Korrupsiyanı dövlət siyasətinə çevirən

 Qərb ölkələri Azərbaycanı niyə hədəf seçiblər

 

İnsan hüquq və azadlıqlarının yüksək inkişaf mərhələsinə çatmış qabaqcıl dövlətlərin təcrübəsi göstərir ki, cəmiyyətin təkamül sistemini, habelə dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların dövrün tələblərinə uyğun müasirləşdirilməsi davamlı və zəruri səciyyə daşıyır. Bu istiqamətdə həyata keçirilən mütərəqqi islahatların praktik nəticələr verməsi isə daha çox tətbiq olunan yeniliklərin zamanla nə dərəcədə səsləşməsi, cəmiyyətin inkişaf tempinə uyğunluğu ilə şərtlənir. Hər bir islahatın uğuru həm də onun aktuallığından, miqyasından, ən başlıcası, vətəndaşların hüquq və azadlıqlarını özündə yüksək səviyyədə əks etdirməsindən asılıdır.

Bu gün ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Ən azı bu baxımdan ki, Azərbaycan özünün çoxminillik dövlətçilik tarixində heç zaman indiki kimi güclü, qüdrətli, özünə inamlı olmamışdır.

Ümumilikdə yeni mərhələni daha çox bazar münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, modernləşmə strategiyasının reallaşdırılması mərhələsi kimi səciyyələndirmək olar. Bu xüsusda müasir dövrün milli ideyasının Azərbaycan üçün nədən ibarət olduğu da tamamilə aydındır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, məqsəd Azərbaycanda 2020-ci ilədək ümumi daxili məhsulun 2 dəfəyədək artımına, 2018-ci ilədək bütün sosial problemlərin həllinə nail olmaq, sistem islahatlarını başa çatdırmaqdır. “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyası məhz bu və digər məqsədlərin reallaşdırılması baxımından sosial-iqtisadi, siyasihüquqi platforma rolunu oynayır. Belə bir mükəmməl sənədin hazırlanması və təsdiqi deməyə əsas verir ki, İlham Əliyev xalqın gələcəyi ilə bağlı aydın baxışlara malikdir.

Son 11 ildə ölkədə məhkəmə-hüquq və ədliyyə sisteminin inkişafı üzrə aparılan islahatlar çərçivəsində ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində, vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm əhəmiyyət kəsb edən məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması ardıcıl xarakter daşıyır, bu sahədə mövcud çatışmazlıqların, nöqsanların aradan qaldırılması üzrə təsirli tədbirlər görülür. Xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın 33-cü bəndində məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi üçün məhkəmə qərarlarının icrası ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin aparılması nəzərdə tutulmuşdur.

Cəmiyyətin demokratikləşməsi millətin intellektual potensialının həyata keçməsinə, yeni sivilizasiyaya yaxınlaşmağa meydan açır. Ancaq demokratikləşmənin özümilli ideyaya bağlı olmasa, sosiumun milli özəlliyi nəzərə alınmasa uğursuzluğa məhkumdur. Milli ideyanın millətin inkişafına, dövlətin tərəqqisinə tam dolğun xidmət etməsi üçün o, cəmiyyəti innovasiyalı modernləşməyə istiqamətləndirməlidir. Ümumilikdə isə, Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı”, 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanı demokratik və açıq cəmiyyətin qurulması baxımından yeni imkanlar açmışdır.

Prezident İlham Əliyev ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistematik, genişmiqyaslı və səmərəli həyata keçirilməsinin təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqların müdafiə edilməsi, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq etmişdir. Əsas məqsədi korrupsiyaya qarşı mübarizəni vahid strategiya çərçivəsində qurmaqdanbu sahədə görülən tədbirləri daha səmərəli surətdə davam etdirməkdən ibarət olan Milli Fəaliyyət Planı dövlət idarəçiliyində şəffaflığın artırılmasına, ərizə və şikayətlərə baxılması işinin, qanunvericilik bazasının, institusional mexanizmlərin, korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların fəaliyyətinin təkmilləşdirilməsinə, dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsinə, beynəlxalq əməkdaşlığın, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsinə yönəldilmişdir.

