Kənd təsərrüfatı naziri vətəndaşların müraciətlərini
dinləyib, bir sıra müəssisələrlə
tanış olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə əsasən,
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin, ərizə və
şikayətlərinin müsbət həlli üçün
müxtəlif tədbirlər görürlər.
AZƏRTAC
xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər
Əsədov aprelin 24-də Tərtər şəhərində
Tərtər, Bərdə, Ağcabədi, Ağdam və
Laçın rayonlarından olan vətəndaşları qəbul
edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin
də iştirakı ilə keçirilən qəbulda 40-a
yaxın vətəndaşın müraciətinə
baxılıb.
Qəbula
gələn vətəndaşlar əsasən cins
mal-qaranın alınması, fermerlərə güzəştli
kreditlərin verilməsi, kənd təsərrüfatı
texnikası ilə təminat, yonca toxumu təmizləyən
avadanlığın alınması, su problemi, ixtisasa uyğun
işlə təmin olunma və digər məsələlərlə
bağlı müraciətlər ediblər.
Qəbul
zamanı nazir H.Əsədov vətəndaşların
müraciətlərini, şikayət və təkliflərini
dinləyərək, hərtərəfli öyrənilməsi
və qanunvericiliyə uyğun tədbirlərin görülməsi
üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə
tapşırıqlar verib.
H.Əsədov
sakinlərlə görüş zamanı dövlətimizin
başçısının kənd təsərrüfatının
inkişafı ilə bağlı son dövrlərdə
imzaladığı sərəncamları ətraflı şərh
edib.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Kənd təsərrüfatı naziri sonra Tərtər rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında tikintinin gedişi ilə tanış olub.
Nazir H.Əsədov həmin gün Bərdədə Mehdili kəndində “Qarabağ” Aqrar Sənaye Kompleksində fermalarla, sağım sistemi ilə, “Aqrolizinq” ASC-nin xətti ilə gətirilmiş səyyar yem müəssisəsinin iş prinsipi ilə də tanış olub, həmçinin Bərdə Yem Fabrikində quraşdırılan müasir avadanlıqlara baxış keçirib.
Bərdə rayonunun
Türkmən kəndində 500 başlıq südlük
cins iribuynuzlu
heyvandarlıq kompleksinə gələn H.Əsədova məlumat
verilib ki,
inşasına ötən il
başlanılan kompleksdə mexanikləşdirilmiş ferma, sağımxana, yem və
su anbarları, silos quyusu, ofis, işçilər
üçün otaqlar
tikilib, “Aqrolizinq” ASC-nin xətti ilə Almaniyadan
325 baş cins inək
gətirilib.
Azərbaycan.-2015.- 25 aprel.- S.4.