100 ilin yalanı - “erməni soyqırımı”

 

“Erməni soyqırımı”na yaşıl işıq yandıran müəlliflərdən biri də avstriyalı Frans Verfeldir (1890-1945). O, katolik ermənilərin təsiri altında olmuşdur. Saxta sənədlər əsasında onun müəllifliyi ilə 1934-cü ildə işıq üzü görən “Musadağda 40 gün” romanı bir çox dillərə tərcümə edilmişdir. Qəribəsi odur ki, həmin kitabı 1999-cu ildə Hakan Sarakul adlı erməni 4 min nüsxə ilə İstanbulda türk dilində dərc etdirmişdir. 2000-ci ildə isə tərcüməçinin iştirakı ilə İrəvanda həmin kitabın təqdimat mərasimi keçirilmişdir.

Hələ XX əsrin 60-cı illərinin ortalarında ermənilərin “1915-ci il soyqırımı” kimi dövriyyəyə buraxdıqları tezis sonradan dəfələrlə yeni biçimdə ortaya atılmışdır. Bu mövzuda yazan erməni və ermənipərəst müəlliflərin əksəriyyəti 1915-ci ildə ermənilərin soyqırımına məruz qaldıqlarını iddia edirlər. Bəzi ədəbiyyatlarda isə 1915-1918-ci illərdə ermənilərin guya Şərqi Anadoluda yığcam yaşadıqları 6 vilayətdə soyqırımına məruz qoyulduqları iddia edilir.

1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdən sonra “soyqırımı ideoloqları” fikirləşdilər ki, müasir Türkiyə dövlətindən təzminat qoparmaq və ərazi iddiası irəli sürmək üçün “soyqırımı” illərini uzatmaq lazımdır. Məhz bundan sonra “1915-1923-cü illərdə ermənilərə qarşı soyqırımı” ideyası dövriyyəyə buraxılmışdır.

Erməni ideoloqlarından biri Zori Balayan 2004-cü il aprelin 8-də “Qolos Armeniya” qəzetində dərc etdirdiyi məqalədə qeyd edirdi ki, indiyədək göstərilən tarixlərin heç biri “erməni soyqırımı”nın bütün dövrlərini özündə əks etdirmir və 1915-ci ildə ermənilərin “soyqırımına” məruz qaldığını söyləmək türklərin dəyirmanına su tökmək kimi bir şeydir. Z.Balayan hesab edir ki, ermənilərin “soyqırımına” məruz qaldığı dövr kimi 1893-1923-cü illər götürülməlidir. Fikrini əsaslandırmaq üçün Z.Balayan yəhudi xolokostunu nümunə çəkir. Yəhudilərin öz xolokostlarını konkret hansısa illə bağlamadıqlarını, geniş şəkildə “yəhudilərin soyqırımı (xolokost)” anlayışını hazırladıqlarını qeyd edir və yəhudi xolokostunun 1933-1945-ci illəri əhatə etdiyini vurğulayır.

Z.Balayan təəssüflə qeyd edirdi ki, “erməni soyqırımı” ilə bağlı dərc edilən məqalələrdə, rəsmi və qeyri-rəsmi sənədlərdə, ayrı-ayrı çıxışlarda ehkam kimi ermənilərin “1915-ci il soyqırımı” ifadəsi işlədilir. O, 22 noyabr 1988-ci ildə Ermənistan SSR Ali Sovetinin qəbul etdiyi “1915-ci ildə Osmanlı imperiyasında ermənilərin soyqırımı haqqında” qanunda yalnız “1915-ci iltarixinin göstərilməsinə qarşı çıxaraq, “soyqırımı” illərinin 1893-1923-cü illəri əhatə edən şəkildə yazılmasının çox mühüm olduğunu bildirmişdi.

2015-ci il yanvarın 29-da uydurma erməni soyqırımının 100 illiyi münasibətilə ümumerməni deklarasiyası qəbul edilmişdir. Deklarasiyada təkcə 1915-ci ildə deyil, 1894-1923-cü illərdə Osmanlı imperiyasında və Türkiyədə planlı şəkildə ermənilərin məhv edildiyi iddia edilir. Həmin sənəddə nə üçün məhz aprelin 24-nün “soyqırımı” günü elan edilməsinin üstündən isə sükutla keçilmişdir.

Ermənilərin uydurma erməni soyqırımı tarixinin 1923-cü ilədək uzatmalarında məqsədləri müasir Türkiyə Cümhuriyyətini suçlamağa hüquqi əsas əldə etməkdən, ondan maddi təzminat qoparmağa nail olmaqdan, ona qarşı ərazi iddiası irəli sürməkdən ibarətdir.

