Erməni riyakarlığı
Yalandan ağlamaq, sızlamaq, göz yaşı axıtmaq, yalvarmaq qətiyyətsizliyin, acizliyin və ləyaqətsizliyin ifadəsidir. Bu həm də yol verilən günahları, cinayətləri, əxlaqsızlıqları pərdələmək, danmaq, bəraət almaq üsuludur.
Dəyanətli, qorxmaz, sözündə və əməlində ötkəm, düz olan insanlar ölümlə üz-üzə qaldıqları, fəlakətə getdiklərini bildikləri anda belə düşmən qarşısında əyilməyiblər, ağlamayıblar, inləməyiblər.
İnsana can onu yaşatmaq, qorumaq və həm də şərəfləndirmək üçün verilmişdir. Öz çürük məsləki, məqsədi xatirinə ləyaqətini alçaldanlar, başqasına qəsd edənlər, həyatı sürünə-sürünə, ağlaya-ağlaya yaşayanlar riyakardırlar, sağ ikən ölüdürlər. Bu xüsusiyyətlərə görə ermənilər dünyaya bir nümunədirlər. Bunu tarix və zaman, dünənimiz və bu günümüz sübut edir.
Ulu öndər Heydər Əliyev deyirdi: “Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü seçir.”
Müdrikcəsinə deyilmiş bu kəlam ermənilər üçün xarakterikdir. Cünki hadisələr, tarixi faktlar göstərir ki, millətçilik, şəxsi mənafe, şərəfsizlik, tamahkarlıq, qaniçənlik, yalan və xəyanət əksər erməninin qanındadır, keçicidir, irsidir. Təəssüf ki, insanlığa yad olan bu xüsusiyyətlər azalmaq əvəzinə, əksinə zaman keçdikcə pisliyə doğru formalaşdırılır, müxtəlif adlar, ünvanlar, baxışlar, ideyalar formasında meydana çıxır, yeni-yeni təcavüzə, insan tələfatına, terrorizmə, xəyanətlərə, təxribatlara və həm də ermənilərin milli əxlaqsızlığına, mənəviyyatsızlığına yollar açır.
Başqalarının kölgəsində daldalanmağı, özgəyə xidmət etməyi, əl açıb yalvarmağı, ağlayıb-inləməyi yüz illərlə özləri üçün milli dəyər hesab edən, ancaq fürsət düşən kimi çörəyini yediyi millətin qanını içən ermənilər hələ də öz mənfur siyasətlərindən, əməllərindən əl çəkmirlər.
Artıq Ermənistan fəlakətin bir addımlığında olsa da, öz müstəqilliyini tamamilə itirsə də, ancaq başda dövlət başçısı Serj Sarkisyan olmaqla erməni siyasətçiləri, hakim dairələr yalan bəyanatlar verib xalqı aldatmaqla, beynəlxalq aləmi çaşdırmaqla, siyasi riyakarlıqlarla məşğuldurlar. Bu gün Ermənistan dövləti müstəqil siyasət yeritmək, xalqı bir məqsəd uğrunda səfərbər etmək, beynəlxalq aləmdə söz demək imkanına malik deyil. Bu dövlətin ixtiyarı xarici ölkələrin, erməni lobbisinin əlindədir. Sarkisyan prezident deyil, fiqurdur və onun ölkəni sərbəst idarə etmək imkanı, səlahiyyəti, həm də qabiliyyəti yoxdur. Ancaq o, qəddarlıq etməkdə, başqasına əl açıb dilənməkdə, yalanlar uydurmaqda, xalqını əzməyini, dilənçi vəziyyətinə salmağını pərdələməkdə, eləcə də erməniləri yazıq, fağır, əzilən, incidilən görkəmdə təsvir etməklə məşğuldur.
Bu xüsusiyyət erməni xalqını uzun illər millətçilik ruhunda “tərbiyə” edib bundan özünün şəxsi məqsədləri, vəzifəsi, rütbəsi, şan-şöhrəti naminə istifadə edən bütün erməni rəhbərlərə xasdır. Onlar “böyük Ermənistan”, “ulu erməni xalqı”, “dünyada ilk xristian dövləti” xülyaları ilə əsrlərlə xalqı aldatmışlar. Milli oyanış, özünüdərk kimi dəyərləndirilən yalanlar, əslində erməni milli ruhunun dirçəldilməsi yox, milli bədbəxtçiliyin, düşkünlüyün, fəlakətin təbliğidir.