Ölkə başçısı İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə, eyni zamanda, əsas istiqamətləri dövlət idarəçiliyində hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqinin dəstəklənməsi olan Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı da təsdiq edilmişdir. Bu Milli Fəaliyyət Planının qəbul edilməsi Azərbaycanın beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri kimi bu prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir. Açıq Hökumət Tərəfdaşlığının prinsiplərinə müvafiq olaraq dövlət orqanları tərəfindən fəaliyyətləri barədə ictimaiyyətə geniş məlumatlar verilməsi, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi, əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin yüksəldilməsi kimi mühüm elementləri özündə əks etdirən Milli Fəaliyyət Planı ilk növbədə idarəçilikdə şəffaflığı təmin edən bütün komponentləri özündə birləşdirməklə yanaşı, korrupsiyaya qarşı mübarizə işinə mühüm töhfə verməyə başlamışdır. Təsadüfi deyil ki, ən müxtəlif vaxtlarda dünyanın nüfuzlu araşdırma mərkəzləri, beynəlxalq vətəndaş cəmiyyəti institutları və qeyri-hökumət təşkilatları Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi uğurlar barəsində yüksək fikirlər səsləndirmişlər.

Azərbaycanın bütün sahələrdə apardığı uğurlu islahatlar bəzi xarici dairələr tərəfindən qısqanclıqla yanaşılır və ölkəmizə qarşı açıq kampaniya aparırlar. Bu kampaniyalar əsasən ölkəmizdə önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da “fəal”laşır və eybəcər forma alır. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində biz bunun şahidi olmuşuqbirinci Avropa Oyunları ərəfəsində də eyni ssenari təkrarlanır. Bu, koordinasiya şəklində təşkil edilmiş, birya bir neçə mərkəzdən idarə olunan antiazərbaycançı kampaniyadır ki, bunun da məqsədi ölkəmizi qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı qeyri-demokratik ölkə kimi təqdim etməkdir. Dünyanın bir çox ölkələrində, xüsusilə də Qərbdə hazırda insan hüquqlarının kobud şəkildə pozulduğu, korrupsiyanın tüğyan etdiyi, insan ləyaqətinə etinasızlığın baş alıb getdiyi barədə kifayət qədər faktlar sadalamaq mümkündür.

Amerikalıların 80 faizi hesab edir ki, ABŞ hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb. Bir qədər əvvəl evin ən yüksək dairələri ilə bağlı 6 milyard dollarlıq bir fırıldağın üstü açılmışdı. Hələ ki, bu barədə də susmağa üstünlük verilib. İllinoys ştatındakı Dikson şəhərinin maliyyə xidmətinin rəhbəri Rita Krandvellin 7 il müddətində büdcədən 9 faiz miqdarında oğurluq etdiyi, nəticədə 30 milyon dollar pul topladığı aşkarlanıb. Təkcə bu ilin əvvəlindən bəri ABŞ-da müxtəlif səviyyəli dövlət məmurlarına qarşı rüşvət ittihamı ilə 2320 cinayət işi açılıb. Bunlardan 678-i xüsusilə böyük məbləğdə rüşvət ittihamıdır.

Keçən ilin oktyabrında ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin əməkdaşları ərzaq talonları ilə bağlı saxtakarlıq etdiklərinə görə korrupsiya ittihamı ilə həbs ediliblər. Belə cinayətlər saysız-hesabsızdır. Sadəcə, ABŞ-ın dünyadakı imicinə zərər vurmamaq üçün onların çoxu açılmır. Bəzən belə faktlar siyasi intriqalar üzündən açıqlanır. Məsələn, ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin İraqda neft sahəsində çalışan qohumlarına lobbiçilik etdiyi mətbuata sızdırılmışdı. Bu zaman kələfin bir ucu da Texasdakı neft firmasında fəaliyyətini davam etdirən prezdent Buşa (kiçik) gedib çıxmışdı. Dünyaya “ağıl verənABŞ-da korrupsiya ilə bağlı yetərincə fakt var. Nyu Cersi ştatının senatoru, məşhur ermənipərəst siyasətçi Robert Menendez bu günlərdə cinayət məsuliyyətinə cəlb edilib. O, korrupsiya və qəsdən fırıldaqçılığın bir neçə növüdaxil olmaqla 14 maddə üzrə, o cümlədən “dövlət vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması” faktının gizlədilməsi maddəsi üzrə ittiham olunur.

