olduğunu diqqətə çatdırdı.
Dövlətimizin
başçısı Beybit İsabayevin səfir kimi fəaliyyəti
dövründə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə
və ölkələrimizin regional əməkdaşlığın
və təhlükəsizliyin təmin edilməsi istiqamətində
birgə səylərinin daha da artırılacağına
ümidvar olduğunu dedi.
Səfir
Beybit İsabayev Qazaxıstan Respublikasının Prezidenti
Nursultan Nazarbayevin salamlarını dövlətimizin
başçısına çatdırdı. Qazaxıstan ilə
Azərbaycan arasında mövcud olan dostluq və
qardaşlıq əlaqələrinin ən yüksək səviyyədə
bundan sonra da inkişaf edəcəyinə ümidvar
olduğunu bildirən səfir Beybit İsabayev fəaliyyəti
dövründə əlaqələrimizin genişləndirilməsi
istiqamətində səylərini əsirgəməyəcəyini
dedi.
Dövlətimizin
başçısı Prezident Nursultan Nazarbayevin salamlarına
görə minnətdarlığını bildirdi, onun da
salamlarını Qazaxıstan dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
Azərbaycan.-2015.- 21 aprel.- S.2.