Bu gün tarixdən müəyyən anlayışı olan hər bir erməni yaxşı bilir ki, dünyada “böyük Ermənistan” dövləti mövcud olmamışdır. Həm də ermənilər qarışıq xalqlardan əmələ gəlmişlər. Bunu təkcə qədim yunan tarixçisi Herodot və başqa alimlər deyil, böyük və kiçik Sovet ensiklopediyası sübut edir. Akademik N. V. Mart VI əsrdə yaşamış erməni müəllifi Zelab Qlakin əsərinə əsaslanaraq ermənilərin kökünün hindistanlı qaraçıların bir qolu olduğunu bildirir.
Ermənilər e.ə. 616-550-ci illərdə Midiya imperiyasının tərkibində başçısı fars olan erməni tayfası kimi formalaşmış, qədim Suriya ərazisində üzümçülük, əkinçilik və heyvandarlıqla məşğul olmuşlar. Bəzi ermənilər Suriya padşahlığında müəyyən vəzifələr tutmağa və ad almağa nail olmuşlar ki, bu da sonralar onlara xəyanət yolu ilə hakimiyyətə gəlməyə imkan yaratmışdır. Belə ki, Suriya hökmdarının ölümündən sonra orduya sərkərdəlik edən iki qardaş - erməni Artaşes və Darex hakimiyyəti ələ keçirərək Suriyanın əsas hissəsini e.ə. 187-ci ildə Ermənistan ölkəsi elan edirlər. Nəticədə ilk Azərbaycan dövlətindən 124 il sonra Suriya ərazisində qondarma erməni dövləti yaradılır.
Ancaq dövləti idarə etmək üstündə qardaşlar arasında ziddiyyət yarandığına görə onlar ikinci bir erməni dövləti yaratmaq üçün qonşu ölkələrə və Qafqaza girərək işğal etdikləri ərazilərdə ikinci (kiçik) Ermənistan dövlətinin yarandığını elan edirlər. Beləliklə, ermənilərin Suriyadan Qafqaza köçürülməsi başlayır. Ermənilərin Qafqazda güclü dövlət yaratmaq planı isə baş tutmur.
Tarixə nəzər salsaq görərik ki, ermənilər keçən əsrlərdə kütləvi məskunlaşdıqları və işğal etdikləri ərazilərdə dəfələrlə erməni dövləti yaratdıqlarını elan etmiş, lakin həmin dövlətlər az bir zamanda ləğv olunmuşdur. Belə bir dövləti onlar 1080-ci ildə Türkiyənin cənub hissəsində Kilikiya ərazisində də yaratdıqlarını elan etmişlər.
Xatırlatmaq lazımdır ki, elan edilən qondarma dövlətlərin hamısı xəyanət və işğal zəminində yaradılmış, ancaq heç biri uzunömürlü olmamışdır.
Göründüyü kimi, tarixən ermənilər işğalçı, xəyanətkar, qan-içən olsalar da, həmişə simalarını gizlətmiş, özlərini əzilən, təqibə məruz qalan, yazıq xalq kimi qələmə verməyi bacarmışlar. Bu onların məkrli məqsədlərindən, çirkli əməllərindən irəli gəlir. Çünki bu yolla ermənilər müəyyən dairələrə, ailələrə, insanlara sığınmağa, ziyansız, köməksiz xalq təsiri bağışlamağa nail olmuşlar.
Bütün hallarda əsrlər boyu ermənilər ərazilərində yaşadıqları, çörəyini yedikləri, hörmət gördükləri dövlətlərə və xalqlara qarşı xəyanət yolu tutmuş, insanlara zülm etmişlər. Suriyanın, İraqın, Türkiyənin, Gürcüstanın, İranın, Ukraynanın və ən başlıcası Azərbaycanın timsalında bunu aydın görmək olar. Ermənilər bu dövlətlərə qarşı dəfələrlə torpaq iddiaları ilə çıxış etmişlər və bu gün də belə hallar davam edir.
