Azərbaycan nümayəndə heyətinin
üzvü AŞPA-da
yüksək vəzifəyə seçilib
Azərbaycan
Milli Məclisinin deputatı, AŞPA-dakı nümayəndə
heyətinin üzvü Sahibə Qafarova aprelin 21-də qurumda
keçirilən səsvermə nəticəsində
qadınlara qarşı zorakılıqla mübarizə
üzrə baş məruzəçi vəzifəsinə
seçilib.
Danimarkalı
deputatla müqayisədə daha çox səs alaraq bu vəzifəyə
seçilən S.Qafarova bundan sonra qadınlara qarşı
zorakılıqla mübarizədə qurumun bütün
işinin və proqramlarının
formalaşdırılmasında əsas rol oynayacaq. Onun bu vəzifədə
əsas rolu qadınlara qarşı zorakılığın
qarşısının alınması sahəsində ictimaiyyətin,
hökumətin və qeyri-hökumət qurumlarının həssaslığının
daha da artırılması olacaq.
S.Qafarova,
eyni zamanda, “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi
üzrə siyasi əlaqələndirici vəzifəsini icra
edəcək. Hazırda bu şəbəkə özündə
51 üzv və müşahidəçi dövləti birləşdirir.
Məsələyə
münasibət bildirən Azərbaycan nümayəndə heyətinin
rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində
deyib: Nümayəndə heyətimizin üzvü Sahibə
Qafarova seçki yolu ilə ilk dəfə AŞPA-da çox
mühüm və vacib vəzifəyə- qadınlara
qarşı zorakılıqla mübarizə üzrə
baş məruzəçi seçilib. Bundan sonra AŞPA-da
bütün müvafiq proqramlar S.Qafarovanın nəzarəti
altında olacaq. Eyni zamanda, Avropa Şurası ilə BMT
arasında bununla bağlı bütün məsələlərin
həlli azərbaycanlı deputata etibar edilib. Bu isə
özlüyündə Azərbaycan nümayəndə heyətinin
növbəti uğurudur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi
müxbiri
Strasburq
Azərbaycan.-2015.-22 aprel.-S.2.