Türk dünyası ulu öndər Heydər Əliyev ilə qürur duyur

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə aprelin 20-də Heydər Əliyev Mərkəzində Azərbaycan bələdiyyələrinin milli assosiasiyalarının və Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) birgə təşkilatçılığı ilə “Türk dünyası” kitabının geniş təqdimat mərasimi keçirilib. Kitab TDBB-nin dəstəyi ilə nəşr olunub.

 

AZƏRTAC xəbər verir ki, TDBB-nin Yüksək Yazarlar Şurasının üzvü, tanınmış yazıçı, professor Özgen Keskinin müəllifi olduğu kitabda türk dünyasının çoxəsrlik tarixi dövründə maraqlı faktlar, iki minillik ərzində əbədi iz qoyan türk xalqının 12 öndəri, o cümlədən Atilla, Dədə Qorqud, Çingiz xan, Mustafa Kamal Atatürkümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətləri ilə bağlı müfəssəl məlumatlar təqdim olunur.

 

Tədbirdə iştirak etmək üçün ölkəmizə gələn Türk Dünyası Bələdiyyələr Birliyinin baş katibi Fəxri SolakBirliyin üzvləri Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Qonaqlar, həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə tər çiçəklər düzüblər.

 

Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, türkdilli dövlətlərin ölkəmizdəki səfirləri, görkəmli tarixçilər, ziyalılar, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndərin dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına və inkişafına hər zaman dəstək göstərdiyini vurğulayıb.

 

Əli Həsənov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində türkdilli xalqların maraqları, Azərbaycanın mənafeyi naminə misilsiz işlər görüb, dahi rəhbərin əsasını qoyduğubu gün uğurla həyata keçirilən neft strategiyası, regionda irimiqyaslı layihələrin reallaşdırılması türk dünyası ölkələri arasında birliyin, dostluğun və qardaşlığın möhkəmlənməsinə xidmət edir. Ümummilli Liderin yüksək ideyaları, amalları bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davaminkişaf etdirilir.

 

Azərbaycan və Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu deyən Prezidentin köməkçisi bu əlaqələrin dərin tarixi köklərə malik olduğunu, tarix boyu xalqlarımızın bir-birini dəstəklədiyini vurğulayıb. Əli Həsənov bu günlərdə Avropa Parlamentinin qəbul etdiyi qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməyə toxunaraq qeyd edib ki, bu sənəd qurumun tarixində ən biabırçı, həqiqəti əks etdirməyən, Birinci Dünya müharibəsinin real tarixini təhrif edən, ədalətsiz, xüsusi məqsəd daşıyan və siyasiləşmiş bir qərardır. Bu qətnamənin antimüsəlman və antitürk ovqatından qaynaqlandığı şübhə doğurmur. Bu qərar Azərbaycanda və Türkiyədə haqlı olaraq ciddi surətdə pislənilir. Türkdilli dövlətlər bu istiqamətdə birlik nümayiş etdirməlidirlər.

 

Əli Həsənov deyib: “Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının əsasında müasir dünyanın yeni çağırışları fonunda dövlətlərimizin və xalqlarımızın eyni mövqedən çıxış etməsi reallığı dayanır. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyaları Azərbaycan-Türkiyə münasibətlərinin söykəndiyi əsas prinsipdir. Azərbaycan Prezidenti İlham Əliyevin “Bizi birləşdirən bizim tariximizdir, - xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar, - ənənələrimizdir, bizim mədəniyyətimizdir, dilimizdir, kökümüzdür, etnik mənsubiyyətimizdir. Bu, gələcək inkişaf üçün çox böyük bir əsasdır” fikirlərini irəli sürməsi Azərbaycan dövlətinin türkdilli xalqların birliyinə verdiyi əhəmiyyətin bariz göstəricisidir”.

 

Türk xalqlarının birliyinə töhfə olanTürk dünyası” kitabının ərsəyə gəlməsini dahi öndərin türkdilli ölkələrin və xalqların inkişafı naminə gördüyü misilsiz işlərin məntiqi nəticəsi kimi qiymətləndirən Əli Həsənov türk xalqlarının tarixini öyrənmək, topluda təqdim olunmuş müfəssəl ensiklopedik məlumatları geniş oxucu kütləsinə çatdırmaq baxımından nəşrin əhəmiyyətini xüsusi qeyd edib.

 

Prezidentin köməkçisi diqqətə çatdırıb: Kitabda qədimdən başlayaraq müasir dövrümüzə qədər türk dövlətçiliyinin tarixində böyük rol oynamış, özlərinin sərkərdəlik, ölkəni idarə etmək qabiliyyətləri və bacarıqları ilə adları tarixə əbədi həkk olunmuş, təmsil etdiyi xalqın milli mənafeyini hər şeydən üstün tutaraq bu yolda qətiyyətli mübarizə aparmış Oğuz xan, Atilla, Bilgə Xaqan, Alparslan, Çingiz xan, Osman Qazi, Mustafa Kamal Atatürk, Heydər Əliyev kimi müdrik dövlət xadimləri və onların keçdiyi kəşməkəşli həyat yolu ilə bağlı məlumatlar öz əksini tapıb. Bu görkəmli şəxsiyyətlər türk dünyasının ortaq ataları kimi dəyərləndirilib və onların öz xalqının mənafeyi naminə gördüyü işlərin gələcək nəsillər üçün böyük bir örnək olduğu xüsusi olaraq vurğulanıb.