Bir vaxtlar İrəvan xanlığının ərazisinə köçürülən ermənilər sonralar orada öz dövlətlərini yaratmış və nəticədə yüz minlərlə azərbaycanlını doğma ata-baba torpaqlarından didərgin salmışlar. On minlərlə insan öldürülmüş, şikəst edilmiş, əsir götürülmüşdür. Qarabağ torpaqlarına üz tutan ermənilər burada da öz mənfur niyyətlərini həyata keçirmişlər. Tarixi Qarabağ əraziləri və ətraf yeddi rayon erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış, 20 faizdən artıq ərazi zəbt edilmiş, nəticədə bir milyondan çox yerli əhali qaçqın-köçkünə çevrilmiş, yüzlərlə kənd, qəsəbə, şəhər, mədəni-tarixi abidələr məhv edilmişdir. Qədim tarixlərdə olduğu kimi, ermənilər Qarabağ torpaqlarında ikinci Ermənistan dövləti “yaratdıqlarını” elan etmiş və 25 ilə yaxındır ki, ərazilərimizi işğal altında saxlayırlar.
Təcavüzkar Ermənistan işğal olunmuş torpaqların qeyd-şərtsiz azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, beynəlxalq təşkilatların müraciətlərinə heç bir məhəl qoymur, bəşəriyyətə və beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdirir.
Ancaq belə bir işğalçılıq siyasəti yeridən, terroru, zorakarlığı, insan haqlarının pozulmasını dövlət siyasəti səviyyəsində dəstəkləyən Ermənistan rəhbərləri yenə də ona-buna əl açıb dilənməkdən, yazıq donuna girməkdən, yalvarıb-yaxarmaqdan, hüquqlarının pozulması barədə yalan məlumatlar yaymaqdan, bəyanatlar verməkdən utanmırlar.
Bu gün Ermənistanda hakimiyyətdə olanlar insanların qanı və faciəsi üzərində hakimiyyətə yiyələndikləri üçün ən alçaq hərəkətləri etməyə məhkumdurlar. Çünki başda Serj Sarkisyan olmaqla onların əksəriyyəti qatildir, terrorçudur, azərbaycanlıların qanını içən, eləcə də vəzifə tutmaq üçün öz xalqını satan, torpağına xəyanət edən, insanları dilənçi vəziyyətinə salan yaramazlardır.
Onlar erməni xalqını saxta vədlərlə - “böyük Ermənistan”ı bərpa etmək, xalqın adını və şöhrətini ucaltmaq, erməni dövlətinin və dininin ən qədim tarixə malik olduğunu reallaşdırmaq, Qarabağda ikinci bir erməni dövləti yaratmaq və sair xülyalarla aldadır, bununla da cinayətlərini, çirkin əməllərini ört-basdır edirlər.
Ermənilərin bu mənfur niyyətləri isə heç vaxt baş tutan deyil. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, ermənilərə Azərbaycan torpaqlarında ikinci bir erməni dövləti yaratmağa heç zaman imkan verilməyəcək və işğal altında olan torpaqlarımız hansı yolla olursa-olsun azğın düşməndən azad ediləcəkdir.
Sözsüz ki, ölkəmizin rəhbərinin dedikləri həqiqətə çevriləcəkdir. Azərbaycan xalqı buna əmindir və hər bir kəs düşmənlə mübarizəyə hazırdır.
Ermənilər özləri də bunu yaxşı bilirlər və onların son zamanlar hay-küy qaldırmalarının, narahatçılığın əsasında elə bu həqiqətlər, Azərbaycan dövlətinin gündən-günə artan nüfuzu, ölkənin sosial-iqtisadi inkişafı, ordumuzun qüdrətlənməsi, xalqımızın həmrəyliyi, bir çox beynəlxalq təşkilatların, ölkələrin bizim mövqeyimizi dəstəkləməsi durur.
Ermənilər nə qədər şivən qoparsalar da, özlərini məzlum kimi qələmə versələr də, təcavüzkar əməllərini gizlətməyə çalışsalar da, tarixi faktlar, hadisələr onların əleyhinədir və heç bir yalvarış, saxta bəyanatlar onlara haqq qazandıra bilməz.