Çox təəssüf ki, ikili standartlar dünyasında Türkiyənin haqq səsi deyil, ermənilərin yalanları daha çox ayaq açıb yeriyir. Artıq Uruqvay, Rusiya, Kipr, Yunanıstan, Kanada, Livan, Belçika, Fransa, Argentina, İsveç, İsveçrə, Niderland, Slovakiya, Litva, Venesuela, Polşa, Çili parlamentləri uydurma erməni soyqırımının tanınması haqqında qərar qəbul etmişlər. ABŞ-ın 50 ştatından 43-ü artıq uydurma soyqırımını tanımışdır və aprelin 24-ü soyqırımı qurbanlarının xatirəsinin anım günü elan edilmişdir. 1970-ci illərin sonlarından etibarən hər il aprelin 24-də ABŞ prezidentləri televiziya ilə ermənilərə müraciət edirlər. Erməni lobbisi hər il çalışır ki, ABŞ prezidentlərinin “soyqırımı” ifadəsini işlətməsinə nail olsun. Lakin Türkiyə ilə münasibətlərinin korlanmasını istəməyən ABŞ prezidentləri “mecyeğerni” (yəni “böyük qırğın”) ifadəsini işlətməklə kifayətlənirlər.

İsveçrə və Belçika parlamentlərinin qərarı ilə “erməni soyqırımı”nın inkarı cinayət hesab edilirbuna görə 45 min avro cərimə və 1 il azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilmişdir. Analoji qərar Fransa Senatında qəbul edilsə də, konstitusiya məhkəməsi bunu təsdiq etməmişdir.

Uydurma erməni soyqırımını həmçinin Avropa Şurası, Avropa ParlamentiÜmumdünya Kilsələr Şurası da tanımışdır. Bu il aprelin 12-də Roma papası Frensiskin “XX əsrin ilk soyqırımının ermənilərə qarşı törədildiyini” söyləməsini ermənilər bir milyard katolikin iradəsinin ifadəsi kimi qələmə verməyə çalışırlar. Əslində isə Roma papasının bu ifadəsi onun subyektiv mülahizəsidir və nəyin müqabilində belə bir addım atdığı tezliklə üzə çıxacaqdır.

Avropanın bəzi “demokratik” quruluşlarında və dövlətlərində erməni iftiraları həqiqət, türklərin həqiqəti isə cinayət hesab edilir.

ABŞ Konqresinə təqdim edilən “Erməni soyqırımı qanun layihəsi”nin 4-cü maddəsində iddia edilir ki, guya Birinci Dünya müharibəsi qurtardıqdan sonra Osmanlı hökuməti özü məhkəmə quraraq öz günahını etiraf etmiş, ermənilərə qarşı qırğınlar törədilməsində təqsirkar bilinənləri müxtəlif cəzalara özü məhkum etmişdir.

Əslində isə Birinci Dünya müharibəsində məğlub edilən Osmanlı imperiyasının paytaxtı ingilislərin əlinə keçdikdən sonra sultan Vahidəddinin tapşırığı ilə qurulan yeni hökumət ingilislərin əlində oyuncağa çevrilmişdi. Sultan Vahidəddin “İttihad və tərəqqi” partiyasının millət vəkillərindən qisas almaqParis Sülh Konfransında müəyyən dividend əldə etmək üçün oyuncaq məhkəmələr qurdurmuşdu. İngilislərin təzyiqi ilə İstanbulda fövqəladə hərbi tribunal yaradılmış, saxta ifadələr əsasında ittihad və tərəqqiçilər ittiham edilmişonlardan bir neçəsinə ölüm hökmü və həbs qərarı çıxarılmış, 144 yüksək rütbəli dövlət məmuru Malta adasına sürgün edilmişdi. “İttihad və tərəqqi” hökumətinin güc nazirləri Tələt, Ənvər və Camal paşaların xaricə qaçmaları düşmənlərinə fürsət vermişdi ki, onları “erməni qırğınlarının təşkilatçıları” kimi qələmə versinlər və ittiham etsinlər.

Malta adasına göndərilənlərin təhqiqatını ingilis prokurorlar aparırdılar. Lakin ortada heç bir dəlil-sübut yox idi. İstanbuldan göndərilən sənədlər əsasən əvvəlcədən öyrədilmiş “şahidlərin” digər şahidlər tərəfindən təsdiqlənməyən ifadələrindən, agentura məlumatlarından, məqalələrdən, erməni kilsəsinin və “Daşnaksütyun” partiyasının bəyanatlarından ibarət idi.

