Azərbaycan və İran arasında arasında müdafiə

 sənayesində əməkdaşlıq məsələləri müzakirə olunub

 

Aprelin 20-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Y.Camalov Azərbaycan ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb. Nazir nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Sonra müdafiə sənayesi sahəsində əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Görüşdə İranın Azərbaycandakı səfiri Mühsün Pakayin iştirak edib.

 

Azərbaycan.-2015.- 21 aprel.- S. 3.