Bu gün qondarma erməni “soyqırımı”ndan danışan və onun 100 illiyini qeyd etməyə hazırlaşan ermənilər əslində əsrlər boyu azərbaycanlılara və türklərə qarşı soyqırımı, kütləvi qətllər, terror hadisələri törətmiş, ancaq türklərin və azərbaycanlıların ürəyi təmizliyindən, alicənablığından istifadə edib öz əməllərini pərdələməyə nail olmuşlar. Təkcə 1918-ci ilin 29-31 mart günlərində Bakıda ermənilər 20000 azərbaycanlını qətlə yetirmişlər. Həmin illərdə Naxçıvanda, Qubada, Şamaxıda, Salyanda və digər ərazilərdə on minlərlə insan erməni vəhşiliklərinin qurbanı olmuşdur. Azərbaycanlılara qarşı 1905-ci ildən başlayan qətllər, soyqırımları 1948-1953, 1988-1992-ci illərdə daha kütləvi hal almışdır. Xocalıda ermənilər tarixdə analoqu olmayan soyqırım törətmiş, bütöv bir şəhər əhalisi ilə birlikdə məhv edilmişdir.
Erməni faşistləri öz çirkin əməllərini yenə də davam etdirir, işğal altında olan əraziləri dağıdır, yandırır, məhv edir, atəşkəs rejimini hər gün pozur, dinc sakinlər, hərbçilərimiz öldürülür, yaralanır.
Qaniçən ermənilərin isə yüz il bundan əvvəl olmamış ölülərinə yas tutmaları və bunu dünyaya bəyan edərək göz yaşı axıtmaları görünməmiş həyasızlıqdır.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev erməni saxtakarlığına, tarixi təhrif etmə faktlarına “Gorus-2010: Absurd teatrı mövsümü” kitabında elmi dəlillərlə tutarlı cavab vermişdir. Müəllif yazır: “Ermənistanı tarixin saxtalaşdırılması məsələləri üzrə dəyişməz dünya çempionu adlandırmaq olar. Bu baxımdan onun tayı-bərabəri yoxdur. Öz tarixini “qədimləşdirməyə” və hər vasitə ilə öz xalqını qonşuların ermənilərin xoşuna gələn ərazilərinə “bağlamağa” çalışan erməni müəlliflər bəzən özləri də bilmədən gülünc nəticələr çıxarır, siyasi liderlər də bu nəticələrdən yapışır və yüksək tribunalardan çıxış edərək utanıb-qızarmadan həmin nəticələri elmdə hamılıqla qəbul edilmiş “aksiomlar” kimi qələmə verirlər.”
Dünyada türklərin ermənilərə qarşı soyqırımı həyata keçirmələri həqiqətə uyğundurmu və bunu təsdiq etmək üçün əsaslı dəlillər varmı?
Ədalətli dövlət rəhbərləri, siyasətçilər, tarixçilər, eləcə də bəzi erməni ziyalıları əlbəttə ki, soyqırımı faktını inkar edirlər, belə bir hadisənin olmadığını dəfələrlə bildirmişlər.
Amerika alimi Djetti Makkarti “Erməni soyqırımı: mif və reallıq” kitabında yazır: “Şərqi Anadoluda 1 milyondan artıq müsəlman əhalisi qırılmışdır. 2,5 milyon müsəlman bu fırıldağın qurbanı olmuşdur. Erməni soyqırımı isə olmayıb...”
Çünki bu hadisə ilə əlaqədar ermənilərin əlində əsaslı faktlar, dəlillər yoxdur. Bəzi mənbələrdə, sənədlərdə 1915-ci ildə 50-100 və 300 min erməninin türklər tərəfindən qətlə yetirildiyi bildirilirsə, lakin sonrakı illərdə bu rəqəm bir neçə dəfə artırılaraq 1,5-2 mln. və bəzən bundan da artıq göstərilir. Halbuki həmin dövrdə rəsmi məlumatlara görə, Türkiyə ərazisində cəmi 1,2 mln. erməni yaşamışdır ki, onların da 800 mini müharibə ərəfəsində ayrı-ayrı ərazilərə köçürülmüş və ya köçmüş, rəsmi rus mənbələrində göstərildiyi kimi, 400 min erməni müsəlmançılığı qəbul etmişdir. Belə olan halda milyonlarla erməninin ödürülməsi haqqında söylənilənlər həqiqəti əks etdirmir və tamamilə uydurmadır.