 

TDBB-nin baş katibi professor Fəxri Solak Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd edib, Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamının bu gün dövlət başçılarının timsalında daha da gücləndiyini vurğulayıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılaraq fəaliyyətə başlayan TDBB-nin üzv dövlətlərinin bələdiyyələri arasında əlaqələrdən danışan F.Solak ölkəmizin birlikdə fəal təmsilçiliyini, əməkdaşlıq çərçivəsində birgə mədəni və humanitar tədbirlərin keçirildiyini qeyd edib, Birliyin fəaliyyəti dövründə bir çox nəşrlərin işıq üzü gördüyünü, Türkiyədə nəfis şəkildə nəşr olunmuşTürk dünyası” kitabının TDBB-nin bütün türk dünyasına dəyərli töhfəsi olduğunu vurğulayıb.

 

Müəllif Ö.Keskin təqdim olunan kitab barədə ətraflı məlumat verərək topluda türk dünyasının ən görkəmli dövlət xadimlərindən bəhs olunduğunu, miladdan öncə Hun dövlətinin hökmdarı olan Oğuz xandan başlayaraq iki müasir müstəqil türk dövlətinin – Türkiyənin və Azərbaycanın qurucuları Mustafa Kamal Atatürk və Heydər Əliyevin həyat və fəaliyyətləri haqqında geniş söhbət açıldığını bildirib, ulu öndər Heydər Əliyevin nəinki Azərbaycan xalqının, eyni zamanda, bütün türk dünyasının qürur mənbəyi olduğunu vurğulayıb. O deyib ki, bu nəşrdə türk dünyasını təmsil edən dövlətlər, onların qədim tariximüasir dövrdəki coğrafiyası, ərazisi, əhalisi, mədəniyyəti, dövlət atributları, sərhədləri, xəritələri haqqında məlumatlar yer alıb.

 

Tədbirdə məruzə ilə çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, Akademiyanın müxbir üzvü Yaqub Mahmudov ümummilli lider Heydər Əliyevin zəngin irsindən, türk dünyasının tarixindən danışıb, Ulu Öndərin XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi dahi şəxsiyyət, əbədi lider olduğunu, türkdilli dövlətlərin və xalqların arasında əlaqələrin möhkəmləndirilməsi üzrə tarixi xidmətlərini qeyd edib. Bildirib ki, Heydər Əliyev zəkası ilə türk dünyasında birliyin formalaşdırılması üçün uzaqgörən addım atıb, dahi rəhbərin bilavasitə təşəbbüsü ilə təməli qoyularaq həyata keçirilən qlobal layihələr türkdilli dövlətləri birləşdirir. Türk dünyasının ulu öndər Heydər Əliyev ilə qürur duyması və onun dahi şəxsiyyət, müdrik siyasi xadim kimi qəbul olunması da tarixi etirafdır. Bu mənada türk dünyasının tarixi şəxsiyyətləri sırasında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunanTürk dünyası” kitabının nəşri qürurvericidir. Heydər Əliyevin respublikamızın gələcəyi naminə göstərdiyi böyük fəaliyyətinin nəticələri zaman keçdikcə daha aydın şəkildə görünməkdədir. Bu gün ölkəmiz ümummilli lider Heydər Əliyev dühası ilə daha da inkişaf edir, möhkəmlənir.

 

Heydər Əliyev irsinin tədqiqatçıları, Ulu Öndərlə bilavasitə təmasda olmuş deputatlar Arif Rəhimzadə, Elmira Axundova, Nizami Cəfərov, Musa Qasımlı və İradə Hüseynova dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin bənzərsiz tarixi şəxsiyyət kimi dövlətçiliyimizin təşəkkülündə və inkişafında müstəsna rolunu qeyd edərək, Vətən və xalq naminə gördüyü nəhəng işləri vurğulayıblar. Türk dünyasının inkişafında, türk və Azərbaycan dillərinin təbliği və yayılmasında, türkdilli xalqların maraqlarının qorunmasında ulu öndər Heydər Əliyevin müdrik siyasəti barədə danışan natiqlər əbədiyaşar liderin şərəfli ömrününtitanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyiblər.

 

Çıxışlarda əminliklə qeyd olunub ki, “Türk dünyası” kitabı türk xalqları və dövlətləri, onların qədim mədəniyyəti, tarixi şəxsiyyətləri barədə müfəssəl və dolğun məlumatların təbliği və gənc nəslə çatdırılması baxımından dəyərli töhfə olacaq.

 

Azərbaycan.-2015.- 21 aprel.- S. 4.