“Nizami” Kino
Mərkəzində “Quşlar cənnəti
- Ağgöl
Milli Parkı” sənədli filmi təqdim olunub
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdimat mərasimində
iştirak edib
Aprelin
24-də “Nizami” Kino Mərkəzində IDEA İctimai Birliyinin
xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi”
silsiləsindən “Quşlar cənnəti - Ağgöl Milli
Parkı” sənədli filminin təqdimat mərasimi
keçirilib.
AZƏRTAC
xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti,
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyeva təqdimat mərasimində iştirak edib.
Filmin
təqdimatından əvvəl Leyla Əliyeva filmin rejissoru
İqor Bışnyovun çəkilişlər zamanı lentə
aldığı fotolardan ibarət sərgi ilə
tanış olub.
Təqdimat
mərasimində çıxış edən İqor
Bışnyov bildirib ki, “Quşlar cənnəti - Ağgöl
Milli Parkı” “Azərbaycanın 9 möcüzəsi” layihəsi
çərçivəsində lentə alınan sayca ikinci
filmdir. Rejissor layihənin təşəbbüskarı Leyla
Əliyevaya təşəkkürünü bildirərək,
qonaqları filmin çəkiliş prosesi haqqında ətraflı
məlumatlandırıb və təəssüratlarını
bölüşüb.
Rejissor
deyib: “Planetimizdə milli parkların sayı artdıqca,
övladlarımızın xoşbəxt gələcək
şansı da bir o qədər çoxalır. Bu baxımdan
“Azərbaycanın 9 möcüzəsi” layihəsinin
böyük əhəmiyyəti var. Azərbaycanda təbiətin
mühafizəsi sistemi postsovet məkanında ən
yaxşısıdır. Bu sahədə ölkənizin rəhbərliyinin
xüsusi rolu var. Azərbaycan Prezidenti İlham Əliyevin milli
parkların açılışında şəxsən
iştirakı bunu bir daha təsdiqləyir”.
IDEA-nın
“Azərbaycanın 9 möcüzəsi” layihəsi ölkəmizin
9 milli parkında geniş sənədli filmin
hazırlanmasını nəzərdə tutur. Bu layihə
çərçivəsində ötən il “Şirvan Milli
Parkı” adlı ilk sənədli film ictimaiyyətə təqdim
olunub və böyük maraqla qarşılanıb. Film Azərbaycanın
yerli telekanallarında, habelə beynəlxalq film
festivallarında, “Rossiya-Kultura” telekanalında nümayiş
olunub.
Növbəti
illərdə Göygöl, Şahdağ, Hirkan,
Altıağac, Zəngəzur, Abşeron və Samur Yalama Milli
parklarından bəhs edən filmlərin çəkilişi
də planlaşdırılır.
IDEA
İctimai Birliyi “Quşlar cənnəti - Ağgöl Milli
Parkı” filmini ali təhsil müəssisələrində və
IDEA-nın resurs mərkəzlərində nümayiş etdirməyi
nəzərdə tutur.
Layihənin
məqsədi Azərbaycanın əsrarəngiz təbii
gözəlliklərini təbliğ etmək və onların
mühafizəsinin vacibliyini diqqətə
çatdırmaqdır.
Təqdimat
mərasimində, həmçinin hazırda çəkilişləri
aparılan “Göygöl Milli Parkı” filmindən kadrlar da
nümayiş etdirilib. İqor Bışnyovun sözlərinə
görə, Azərbaycanın ilk qoruğundan bəhs edən
film ölkədə qoruq işinin bu il qeyd edilən 90 illik
yubileyinə töhfə olacaq.
Sonra
“Quşlar cənnəti - Ağgöl Milli Parkı” sənədli
filmi nümayiş olunub. Bir saata yaxın davam edən filmdə
Ağgöl Milli Parkında məskən salan quşlar, habelə
digər heyvan növləri, buranın təbii şəraiti
hərtərəfli əksini tapıb. Filmdə, həmçinin
Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Dünya Vəhşi
Təbiəti Mühafizə Fondunun dəstəyi ilə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
həyata keçirilən “Azərbaycan Respublikası ərazisində
ceyranların mühafizəsi, reintroduksiyası və tarixi
areallarının yenidən bərpası” layihəsinə
dair kadrlar da yer alıb.
Film böyük
maraqla qarşılanıb.
Azərbaycan.-2015.- 25 aprel.- S.5.