Əslində bu bir həqiqətdir ki, 1915-ci ildə müharibə zamanı bütün hallarda ermənilər türklərə qarşı xəyanət etmiş, türk əsgərlərini, dinc əhalini qırmış, orduda çaşqınlıq yaratmağa çalışmışlar.
Ancaq 100 ildir ki, ermənilər tarixi həqiqətləri gizlədir, öz fitnəkar əməllərini ört-basdır edir, Türkiyəyə qarşı əsassız iddialar irəli sürür və dünyada təcavüzə məruz qalmış bir xalq imici formalaşdırmaq istəyirlər. Onlar dünyaya qondarma erməni soyqırımını sırımaqla və özlərini yazıq, məzlum qiyafəsində göstərməklə Türkiyə dövlətini sarsıtmağa, beynəlxalq aləmdə hörmətdən salmağa cəhd göstərirlər.
Bu hiylə ermənilərlə bərabər, onlara havadarlıq edən, Türkiyə Respublikasını qüdrətli, stabil görmək istəməyən xarici qüvvələrin də planıdır və onlar müntəzəm olaraq uydurma soyqırımın təbliğ edilməsində, tanıdılmasında xəyanətkarlara dəstək verirlər.
Bəzi ölkələrin rəhbərlərinin, siyasətçilərin, insanların taleyi üçün məsuliyyət daşıyan şəxslərin tarixi hadisələrə vicdanlarının hökmü ilə qiymət verməmələri erməniləri, eləcə də onların havadarlarını daha da azğınlaşdırır, daha ciddi qarşıdurmalara zəmin yaradır.
Roma Papasının qondarma erməni soyqırımına münasibəti, bəzi dövlət başçılarının, səlahiyyət sahiblərinin qondarma anım mərasiminə qatılmaq arzuları, bir neçə ölkə parlamentinin bu saxta hadisəyə, uydurmaya dəstək verməsi və onun daha geniş yayılmasına göstərilən cəhdlər bunu deməyə əsas verir.
Doğrudanmı, bu insanlar tarixi hadisələrə, bəşəri faciələrə, insan taleyinə belə can yandırandırlar? Əlbəttə, yox! Onlar insanların taleyinə əgər belə acıyırlarsa, yüz il bundan əvvəl olmamış ölülərə göz yaşı axıdırlarsa, niyə Azərbaycana gəlib ermənilər tərəfindən qətlə yetirilən və tarixə şahidlik edən on minlərlə insanın ruhunu, kütləvi qəbiristanlıqları yad etmirlər, Xocalı soyqırımını yada salmırlar, bir milyondan artıq qaçqın və köçkünün taleyi ilə maraqlanmırlar?
Deməli, onları insanların taleyi, haqq-ədalət, həqiqət deyil, özlərinin mənafeləri, əldə edəcəkləri gəlirlər, həyata keçirmək üçün hazırladıqları mənfur planlar, məqsədlər düşündürür. Qondarma erməni soyqırımına verilən dəstək də bu məkrli planların tərkib hissəsidir, tarixə və bəşəriyyətə xəyanətdir.
Çünki ermənilərin illərlə ağladıqları və havadarlarını da ağlamağa məcbur etdikləri “ölüləri” üzə çıxarmaq o qədər də çətin deyil. Bunun üçün arxivlər və əldə kifayət qədər tarixi məlumatlar var. Türkiyənin hakim dairələri dəfələrlə bu barədə öz fikirlərini bildirmiş, beynəlxalq aləmi ədalətli mövqe tutmağa, tarixi araşdırmalar aparmağa çağırmışlar.
Bu günlərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha demişdir: “Ey erməni diasporu, ey erməni rəhbərliyi, gəlin, buyurun bu bizim arxivlərimiz. Sizin nə qədər sənədləriniz var? Çıxarın sənədlərinizi, tarixçilərinizi, danışsınlar...”
Hansı sənədi çıxarsınlar, nəyi danışsınlar? Axı ermənilərin üzə çıxarmağa, həqiqəti təsdiq etməyə bir sənədi, arxivi, danışmağa əsaslı sözləri yoxdur.
