Azərbaycanlıların Türkiyəyə etdiyi yardımı

 Osmanlı arxivlərindən öyrənmək olar

 

Çanaqqala zəfəri

 

Osmanlı dövləti Birinci Dünya müharibəsinə qoşulduqdan az sonra - 14 noyabr 1914-cü ildə “cihadelan etdi. Məqsəd Osmanlı sərhədləri xaricindəki 200 milyondan artıq müsəlmandan, o cümlədən Rusiyadakı türk-müsəlman zümrələrdən geniş ölçüdə faydalanmaqbütün türk-islam dünyasını Antanta dövlətlərinə qarşı mübarizəyə qaldırmaq idi. Nəticə etibarı ilə Osmanlı dövlətinin bu istiqamətdəki planları özünü doğrultmadı. Bununla belə, Osmanlı sultanının bu çağırışına Türkiyə xaricində, Antanta ölkələrinin nəzarətində və müstəmləkələrində yaşayan müsəlmanlardan müsbət cavab verənlər də oldu. Bu mənada, Qafqazda və Cənubi Azərbaycanda yaşayan türk-müsəlman zümrələrini xüsusilə qeyd etmək lazımdır.

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı və Birinci Dünya müharibəsində Osmanlı ordusunda vuruşan azərbaycanlılar” mövzusu ilə bağlı Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində və Genelkurmay Askeri TarixStrateji Etüd Arxivində apardığımız uzunmüddətli tədqiqatların yekunlarına görə, Birinci Dünya müharibəsi illərində könüllü olaraq Osmanlı ordusuna qatılan və Antantaya qarşı vuruşan, şəhid düşən və ya qazi olan azərbaycanlıları amallarına görə iki qrupa bölə bilərik: 1) Bütün İslam dünyasının xəlifəsi olan Osmanlı sultanının cihad çağırışına müsbət yanaşıb sidqi-ürəklə cihada qatılanlar; 2) Antanta ölkələrinin işğalı altında olan vətənlərini müstəmləkə rejimindən azad etmək üçün Osmanlı dövlətindən yardım umanona güvənən aydınlar.

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı” problemini öyrənmək üçün Başbakanlıq Osmanlı Arxivində olan bütün Çanaqqala dosyaları (təxminən 1200 portfel), ATASE arxivində Çanaqqala döyüşləri və bütövlükdə Birinci Dünya müharibəsi ilə bağlı bütün kataloqlar, Milli Savunma Bakanlığı Arxivinin 330.000 şəhidin adının yer aldığı “Şəhid Təsbit Projesi” tamamilə, 1914-cü ildən bəri bu günə qədər Türkiyədə nəşr olunan bütün qəzet və jurnallar, eyni zamanda 1914-cü ildən indiyə qədər Çanaqqala və bötövlükdə Birinci Dünya müharibəsi ilə bağtürk dilində dərc olunan bütün elmi nəşriyyat tərəfimizdən araşdırıldı. İlkin nəticə olaraq, Cənubi Azərbaycan və Qafqaz müsəlmanlarından Çanaqqala döyüşlərində iştirak edən və şəhid düşən 19 nəfərin adını təsbit edə bildik. Sonrakı tədqiqatlarda bu rəqəm arta bilər.

İndiyə qədər tarixi mənbələrə və Osmanlı arxiv materiallarına istinad edilmədən ortaya atılan “Çanaqqala döyüşündə 3000 azərbaycanlı iştirak edibtezisinin ciddi elmi əsası yoxdurbu kimi rəqəmlər populizm xarakterli mülahizələrdir. Osmanlı arxiv materiallarının tədqiqi nəticəsində gəldiyimiz ümumi qənaət belədir ki, Osmanlı ordusu tərkibində vuruşan Qafqaz könüllüləri Osmanlı və Almaniya hökumətlərinin Qafqaz siyasətinə müvafiq surətdə əsas etibarilə Şərq cəbhəsində vuruşmuşlar. Osmanlı ordusu tərkibində könüllü surətdə vuruşan azərbaycanlılar haqqında onu qeyd etmək mümkündür ki, Birinci Dünya müharibəsi dövründə, xüsusilə 1915-ci ildən başlayaraq Qafqaz müsəlmanlarından və Cənubi Azərbaycan əhalisindən olan könüllülərdən ibarət taburlar təşkil edilmişdir. Bu taburlara daxil olan könüllülər Qafqaz və Cənubi Azərbaycandan olduqları və bölgəni yaxşı tanıdıqları üçün onlardan Qafqaz cəbhəsində istifadə etmək haqqında qərar qəbul edilmişbu könüllü taburlar Çanaqqala cəbhəsinə göndərilməmişdir. Qısası, Azərbaycan könüllüləri Çanaqqala cəbhəsində deyil, Qafqaz cəbhəsində vuruşmuşlar. Bu könüllü taburlar Ərzurum, Mosul və Vandakı hərbi qərargahlardan idarə olunmuş, buradakı Osmanlı ordu kamandanlıqlarına tabe olmuşlar. Bununla belə, müxtəlif orduların tərkibində Qərb cəbhəsinə sövq edilən Azərbaycan könüllüləri Çanaqqala döyüşlərində də iştirak etmişbir çox qəhrəmanlıqlar göstərmişlər.

