Quba, Qusar, XaçmazŞabran rayonlarından olan

vətəndaşların müraciətlərinin həlli üçün lazımi tədbirlər görülüb

 

Şəhər və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq səhiyyə naziri Oqtay Şirəliyev aprelin 24-də Qusar Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbul zamanı nazir tərəfindən Qusar, Quba, Xaçmaz, Şabran rayonlarından olan 24 vətəndaşın müraciətləri, şikayət və təklifləri dinlənilib və lazımi tədbirlər görülüb.

Vətəndaşlar əsasən yerli şəraitdə müalicəsi mümkün olmayan xəstəliklər, işlə təmin edilmə, sosial və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün nazirliyin müvafiq sturukturlarının rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər baxılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbul zamanı birbaşa müraciət edən vətandaşlar da nazir tərəfindən dinlənilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb. Müraciətlərin birbaşa həlli ücün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

Azərbaycan.-2015.- 25 aprel.- S.5.