İngilis komissar admiral Kaltorfe öz raportunda bu məhkəmələrin müttəfiq dövlətlərin adına utancverici olduğunu yazmışdı. ABŞ-ın ali komissarı Levis Heçk dolayısı ilə Malta adasında ittiham edilənlərin çoxunun şəxsi intiqam məqsədilə və ya müttəfiq dövlətlərin səlahiyyətli nümayəndələrinin, xüsusilə də ingilislərin fitvası ilə həbs edildiklərini bildirmişdi. Nəhayət ki, ingilislərin Malta adasında saxlanılan günahsız insanları həbsdən azad etməkdən başqa çarələri qalmamışdı.

Əgər Aram Andonyanın 1920-ci ildə Parisdə çap etdirdiyi “Erməni qırğınları və sürgünləri ilə bağlı rəsmi türk sənədləri” adlı kitabına daxil edilən sənədlər saxta olmasaydı, ingilislər həmin sənədlərdən Malta adasında saxlanılan türklərə qarşı ittiham kimi istifadə etmək fürsətini heç vaxt qaçırmazdılar.

Türkiyə hökuməti əsl həqiqətin ortaya çıxması üçün 1989-cu ildən öz arxivlərini dünya tədqiqatçılarının üzünə açmışdır. Uzun müddət “erməni məsələsi”nin mahiyyətini və “soyqırımı” problemini araşdıran Stenford Şou, Bernard Levis, Xit Louri, Castin Makkarti, Günter Levi, Samuel Uimz, İv Benar kimi məşhur tədqiqatçılar öz əsərlərində belə nəticəyə gəlmişlər ki, Türkiyə ərazisində heç vaxt ermənilərə qarşı qırğınlar törədilməmişdir. Əksinə, ermənilər türklərə qarşı qırğınlar törətmişlər. Ermənilərin itkilərinin əsas səbəbi isə müharibə illərində onların türklərə qarşı əks cəbhələrdə yer almaları olmuşdur.

Son vaxtlar erməni lobbisi Türkiyədə yaşayan bəzi elm adamlarını, yazarları və jurnalistləri müxtəlif yollarla ələ alaraq, onların dili ilə uydurma soyqırımının həqiqət olduğunu dünya ictimaiyyətinə aşılamağa çalışırlar. Yazar Orhan Pamuk öz əsərində Türkiyədə 1 milyon erməninin öldürüldüyünü yazdığı üçün 2006-cı ildə erməni lobbisinin dəstəyi ilə Nobel mükafatına layiq görülmüşdür. Erməni lobbisinin təsiri altına düşən türkiyəli elm adamlarının əksəriyyəti türk ad və soyadını daşısalar da, əslində “kriptoerməni”dirlər. Yəni XX əsrin əvvəllərində müsəlmanlığı qəbul etmiş, lakin özlərini türkyaxud türk kimi qələmə verən ermənilərdir. Belə ermənilərdən biri hazırda Almaniyada universitetlərin birində yerləşdirilən professor Taner Akçamdır. İstanbulda doğulan Taner Akçamın babası Hakop ağa Axılkələk ermənisi olmuş, vaxtilə bolşeviklərin casusu kimi kürd kimliyi altında Ərdəhanın Ölcək kəndində yerləşdirilmişdi. Özünü türk alimi kimi təqdim edərək dəfələrlə İrəvana gedib. Qaranquş təpəsindəkisoyqırımı abidəsi”ni ziyarət edən tarixçi-sosioloq T.Akçam müxtəlif ölkələrdə keçirilən konfranslarda uydurma erməni soyqırımının həqiqət olduğunu car çəkir Türkiyənin bunu tanımasının vaxtının çatdığını bəyan edir. İstanbuldakı Bilgi Universitetindən siyasət üzrə doktor Murat Belge ermənilərin dəyirmanına su tökür. Ən acınacaqlısı odur ki, “Nemeziserməni terror təşkilatının qərarı ilə 1922-ci ildə Tiflisdə qətlə yetirilən Camal paşanın nəvəsi Hasan Camal da iki dəfə - 2008-ci 2014-cü illərdə İrəvanda olub, hər dəfə soyqırımı abidəsi”ni ziyarət edib. Hasan Camalın 2012-ci ildə İstanbulda çap etdirdiyi “1915: Ermeni soykırımıkitabını Hrand Dink fondu erməni dilinə tərcümə etdirmiş həmin kitabın keçən il dekabrın 11-də müəllifin iştirakı ilə İrəvanda təqdimat mərasimi keçirilmişdir. Bu kitab fransız dilinə tərcümə edilmiş bu günlərdə Parisdə təqdimatı keçirilmişdir. Görünür, Hasan Camal da, Orhan Pamuk kimi, Nobel mükafatı almaq üçün öz vətəninə xəyanət edir.

