Rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşları qəbul edib
Aprelin
25-də rabitə və yüksək texnologiyalar naziri Əli
Abbasov Salyanda bu rayondan, eləcə də, Neftçala, Biləsuvar
və Cəbrayıl rayonlarından olan vətəndaşları
qəbul edib.
AZƏRTAC
xəbər verir ki, qəbula gəlmiş vətəndaşların
müraciət və təklifləri əsasən əhaliyə
göstərilən telekommunikasiya, internet, poçt, rabitə,
televiziya yayım xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti,
işlə təminat və digər məsələlərlə
bağlı olub. Qəbulda hər bir vətəndaşın
müraciəti operativ araşdırılıb,
qaldırılan məsələlərin bir qismi yerində həll
olunub.
Nazirliyin
idarə rəislərinin, tabeli qurum rəhbərlərinin də
iştirak etdikləri görüşdə nazir
qaldırılan mәsәlәlәrin qanunvericiliyә
uyğun həlli üçün müvafiq struktur
rәhbәrlәrinә konkret tapşırıqlar verib.
Nazirliyin
səlahiyyətlərinə aid olmayan məsələlər
barədə vətəndaşlara ətraflı izahat verilib,
həmin müraciətlər aidiyyəti qurumlara
çatdırılmaq üçün qeydə alınıb
və nәzarәtә götürülüb.
Azərbaycan.-2015.- 25 aprel.- S.4.