Amerika siyasətçisi Ron Pol iddia edir ki, yeni “təhlükələr” silah istehsal edən şirkətlərə böyük gəlir gətirir. Onlar isə öz növbələrində analitik mərkəzlərə, mediaya, kinostudiyalara böyük məbləğdə vəsait ödəyirlər ki, müharibə təbliğatı aparsınlar. Onun sözlərinə görə, Amerika elitasının nümayəndələri asanlıqla sadə vətəndaşların maraqlarını tapdamağa hazırdır.

Böyük Britaniya Müdafiə Nazirliyi hərbçilərin onlayn rejimində səfərbər edilməsi ilə bağlı xüsusi proqramın həyata keçirilməsinə milyonlarla pul töküb, amma proqram lazımınca işləmir. Nazirlik buna görə ciddi tənqidlərə məruz qalır. Bundan əlavə, Müdafiə Nazirliyi 6 milyard funt-sterlinq qiymətində nasaz sursat və lazımsız geyim əşyaları aldığına görə də tənqidlərlə üzləşib. Ancaq nazirlik günahkarları cəzalandırmayacağını bəyan edib. Üstəlik, bunu vəsaitə qənaət kimi qiymətləndirib. Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon sevinir. “Tayms” qəzetində dərc edilmiş öz məqaləsində o, təntənəli surətdə elan etdi ki, London dərhal içində nüvə silahı olan dörd ən yeni sualtı gəmi tikmək niyyətindədir. Düzdür, o əlavə etdi ki, bu planlar yalnız o halda həyata keçəcək ki, mayın 7-də Mühafizəkar Partiyası yenidən seçkiləri udsun.

Britaniya hərbçilərinin sevincini anlamaq olar. Son illər Böyük Britaniyada müdafiə xərcləri sürətlə azalırdı. Dərin maliyyə böhranı şəraitində britaniyalılar sual verirdilər ki, axı Amerika nüvə çətirinin ölkənin üstündə açıldığı halda bahalı nüvə silahı nəyə gərəkdir? Belə fikirlər yaxın vaxtlara qədər digər avropalıları da düşündürürdü.

Onlar səmimiyyətlə inanırdılar ki, NATO onun üçün yaradılıb ki, ABŞ Avropanı xarici təhdidlərdən qorumaq xərclərini öz üzərinə götürsün. Bundan başqa, real təhlükələr praktik olaraq mövcud deyildi. Beləliklə, Avropa ölkələrinin müdafiə büdcələri hər il daha da azalırdı. Əgər belə davam etsəydi, ondadövlətləri Brüsseldə təvazökar ofislə yığcam vahid mərkəzi ordu yaradıb milli müdafiə nazirliklərini bağlamalı olardı. Onda qədər avroəsgərə yeni axtarmaq lazım gələrdi?

İranın nüvə proqramı haqqında olan-olmaz xəbərlər avropalıları çox mütəəssir edirdi. Lakin bununla bağlı artırılan xərclər Qərb hərbçilərini qane etmirdi. Onda ABŞ-ın dəstəyi ilə Yaxın Şərqdəntəhlükəçıxdı.Suriyanın dostlarıbir neçə il yenilayihələripul silahla təchiz etdilər. Nəticədə nəzarət altında olmayanİslam dövlətiadlı hərbi güc ortaya çıxdı. indi ABŞ Prezidenti İŞİD-imədəni dünyanınəsas düşməni adlandırır. Təbii ki, “mədəni dünyamüdafiə olunmaq üçün xərclərini artırır.

Bu işə gərəkli müdafiə xərcləri ayrılmadığı görüldükdə isə Ukrayna böhranı şiddətləndi. Yeni soyuq müharibə təbliğatı, görünür, özünü doğruldur” - CNBC üçün yazdığı məqalədə ABŞ-ın keçmiş konqres üzvü Ron Pol qeyd edir.