Bu gün kürd kimliyi altında gizlənən erməni əsilli HDP-li millət vəkilləri Türkiyə parlamentindən tarixi keçmişlə üzləşmək adı altındaerməni soyqırımı”nın etiraf edilməsini istəyirlər.

Rəsmi Türkiyənin dəfələrlə bəyan etdiyi mövqeyi isə belədir ki, “erməni soyqırımıideyası bir araşdırma mövzusu kimi siyasətçilərin deyil, tarixçilərin müzakirə predmetidir. Türkiyə dəfələrlə bəyan edib ki, bu cəfəngiyata son qoyulması üçün tərəfsiz ortaq komissiya yaradılsın həmin komissiya istər Türkiyədə, istərsə xarici dövlətlərin arxivlərində olan sənədləri araşdıraraq yekun nəticəyə gəlsin. Lakin erməni tarixçiləri istinad etdiklərisənədlərinsaxta olmasının sübuta yetiriləcəyindən qorxaraq belə bir komissiyanın yaradılmasına mane olurlar.

2009-cu il oktyabrın 10-da Türkiyə Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürix şəhərindəDiplomatik münasibətlərin təsis olunması protokoluİkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”nu imzaladılar. İkinci protokola əsasən erməni, türk, İsveçrə digər beynəlxalq ekspertlərin iştirakı ilə altkomissiya yaradılması nəzərdə tutulurdu. Komissiya iki xalq arasında qarşılıqlı etimadın bərpa edilməsinə yönəlmiş, o cümlədən tarixi sənədlərin arxivlərin qərəzsiz elmi tədqiqi yolu ilə problemlərin həlli üçün tövsiyələr hazırlamalı idi. Ermənistanın bu protokola imza atmasını bir sıra erməni ekspertləri Qərbin bəzi KİV-lərisoyqırımıiddiasını rəsmi Ermənistanın özünün şübhə altında qoyması kimi şərh etdilər. Həmin vaxt ABŞ-dakı “Hay Dad” erməni təşkilatı bu protokolun təsdiqlənməməsi üçün var gücünü əsirgəməyəcəyini bəyan etmişdi.

2015-ci il fevralın 16-da Ermənistan prezidenti Serj Sarkisyan parlamentin sədrinə müraciətində Türkiyə tərəfinin “erməni soyqırımı”nı tanımaqdan imtina etməsini bəhanə gətirərək Sürix protokolunun parlamentdən geri çəkilməsini istədiyini bildirmişdi. Lakin həqiqət odur ki, Sürix protokolu təsdiqlənsəydi, Ermənistan “soyqırımı” iddiasının araşdırılması üçün ikitərəfli komissiyanın yaradılmasını qəbul etmiş olacaqdı və nəticədə bu iddianın cəfəngiyat olduğu sübut ediləcəkdi.

Bu gün ermənilər iddia edirlər ki, guya “erməni soyqırımı” artıq “aksiom kimi” qəbul edildiyi üçün onun hər hansı müzakirəyə ehtiyacı yoxdur və Türkiyə tərəfi özündə iradə tapıb bu “cinayəti” etiraf etməli və onun nəticələrinə qatlaşmalıdır. İrəvandakı Amerikan Universitetinin hüquq fakültəsinin dekanı doktor Tovmas Samvelyan bu yaxınlarda www.armeniangenocide100.org saytına verdiyi müsahibəsində qeyd etmişdir ki, Türkiyə “erməni soyqırımı”nı tanıyacağı təqdirdə indiki qiymətlərlə nağd pul şəklində 3 trilyon dollaryaxud bunun qarşılığına müvafiq maddi şəkildə (yəni Ermənistana torpaq verilməsi, mülkiyyətin qaytarılması, Ermənistana Türkiyə üzərindən dənizlərə çıxış verilməsi, limanların peşkəş edilməsi və s.) təzminat ödəməlidir.

Türkiyənin yüz il öncə baş verməyən bir cinayəti bu gün öz üzərinə götürməsi absurddur. Lakin reallıq odur ki, Türkiyə dövləti ermənipərəst dövlətlərin və ikili standartlarla çıxış edən beynəlxalq qurumların qərəzli mövqeləri ilə hələ uzun illər üzləşməyə məhkumdur. Aprelin 24-də Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş təntənəli mərasimin keçirilməsi kimlərin erməni yalanlarının arxasında, kimlərin həqiqətin yanında olduğunu, kimlərinsə hər iki ölkəyə nümayəndə göndərərək ikili standartlardan çıxış etdiyini bir daha ortaya qoyacaqdır.

 

Nazim MUSTAFA,

AMEA Tarix İnstitutunun elmi işçisi,

Dövlət mükafatı laureatı

Azərbaycan.-2015.- 24 aprel.- S.9.