“Azərbaycan
Respublikasında ovçuluqla
bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2004-cü il 30 sentyabr tarixli 147 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 104 Bakı şəhəri,
10 aprel 2015-ci il
“Ovçuluq haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
26 may tarixli 69 nömrəli
fərmanında dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
15 dekabr tarixli 400 nömrəli fərmanına
uyğun olaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il
30 sentyabr tarixli 147 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 9, maddə 759, ¹ 12, maddə
1079; 2005, ¹ 6, maddə 535; 2007, ¹ 10, maddə 1013; 2008, ¹ 2, maddə
132) ilə təsdiq edilmiş “Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti
ilə məşğul
olmaq istəyən şəxslərə verilməsi
qaydası”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 1.2-ci bənddə “Azərbaycan
Respublikası Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
müvafiq orqanı” sözləri “Azərbaycan
Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə
Xidmətinin tabeliyində
olan “Hərbi Ovçuluq İttifaqı”
Məhdud Məsuliyyətli
Cəmiyyətinin üzvlərinə
münasibətdə Azərbaycan
Respublikasının Xüsusi
Dövlət Mühafizə
Xidməti” sözləri
ilə əvəz edilsin.
2.
1.4-cü bəndə “Nazirliyinin”
sözündən sonra
“və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə
Xidmətinin tabeliyində
olan “Hərbi Ovçuluq İttifaqı”
Məhdud Məsuliyyətli
Cəmiyyətinin üzvlərinə
münasibətdə Azərbaycan
Respublikası Xüsusi
Dövlət Mühafizə
Xidmətinin” sözləri
əlavə edilsin və həmin bənddə “yaratdığı”
sözü “yaratdıqları”
sözü ilə əvəz edilsin.
3. 2.1-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“2.1. Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən
verilən ovçuluq
bileti bu qaydanın tələblərinə
uyğun hazırlanır
və 1 nömrəli
əlavədə göstərilən
formada verilir.”.
4. 2.2-ci bəndin birinci abzası aşağıdakı
redaksiyada verilsin:
“2.2. Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən
verilən ovçuluq
bileti aşağıdakı
kimidir:”.
5. 2.2-ci bəndin səkkizinci abzasında “onu verən müvafiq orqanın rəhbərinin”
sözləri “Azərbaycan
Respublikası Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
səlahiyyətli şəxsinin”
sözləri ilə əvəz edilsin.
6. Aşağıdakı məzmunda
2.3-cü və 2.4-cü bəndlər
əlavə edilsin:
“2.3. Azərbaycan Respublikasının
Xüsusi Dövlət
Mühafizə Xidməti
tərəfindən tabeliyində
olan “Hərbi Ovçuluq İttifaqı”
Məhdud Məsuliyyətli
Cəmiyyətinin üzvlərinə
verilən ovçuluq
bileti bu qaydanın tələblərinə
uyğun hazırlanır
və 2 nömrəli
əlavədə göstərilən
formada verilir.
2.4. Azərbaycan Respublikasının
Xüsusi Dövlət
Mühafizə Xidməti
tərəfindən verilən
ovçuluq bileti aşağıdakı kimidir:
2.4.1. ovçuluq biletinin
cildi tünd-qırmızı
rəngdə olur və ölçüləri
7,0 sm x 10,0 sm təşkil edir;
2.4.2. ovçuluq biletinin
üz qabığının
yuxarı hissəsində
Azərbaycan Respublikasının
Dövlət gerbi həkk olunur və onun altında
“Azərbaycan Respublikasının
Xüsusi Dövlət
Mühafizə Xidməti”
sözləri yazılır;
2.4.3. ovçuluq biletinin
üz qabığının
orta hissəsində iri hərflərlə
“OVÇULUQ BİLETİ” sözləri yazılır;
2.4.4. ovçuluq biletinin
içərisində birinci
səhifəsinin yuxarı
hissəsində “Azərbaycan
Respublikasının Xüsusi
Dövlət Mühafizə
Xidməti” sözləri
yazılır;
2.4.5. ovçuluq biletinin
birinci səhifəsinin
aşağı sol hissəsində
ovçuluq bileti alan şəxsin rəngli fotoşəkli üçün yer ayrılır;
2.4.6. ovçuluq bileti
alan şəxsin fotoşəklinin sağ hissəsində ovçuluq
bileti alan şəxsin ardıcıl
olaraq soyadı, adı, atasının adı və təvəllüdü göstərilir;
2.4.7. ovçuluq biletinin
ikinci səhifəsinin
orta hissəsində ovçuluq biletinin nömrəsi, ovçuluq
biletinin verildiyi tarix, qeydiyyat nömrəsi, Azərbaycan
Respublikası Xüsusi
Dövlət Mühafizə
Xidmətinin səlahiyyətli
şəxsinin vəzifəsi,
imzası və möhür yeri göstərilir;
2.4.8. ovçuluq biletinin üçüncü səhifəsində
Azərbaycan Respublikası
Xüsusi Dövlət
Mühafizə Xidmətinin
tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin
üzvünün şəxsiyyət
vəsiqəsinin seriyası
və nömrəsi, verildiyi tarix, kim tərəfindən verilib, ev ünvanı
və şəxsi imzası göstərilir;
2.4.9. ovçuluq biletinin
dördüncü səhifəsində
Azərbaycan Respublikası
Xüsusi Dövlət
Mühafizə Xidmətinin
tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin
üzvünün minimum sınağı
verməsi barədə
qeydlər göstərilir;
2.4.10. ovçuluq biletinin beşinci və altıncı səhifələrində
Azərbaycan Respublikası
Xüsusi Dövlət
Mühafizə Xidmətinin
tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin
üzvünə məxsus
ov aləti və silahın adı, modeli (markası), növü, nömrəsi və kalibri göstərilir;
2.4.11. ovçuluq biletinin
yeddinci səhifəsində
Azərbaycan Respublikası
Xüsusi Dövlət
Mühafizə Xidmətinin
tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin
üzvünə məxsus
ov itləri barədə qeydlər aparılır;
2.4.12. ovçuluq biletinin səkkizinci səhifəsində xüsusi qeydlər göstərilir;
2.4.13. ovçuluq biletinin doqquzuncu və onuncu səhifələrində ovçuluq bileti alan şəxs üçün yaddaş göstərilir.”.
7. 3.1-ci bəndə “Nazirliyi” sözündən sonra “və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri əlavə edilsin.
8. 3.3-cü bənddə “müvafiq orqanının rəhbəri (o olmadıqda onun səlahiyyətlərini icra edən)” sözləri “və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin səlahiyyətli şəxsi” sözləri ilə əvəz edilsin.
9. 4.2-ci bənddə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanında” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində” sözləri ilə əvəz edilsin.
10. 4.3-cü bəndə “müddətinə” sözündən sonra “(Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə müddətsiz)” sözləri əlavə edilsin.
11. “Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydası”na əlavə 1 nömrəli əlavə hesab edilsin və həmin əlavəyə aşağıdakı məzmunda ad verilsin:
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən ovçuluq biletinin forması”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.-22 aprel.-S.1.