General-mayor Hüseyn Dehqan: İran Azərbaycanın
ərazi
bütövlüyünü və ədalətli mövqeyini
dəstəkləyir
Aprelin
20-də Azərbaycanın müdafiə naziri general-polkovnik
Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə
olan İran İslam Respublikasının müdafiə və
silahlı qüvvələrə dəstək naziri
general-mayor Hüseyn Dehqanla görüşüb.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, H.Dehqanın rəhbərlik etdiyi nümayəndə heyəti
əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər
Əliyevin və Zərifə xanım Əliyevanın, sonra
Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi,
ərazi bütövlüyü uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman
övladlarımızın məzarlarını ziyarət
ediblər.
Sonra
Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi
keçirilib.
Hər
iki ölkənin dövlət bayraqları
qaldırılıb, qonağın şərəfinə fəxri
qarovul dəstəsi düzülüb.
Fəxri
qarovulun rəisi raport verdikdən sonra dövlət himnləri
səsləndirilib. General-mayor H.Dehqan Şərəf
kitabını imzalayıb.
Nümayəndə
heyətlərinin geniş tərkibdə
görüşündə müdafiə naziri general-polkovnik
Z.Həsənov Azərbaycan və İranın münasibətlərində
qarşılıqlı etimadın yaradılması və
inkişaf etdirilməsində ümummilli lider Heydər
Əliyevin və dövlətimizin başçısı
İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib.
Müdafiə naziri iki ölkə arasında əməkdaşlığın
dostluq münasibətləri, qarşılıqlı inam
üzərində qurulduğunu və bu əlaqələrin
daim inkişaf etdiyini vurğulayıb.
Z.Həsənov
bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
nəticəsində ərazilərimizin işğal
olunması faktını, bir milyonadək qaçqın və
məcburi köçkün soydaşlarımızın
problemini, o cümlədən münaqişənin regional
sabitliyə ciddi təhlükə yaratdığını
diqqətə çatdırıb.
H.Dehqan
dövlətlərimizin əlaqələrinin qədim tarixə,
mehriban dostluq ənənələrinə əsaslandığını,
iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhlükəsizlik
və hərbi sahədə böyük əməkdaşlıq
potensialının olduğunu vurğulayaraq İranın Azərbaycanın
ərazi bütövlüyünü və ədalətli
mövqeyini dəstəklədiyini bəyan edib.
Sonra
Azərbaycan və İran Silahlı Qüvvələri
arasında əlaqələrin perspektivləri və müdafiə
sahəsində qarşılıqlı maraq doğuran digər
məsələlər barədə ətraflı fikir
mübadiləsi aparılıb.
Görüşdə
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin
iştirak edib.
Azərbaycan.-2015.- 21 aprel.- S. 3.