Qondarma erməni soyqırımının 100 illik anım mərasimi və bu mərasimdə bəzi ölkə rəhbərlərinin iştirakı Ermənistana, erməni xalqına yaxşı heç nə vəd etmir. Bu bir soyqırım şousudur, əsası olmayan saxta anımdır. Olmayan ölünü anmaq, ağlamaq rəzilliyin bir nümunəsidir. Bu istər xarici dövlətlər, istərsə də Ermənistanın quldur, qatil rəhbərləri tərəfindən erməni xalqını ələ salmaqdır, dolamaqdır, ermənilərin dərdinə şərik çıxmaq görüntüsü yaratmaqla xalqı alçaltmaq, yalvartmaq, kölə halına salmaq, ağzını yummaqdır. Bu, deməkdir ki, gəldim, sənin olmayan ölünü andım, yalanlarına inandım və bəraət qazandırdım, indi qarşımda baş əy, ayağıma düş, yalvar-yaxar, ağla-sızla, mən də səni çaldığım havaya oynadım.
Bir çox erməni siyasətçiləri, ziyalıları da artıq bunu başa düşürlər. Onlar soyqırımı iddiaları ilə çıxış edib Türkiyəyə təsir göstərməyin mənasız olduğunu dərk etməkdədirlər. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan hesab edir ki, “Türkiyəyə “qenosid”lə təzyiqlərə son qoyulmalıdır, münasibətlər sağlamlaşdırılmalıdır.”
Sabiq prezident və digər erməni siyasətçiləri başa düşürlər ki, bu təzyiqlərin əhəmiyyəti yoxdur və onlar qondarma soyqırımının geniş təbliğatının heç bir fayda verməyəcəyini, əslində bu təbliğatın Ermənistanın əleyhinə işlədiyini etiraf etmək məcburiyyətindədirlər. Ona görə də 100 il bundan əvvəl baş vermiş hadisəyə yas tutmaqdansa ermənilərin bugünkü vəziyyətinə ağlamağı lazımlı bilirlər. Çünki artıq Ermənistan dağılmaq, məhv olmaq ərəfəsindədir. Əhalisi dilənçi vəziyyətindədir. Etirazlar, tətillər, qarşıdurmalar, qətllər, həbslər ara vermir. İqtisadiyyatda, sosial həyatda, orduda böhranlı vəziyyət yaranmışdır. Ölkəni tərk edənlərin sayı ildən-ilə artır.
Belə bir şəraitdə qondarma soyqırımının təbliği və onun beynəlxalq səviyyədə anılmasına cəhd göstərilməsi ziddiyyətlərin daha da kəskinləşdirilməsi deməkdir, bu əslində Azərbaycanın və Türkiyənin xeyrinədir. Çünki hadisələr dərindən araşdırıldıqca kimin haqlı, kimin haqsız olduğu və erməni təcavüzkarlarının azərbaycanlılara, türklərə qarşı törətdikləri vəhşiliklər aydın olur və dünyaya bəyan edilir.
Qondarma erməni soyqırımının anım günündə - 24 aprel tarixdə hansı dövlətin başçısının, beynəlxalq təşkilat rəhbərinin, siyasi xadimin Ermənistana getməsi və bu şouya dəstək verməsi qardaş Türkiyənin dövlət siyasətinə, dünyada tutduğu mövqeyə, türk xalqının imicinə heç bir ziyan vura bilməz.
Azərbaycan xalqı qardaş Türkiyə Respublikasına qarşı yönələn siyasi təcavüzdən və bəzi dövlətlərin hadisələrə riyakarcasına, ikili standartlardan yanaşmasından narahatçılıq keçirsə də, haqqın-ədalətin tez-gec qalib gələcəyinə inanır. Türk xalqlarına edilən ədalətsizliklər cavabsız qalmayacaq və Azərbaycan - Türkiyə birliyi, qardaşlığı bütün çətinlikləri dəf edəcəkdir.
Ancaq Ermənistan rəhbərləri yeritdikləri siyasətlə özlərinə və xalqa dərin, çıxılmaz quyu qazırlar. Onlar saxta ölülərə ehtiram, dirilərə intiqam amalı ilə çalışıb düşmənçilik hisslərini alovlandırmaqla xalqı məhvə aparırlar.
Tahir RZAYEV,
Milli Məclisin deputatı, fəlsəfə
doktoru
Azərbaycan.-2015.- 23 aprel.- S.5.