Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Fransua Ollandın görüşü

 

Fransa Prezidenti Fransua Ollandın Azərbaycana işgüzar səfəri

 

 

 

 

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandı qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu. Əlaqələrimizin dinamik inkişaf etdiyi bildirildi. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulandı. Tərəflərin əlaqələrin daha da genişlənməsində maraqlı olduğu bildirildi bunun üçün böyük imkanların mövcudluğu qeyd edildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə etdi.

Görüşdə regional, beynəlxalq qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.

 

AZƏRTAC

Azərbaycan.-2015.- 26 aprel.- S.1.