Türkiyənin İzmit
şəhərində İlham Əliyev
Parkının təməli qoyulub
Türkiyənin
İzmit şəhərinin yüksəkliyində yerləşən
ən səfalı yerlərdən birində Azərbaycan
dövləti başçısının şərəfinə
İlham Əliyev Parkı salınır.
Aprelin 22-də parkın
təməlqoyma mərasimi
olub. Parkın salınması Türkiyə
Azərbaycan Dərnəkləri
Federasiyasının (TADEF) layihəsi
əsasında İzmit
bələdiyyəsi tərəfindən
reallaşdırılır. Parkın ərazisində Azərbaycandan
və Türkiyədən
olan rəsmi şəxslərin, ictimaiyyətin
görkəmli nümayəndələrinin,
elm və sənət
adamlarının, mədəniyyət
xadimlərinin, QHT rəhbərlərinin,
KİV təmsilçilərinin və məktəblilərin
iştirakı ilə
ağaclar əkilib.
Azərbaycan Diasporla İş
üzrə Dövlət
Komitəsinin sədr müavini Valeh Hacıyev, TADEF-in sədri
Bilal Dündar, İzmit bələdiyyəsinin
sədri Nevzət Doğan mərasimdə çıxış ediblər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə
etdiyi uğurlardan danışılıb. Diqqətə çatdırılıb ki,
Azərbaycan dövləti
başçısının güclü siyasi iradəsi, gələcəyə
aydın baxışı
əsasında reallığa
çevrilən iqtisadi
layihələr böyük
bir regionda sürətli inkişafa, əhalinin rifahının
yüksəlməsinə səbəb
olub. Parkın salınmasında məqsəd Prezident İlham Əliyevə insanların məhəbbətini
əks etdirməkdir.
Məlumat verilib ki, geniş
sahəni əhatə
edən parkda idman, əyləncə, səhiyyə, insanların
rahat istirahəti üçün müxtəlif
guşələr yaradılacaq.
Azərbaycan.-2015.-
24 aprel.- S.1.