Türkiyənin Media İxtisas Jurnalistləri Federasiyası Azərbaycan
Prezidenti İlham Əliyevi “Beynəlxalq
Dostluq və Sülh
Mükafatı”na layiq görüb
Ankarada
Türkiyənin bir çox nüfuzlu jurnalist təşkilatını
öz sıralarında birləşdirən Media İxtisas
Jurnalistləri Federasiyasının 2014-cü il
üçün müəyyən etdiyi mükafatların təqdimatı
ilə bağlı mərasim keçirilib.
Tədbirdə
Türkiyə parlamentinin üzvləri, nüfuzlu siyasətçilər,
elm adamları, jurnalistlər, qeyri-hökumət təşkilatlarının
rəhbərləri, Ankarada akkreditə olunmuş diplomatik
korpusun təmsilçiləri iştirak ediblər.
Media
İxtisas Jurnalistləri Federasiyasının sədri Kənan
Macit bildirib ki, müxtəlif sahələr üzrə
mükafatların sahibləri nüfuzlu münsiflər heyəti
tərəfindən müəyyən edilib.
Son
illərdə bütün sahələrdə böyük
uğurlar əldə edən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev “Beynəlxalq Dostluq və Sülh
Mükafatı”na layiq görülüb.
Qeyd
edilib ki, Azərbaycan iqtisadi sahədə ciddi uğurlar
qazanmaqla yanaşı, beynəlxalq strateji tərəfdaşlıqla
bağlı yeni sazişlər imzalayaraq, sistemli və
düşünülmüş xarici siyasət
yürütdüyünü nümayiş etdirir.
Azərbaycan
Prezidentinin layiq görüldüyü nüfuzlu mükafat
ölkəmizin Ankaradakı səfirliyinin müşaviri Ceyhun
Zeynalova təqdim edilib.
Xatırladaq
ki, “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq
görülənlər arasında Qazaxıstan Prezidenti
Nursultan Nazarbayev və Albaniyanın Baş naziri Edi Rama da var.
Mərasimdə
Türkiyədə elm, siyasət, biznes, jurnalistika və digər
sahələrdə böyük uğurlar əldə edən
nüfuzlu şəxslərə və qurumlara da
Federasiyanın mükafatları təqdim edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.-2015.- 24 aprel.- S.1.