Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 98                                                  Bakı şəhəri, 1 aprel 2015-ci il

 

 

Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 410 nömrəli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 564; 2012, ¹ 1, maddə 30, ¹ 11, maddə 1208; 2014, ¹ 2, maddə 201) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci və 3-cü hissələrə “magistratura” sözündən sonra “(rezidentura)” sözü əlavə edilsin.

2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsil alana düşən təhsil xərclərinin miqdarı”nın adına “magistratura” sözündən sonra “(rezidentura)” sözü əlavə edilsin.

3. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriatmagistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları” üzrə:

3.1. adına, 1.1-ci, 5.4-cü bəndlərinə, 1.3-cü və 4.1-ci bəndlərinin birinci cümlələrinə, 1 və 2 nömrəli əlavələrinin yuxarı sağ küncünə “magistratura” sözündən sonra “(rezidentura)” sözü əlavə edilsin;

3.2. 4.1-ci bəndin ikinci cümləsində “növbəti il üçün” sözləri “hər tədris ili üzrə” sözləri ilə, “mayın” sözü “martın” sözü ilə əvəz edilsin;

3.3. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdikləri təkliflər əsasında ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriatmagistratura (rezidentura) səviyyələrinə hər tədris ili üzrə tələbə qəbulunun planı barədə təkliflərini həmin ilin aprel ayının 1-dək Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim edir.”;

3.4. 4.3-cü bəndin birinci cümləsində “növbəti il üçün” sözləri “hər tədris ili üzrə” sözləri ilə, “aprelinsözü “fevralın” sözü ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.-22 aprel.-S.1.