Azərbaycan Prezidenti İlham Əliyev Birinci
Moskva Dövlət Tibb Universitetinin rektorunu qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin rektoru Pyotr Qlıboçkonu qəbul edib.
Pyotr
Qlıboçko Bakıda gedən çox böyük
inkişaf proseslərinin onda dərin təəssürat
yaratdığını vurğuladı. O, ölkəmizin
müvafiq strukturları ilə əməkdaşlığa
toxunaraq rəhbərlik etdiyi təhsil ocağında xeyli sayda
azərbaycanlı tələbənin uğurla təhsil
aldığını qeyd etdi.
Prezident
İlham Əliyev Azərbaycanda təhsilə dövlət səviyyəsində
böyük qayğının göstərildiyini qeyd edərək
bu sahənin ölkəmizin inkişafının əsas
prioritetlərindən biri olduğunu vurğuladı, gənc nəslin
hərtərəfli inkişafı istiqamətində, o
cümlədən peşəkar tibb kadrlarının
yetişdirilməsi sahəsində ölkəmizdə
genişmiqyaslı işlərin həyata keçirildiyini
bildirdi.
Görüşdə
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universiteti ilə Azərbaycanın müvafiq qurumları
arasında əməkdaşlığın bundan sonra da
genişlənəcəyinə əminlik ifadə olundu.
Azərbaycan.-2015.-22 aprel.-S.1.