Osmanlı ərazilərində təşkil edilən və Qafqaz cəbhəsində Osmanlı orduları ilə çiyin-çiyinə Rusiyaya qarşı vuruşan, eyni zamanda İstanbul hökumətinə qarşı qalxmış qiyamları yatırmaq kimi vəzifələri yerinə yetirən Azərbaycan könüllü taburlarından aşağıdakıları qeyd edə bilərik: Ömər Naci taburu (500 nəfərlik atlı birlik), Ruşəni bəy müfrəzəsi (300 könüllü), Kamil Paşa alayı, Əmir Aslan Xan Xoyski taburu (könüllü atlı birlik), Əmir Həşmət taburu (7000 könüllü), Şeyx Şərafəddin taburu (300 könüllü), İbrahim Cahangirzadə alayı, Dağıstan könüllü alayı (300 könüllü), Bahadur Hüseynzadə alayı (Balkan müharibələri zamanı təşkil edilmişQafqaz Könüllü Alayı”) və s.

Osmanlı arxivlərində Qafqaz cəbhəsində vuruşan Azərbaycan könüllüləri ilə bağlı bir çox sənədlər var. Həmin sənədlərə əsaslanaraq bu könüllü taburlar haqqında qısaca məlumat vermək istəyirəm. Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı xüsusi xidmət orqanlarında Qafqaz, Kırım, KazanOrta Asiyada xidmət edən təxminən 70 könüllü mövcud idi. 1915-ci ilin yayında Qafqaz əsilli Ömər Nacinin rəhbərliyi altında 500 nəfərlik, alman zabiti Şoybnerin rəhbərliyi altında 130 nəfərlik könüllü atlı birliklər təşkil edildi. Az sonra Şoybnerin 130 nəfərdən ibarət birliyi də Ömər Nacinin sərəncamına verildi. Ömər Nacinin taburu əsasən Osmanlı dövlətinə qarşı qalxmış qiyamları yatırmaqla məşğul olmuşdur. Ruşəni bəyin təşkil etdiyi 300 könüllüdən ibarət mütəşəkkil müfrəzə də Ömər Naci taburunun İran səfərinə yardımcı olmuşdur.

Daha sonra Şeyx Şamilin nəslindən Kamil Paşa xəlifənin cihad çağırışına müsbət reaksiya verir, mücahidlərə qoşuluro, 300 nəfər Qafqaz könüllülərindən mütəşəkkil Dağıstan alayına komandir təyin edilir. Əslən qafqazlı olan Şeyx Şərafəddinin rəhbərliyi altında da 300 nəfər könüllüdən ibarət tabur təşkil ediliro, Şeyx Şamil nəslindən olan Kamil Paşa və Təşkilati-Məxsusə nəzarətində fəaliyyət göstərir.

1915-ci ildə Gəncədən Ərzuruma gəlmiş Əmir Aslan xan Xoyski 1916-cı ildə Mosulda təşkil edilən könüllü süvari alayına komandir təyin olunur.

Osmanlı arxiv sənədlərində Qafqaz xanədanından olduğu qeyd edilən Mahmud xanın da əsir mübadiləsi yolu ilə vətəninə göndərilməsi və orada qohum-əqrəbası ilə birlikdə cihad fəaliyyətlərini təşkil etməsi ilə bağlı qəbul olunan qərar haqqında məlumatlar vardır.

1916-cı ildə Cənubi Azərbaycan ərazisində Əmir Həşmətin rəhbərliyi altında 7000 nəfərlik könüllü birlik təşkil edilirbu ordu Cənubi Azərbaycan ərazisində, ələlxüsus da Urmiyada rus ordusu ilə vuruşur.

1874-cü ildə Gümrüdə anadan olan İbrahim bəy Cahangirzadə Dünya müharibəsi dövründə könüllü olaraq IX ordu sıralarına qatılır və “Mücahidin Süvari Alayı”na komandir təyin olunur. Mudros razılaşmasından sonrakı dövrdə qardaşı Həsən bəy və digər dörd nəfər qafqazlı həmvətəni ilə birlikdə Qarsda milli təşkilatlanma işləri ilə məşğul olur. Daha sonra Qarsın ilk bələdiyyə rəisi seçilir.

