Həştərxanda “Xəzər
mükafatı-2015”
mükafatının təqdimetmə
mərasimi keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən Rusiyada və dünyanın bir çox ölkələrində müxtəlif mədəni-kütləvi tədbirlər keçirilir. Bu tədbirlər çərçivəsində RAGT-ın Həştərxan bölməsi şəhər Administrasiyası ilə birgə “Xəzər mükafatı-2015” mükafatının təqdimetmə mərasimini təşkil edib.
Tədbirin keçirilməsindən məqsəd Həştərxan vilayətində media, mədəniyyət, incəsənət sahələri üzrə fərqlənənlərə mükafatların təqdim edilməsi, həmçinin gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması idi.
Mərasimdən öncə dövlət və hökumət rəsmiləri, mükafata layiq görülən namizədlər və mərasim iştirakçıları Həştərxan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoyublar. Mərasimdə Həştərxan vilayəti və şəhəri administrasiyalarının rəhbərləri, RAGT-ın Həştərxan bölməsinin rəhbəri və üzvləri, Həştərxan vilayətinin fəal tələbə gəncləri, Azərbaycandan dəvət olunmuş qonaqlar, eləcə də Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə müxtəlif nominasiyalar üzrə mükafatlar və hədiyyələr qalib şəxslərə təqdim edilib.
Mükafatları Həştərxan
vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri
D.Afanasyev, Həştərxan şəhər
Dumasının sədri Y.Semeonova, şəhər
Administrasiyasının başçısı O.Polumordvinov,
Ümumrusiya Azərbaycan Konqresinin
Həştərxan bölməsinin sədri Ə.Hüseynov, “haqqin.az”
saytının baş redaktoru
E.Fətullayev təqdim ediblər.
Azərbaycan.-2015.- 23 aprel.- S.2.