Onun sözlərinə görə, Almaniya keçən həftə 100 “Leopard” tankı alınacağını elan etdi. Bununla onların miqdarını 45 faiz artırıb. Bu layihə demək olar ki, alman hökumətinə yarım milyard dollara oturacaq. Belə avantüralar həmişə özünü doğruldub. Məsələn, ABŞ Əfqanıstanda müharibəyə trilyon dollar xərcləyib. Bundan başqa, hələ münaqişə sahəsində olan ya evə dönən əsgərlərə tibbi xidmətlər üçün böyük məbləğdə pul xərclənir. Harvard Universitetinin iqtisadçısı Linda Bilms hesab edir ki, İraq Əfqanıstan müharibələrinin veteranları üçün tibbi xərclər 134 milyard dollar təşkil edir. Lakin bu, yekun xərc deyil, çünki bir çox xərcləri proqnozlaşdırmaq sadəcə mümkün deyil. Müharibələri tibb mafiyasının əməli adlandıran ekspert qrupu isə İraq, Əfqanıstan, indi Suriya Yəmən müharibələrindən sonra dünyada, xüsusən Şərq ölkələrində psixi xəstəliklərdən müalicə alanların sayının dəfələrlə artdığını deyir. Beləcə, müharibələr Qərbdə əczaçılıq sənayesinin tibbin çiçəklənməsinə rəvac verir.

Avropa İttifaqının (Aİ) Antikorrupsiya Agentliyi (OLAF) apardığı təhqiqatın nəticələrini açıqlayıb: Aİ ölkələri hər il korrupsiyaya görə 323 milyard avro itirir ki, bu da təşkilatın 2014-2020-ci illəri əhatə edən 7 illik büdcəsinin üçdə birini təşkil edir. OLAF Avropa Komissiyasının baş ədliyyə direktorunun birgə hazırladıqları hesabat Azərbaycan ictimaiyyəti üçün həqiqətən şok effekti yaradır: “Avropa strukturlarında korrupsiya ağlasığmaz miqyas alıb. Əgər əvvəllər Avropa fondlarından illik oğurluq yüz milyonlarla avro təşkil edirdisə, indi bu, milyardlarla ölçülür”.

Aİ ölkələrinin polisprokurorluq orqanları tərəfindən 2013-cü ildə xidməti vəzifədən sui-istifadə və rüşvət maddələri ilə 67 800 cinayət işi açılıb. Bu, Avropa İttifaqının tarixində ən rekord göstəricidir. Baş ədliyyə direktoru Fransua Le Bay Avropa Parlamentində çıxış edərək deyib ki, “söhbətin milyonlardan deyil, milyardlardan getdiyini söyləməyə hər cür əsas var. Bu, həm də yalnız aysberqin üst tərəfidir. Daha böyük rəqəmlər əldə edəcəyik. Bu, hələ başlanğıcdır”.

Avropa Komissiyası da rəsmi olaraq etiraf edib ki, Avropa strukturlarındakı korrupsiya halları lazımsız layihələrə silinən maliyyə vəsaitlərindən formalaşır. OLAF rəhbəri Covanni Kessler isə bildirib ki, “Avropanın ayrı-ayrı ölkələrində eyni vaxtda baş verən korrupsiya, dələduzluq və digər cinayətlər bir çox hallarda hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalır. Çünki bu cinayətlərə milli dövlətlərin səlahiyyətləri çərçivəsində baxılır. Ona görə də korrupsiya ilə ümumavropa səviyyəsində mübarizə aparmaq, belə cinayətlərin araşdırılması üçün xüsusi büro yaratmaq lazımdır”. Avropalı ekspertlərin özlərinin nəticələrinə görə, korrupsiya artıq bütün Avropa ölkələrinin xarakterik xüsusiyyətinə çevrilir.

Azərbaycana qarşı aparılan qərəzli kampaniya isə ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi güdür. Son illər respublikamız iqtisadisiyasi baxımdan kifayət qədər güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilmişdir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilməkdədir. Bunu gözü götürməyən antiazərbaycançı qüvvələrin ölkəmizə qarşı apardıqları qərəzli kampaniya həmişəki kimi bu dəfə də fiaskoya uğrayacaq.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2015.- 21 aprel.- S. 6.