Bundan başqa, “Kafkas Gönüllü Kıtası” adı ilə bilinən hərbi birlik vardı. Bu könüllü birlik Balkan müharibələri dövründə azərbaycanlı və dağıstanlı könüllülərindən təşkil edilmişdi. Müharibədən sonra yaşlılar tərxis olunmuş, gənclər isə hərbi məktəblərdə təhsil almışlar. Birinci Dünya müharibəsi dövründə eyni adla yenidən təşkil edilən birlik Çanaqqala, Qutüləmmarə və Bəsrə cəbhələrində döyüşmüşdür. Bəsrə cəbhəsindəki Qurna qəsəbəsi yaxınlığında baş verən döyüşdə bir xeyli itki verən hərbi birlik, İrana tərəf geri çəkilməyə məcbur olmuşdur. Ordu komandiri Bahadur Hüseynzadə də bu vuruşmada həlak olmuşdur.

Dağıstan Könüllü Taburunda 4 bölükdən təşkil olunan 300 könüllü vardı. Bu könüllü taburlardan başqa, fərdi şəkildə Rusiya ordusundan qaçıb Osmanlı ordusuna qatılan Qafqaz əsilli zabitlər də vardı. Qısaca, qeyd etdiyim bu faktlar Dünya müharibəsi dövründə azərbaycanlıların Osmanlı dövlətinə verdiyi dəstəyi əks etdirən mühüm faktlardır və bu faktlar Osmanlı arxiv sənədlərinə əsaslanır.

Azərbaycanlıların Osmanlı ordusu sıralarına daxil olmaları əsas etibarilə 1918-ci ildəki Azərbaycan və Dağıstan əməliyyatları dövründə mümkün olmuşdur. Azərbaycanlılar bu dəfə Qafqaz İslam Ordusu tərkibində yer alıb, Bakı və Dağıstan əməliyyatlarında vuruşmuş, qazi olmuş, bir çox qəhrəmanlıqlar göstərmişlər. Bunu Azərbaycan və Osmanlı arxiv sənədləri də sübut edir. Mövzu ilə əlaqədar Türkiyə Cümhuriyyəti Milli Savunma Bakanlığı və ATASE arxivlərində araşdırmalar nəticəsində müharibə dövründə Osmanlı ordusuna qoşulan və döyüşlərdə iştirak edən, şəhid olan 284 azərbaycanlının adını da təsbit etmişik. Bu istiqamətdə araşdırmalarımız davam edir. Könüllü taburlarla bağlı dosyalar açıldıqda bu say daha da artacaq.

Azərbaycan Cümhuriyyətinin süqutundan sonra 1920-ci ildə Türkiyəyə keçərək, İstiqlal Hərbinə qoşulan, qazi və şəhid olan azərbaycanlılar da az deyil. Azərbaycan sovetləşdiriləndən sonra Qarabağda olan Azərbaycan Milli Ordu hissələrinin bir qismi Zəngəzurda ermənilərlə savaşaraq, Naxçıvana keçmiş, polkovnik Nuh bəyin və polkovnik Səməd Rəfibəylinin (Sayqın) rəhbərlik etdiyi 1200 nəfərlik bir hərbi birlik isə İran vasitəsilə Türkiyə ərazilərinə daxil olmuşdur. 12-ci diviziyanın tərkibində Qarsı azad etmə əməliyyatında iştirak edən Azərbaycan birlikləri Milli Mücadilə dönəmində Şərq və Qərb cəbhələrində sonadək türk ordusu ilə çiyin-çiyinə vuruşmuşlar. 1200 nəfərlik Azərbaycan birliyində 56 nəfər zabit olmuş, bu zabitlərdən bəzisi Türkiyə ordusunda general rütbəsinədək yüksəlmişdir. Onlardan albay Yunus Xəzərli, topçu albay Məhəmməd Akpolad, topçu albay Aslan Berkan, albay Baba Behbud, yüzbaşı Çingiz Yurdçu, albay Saleh Aksoy, süvari albayı Firudin Dəryal, albay Vəli Yadigar, general Cahangir Berker, hava generalı Hüseyn Turqut, süvari generalı Səməd Sayqın (Rəfibəyov) və digərləri türk hərb tarixində mühüm xidmətlər göstərmiş və adlarını tarixə həkk etmişlər. Süvari generalı Səməd Sayqın (Rəfibəyov) İran vasitəsilə Türkiyəyə keçən Azərbaycan birliklərinə komandanlıq etmiş, Mustafa Kamal paşa ilə şəxsən görüşmüşdür. Mustafa Kamal paşa 28 yaşlı Səməd bəyə minbaşı rütbəsi ilə türk ordusunda xidmət keçməyi təklif etmiş, Səməd bəy də bunu qəbul etmişdir. 1948-ci ildə general rütbəsi alan Səməd bəy Türkiyə ordusunda generallığa yüksəlmiş ilk xarici vətəndaş olaraq da tarixə düşmüşdür.

