Nepal Federativ
Demokratik Respublikasının
Prezidenti Zati-aliləri
cənab Ram Baran Yadava
Hörmətli
cənab Prezident,
Ölkənizdə
baş vermiş güclü zəlzələ nəticəsində
çoxsaylı insan tələfatı, yaralananlar və
dağıntılar barədə xəbər bizi son dərəcə
sarsıtdı.
Bu dəhşətli
faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə
və yaxınlarına, bütün Nepal xalqına şəxsən
öz adımdan və Azərbaycan xalqı adından dərin
hüznlə başsağlığı verir, yaralananlara və
xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin
nəticələrinin tezliklə aradan
qaldırılmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 aprel 2015-ci il.
Azərbaycan.-2015.- 26 aprel.- S.2.