ADİU ilə Rusiyanın “Ali
İqtisadiyyat Məktəbi” Milli
Tədqiqat Universiteti arasında saziş imzalanıb
Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin Moskvaya səfəri çərçivəsində Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin rektoru, professor Yaroslav Kuzminov ilə görüş keçirilib.
Görüş zamanı iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olması diqqətə çatdırılıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov və Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin (AİM-MTU) rektoru, professor Yaroslav Kuzminov iki universitet arasında “Elm, tədris və mədəniyyət sahəsində əməkdaşlığa dair” saziş imzalayıblar.
Sazişdə Rusiyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti ilə tələbə mübadiləsi, ikili diplom proqramlarının hazırlanması, birgə elmi-tədqiqat layihələrinin, müəllim və tələbələr üçün təcrübə proqramlarının həyata keçirilməsi və digər sahələrdə uzunmüddətli əməkdaşlıq nəzərdə tutulub. Eyni zamanda sazişdə ADİU-nun tələbələrinin təhsillərini AİM-MTU-nun magistratura pilləsində davam etdirməsi, yeni təlim texnologiyalarından birgə istifadə olunması da öz əksini tapıb.
Qeyd edək ki,
cari ilin fevralında
AİM-MTU tərəfindən sonuncu kurs tələbələri üçün
olimpiadanın məhz ADİU-nun
bazasında keçirilməsi iki universitet arasında əməkdaşlığa
xüsusi təkan verib.
Rusiyanın aparıcı ali
məktəblərindən biri kimi dünya universitetlərinin
reytinq siyahısına daxil
olan AİM-MTU müasir
tədris metodları və idarəetmə sistemlərinin tətbiqi,
ali təhsillə elmi
tədqiqatların səmərəli inteqrasiyasının təmin
olunması, Avropa və Amerikanın
qabaqcıl universitetləri ilə ikili
diplom proqramlarının
reallaşdırılması istiqamətində mühüm uğurlar əldə
edib.
Azərbaycan.-2015.- 21 aprel.- S. 5.