İstər Balkan müharibələri, istər Birinci Dünya müharibəsi, istərsə də Milli Mücadilə dövründə Osmanlı ordusuna qoşulan könüllülərdən başqa, Azərbaycandan Türkiyəyə müxtəlif yardımlar da göndərilmişdir. Rusiya hakimiyyət orqanlarının ciddi nəzarətinə baxmayaraq Azərbaycan xalqı hər çətinlikdə Osmanlı dövlətinin yanında olduona yardımlar göstərdi. Nargin adasındakı türk əsirlərinə yardım edilməsi, onların qaçırılmasının təşkili ilə bağlı arxivlərdə yüzlərlə sənəd var. Bütün bu tarixi faktlar Azərbaycan-Türkiyə qardaşlığının dərin köklərə malik olduğunu və 1918-ci ildə təşkil edilən Qafqaz İslam Ordusunun da bu möhkəm mənəvi özül üzərində qurulduğunu ortaya qoyur.

Çanaqqala döyüşü türk tarixinin şərəf nöqtəsidir. 1915-ci ildə Antanta dövlətləri Çanaqqala boğazını, daha sonra İstanbulu ələ keçirib Osmanlı imperiyasını diz çökdürmək niyyətində idilər. Müttəfiqlər boğazları ələ keçirməklə Rusiyaya yardım etməyi və ən əsası Osmanlı imperiyasını çökdürməklə Almaniyanı mühüm bir müttəfiqindən məhrum etməyi və bu yolla cəbhə xəttini daraldıb müharibəni tezliklə bitirməyi planlamışdılar. Lakin Antantanın bütün texniki üstünlüklərinə baxmayaraq, Çanaqqalada mənəvi güc üstün gəldi. Türk əsgəri vətən uğrunda dünyaya bir dərs keçdiqalib gəldi. Çanaqqala döyüşü olmasaydı və ya Çanaqqaladakı türk zəfəri olmasaydı, Dünya müharibəsinin nəticələri tamam başqa cür olardı. Bu zəfər olmasaydı, İngiltərə və Fransa dövlətləri Almaniyanı mühüm müttəfiqindən məhrum edərək Şərq cəbhəsində Rusiyanı dəstəkləyəcək və müharibənin taleyini tezliklə öz xeyirlərinə həll edəcək, Osmanlı ərazilərini də öz aralarında bölüşdürəcəkdilər.

259 gün (25.IV.1915 - 09.I.1916) davam edən və böyük insan itkisi (türklər 250869, ingilislər (216014) və fransızlar (47745) ilə nəticələnən Çanaqqala döyüşü mənəvi gücün madditexniki üstünlüklər üzərində qalibiyyət simvoludur. Türk əsgərinin nəyin bahasına olursa-olsun, öz şərəfini, ləyaqətini, əqidəsini qoruma gücündə olduğunu göstərən bir meydandır Çanaqqala zəfəri. Çanaqqala döyüşü türk əsgərinin qürur mənbəyidir. Türk əsgərinin şücaəti nəticəsində Çanaqqala döyüşü Antanta üçün əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq tarixdə qaldı. Bu qələbədə Azərbaycanın da payı vardır və eyni zamanda bu tarixi qələbə o zaman Azərbaycanda gedən ictimai-siyasi proseslərə də çox mühüm təsir göstərmişdir. Dolayısı ilə Çanaqqaladakı məğlubiyyət nəticəsində Antanta dövlətləri müttəfiqləri olan çar Rusiyasına yardım edə bilmədilər. Bu da öz növbəsində Rusiyada hökm sürən sosial, siyasi və digər sahələrdəki ziddiyyətləri kəskinləşdirdi və nəticədə 1917-ci ilin Fevral inqilabı baş verdi. Fevral inqilabından sonra Azərbaycan milli hərəkatı özünün keyfiyyətcə ən yüksək mərhələsinə daxil oldubu da öz məntiqi yekunu kimi 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin yaranması ilə nəticələndi.

 

Vasif QAFAROV,

tarix üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan.-2015.- 24 aprel.- S.7.