Sergey Lavrov: Qarabağ məsələsində irəliləmək üçün hamı

 tərəfindən qəbul olunmuş əsasları tapmaq imkanları var

 

Rusiya Qarabağ münaqişəsinin həllini tapmaq üçün çox iş görüb. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 22-də yerli KİV-lərə geniş müsahibəsində bəyan edib. Rusiya XİN-in başçısı deyib: “Biz bu son dərəcə mürəkkəb, lakin əslində həlli mümkün olan böhranı aradan qaldırmaq üçün hər kəsdən çox iş görmüşük və görməkdə davam edirik”.

ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə müntəzəm görüşlər keçirildiyini vurğulayan S.Lavrov deyib: “Biz amerikalılar və fransızlar ilə birlikdə işləyirik. Rusiya Prezidenti də Ermənistan və Azərbaycan liderləri ilə görüşlərində bu mövzunu müzakirə edir. İrəliləmək üçün hamı tərəfindən qəbul olunmuş əsaslar tapmaq imkanları var”.

Nazir ümidvar olduğunu bildirib ki, Yerevanda, habelə Azərbaycanın xarici işlər nazirinin Moskvaya səfəri zamanı gözlənilən görüşlər bu məsələnin həllini tezləşdirməyə imkan verəcək. S.Lavrov deyib: “Zənnimcə, məsələ çoxdan yetişib”.

 

Azərbaycan.-2015.- 23 aprel.- S.1.