Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Nursultan Nazarbayevə
Hörmətli
Nursultan Abişeviç,
Yenidən
Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə
seçilməyiniz münasibətilə səmimi təbriklərimi
qəbul edin.
Seçkilərdə
Sizin qələbəniz qardaş Qazaxıstan xalqının
Sizə yüksək etimadının, dövlətçiliyin
möhkəmlənməsinə, sabitliyin qorunmasına,
demokratik dəyərlərin bərqərar edilməsinə və
ölkə əhalisinin rifahının yüksəldilməsinə
yönələn davamlı və uzaqgörən siyasətinizi
dəstəkləməsinin təsdiqidir.
Xalqlarımız
arasında dostluq, əməkdaşlıq və
qarşılıqlı dəstək ənənələrinin
inkişafına və genişləndirilməsinə Sizin
töhfənizi xüsusi qeyd etmək istəyirəm. Əminəm
ki, bizim birgə səylərimiz Azərbaycan ilə
Qazaxıstan arasında strateji tərəfdaşlığın
bundan sonra da möhkəmlənməsinə, ölkələrimizin
çiçəklənməsi, regionun tərəqqisi naminə
bütün sahələrdə hərtərəfli
qarşılıqlı fəaliyyətin təmin edilməsinə
yönəldiləcək.
Hörmətli
Nursultan Abişeviç, Sizə möhkəm
cansağlığı, səadət, fəaliyyətinizdə
uğurlar, qardaş Qazaxıstan xalqına isə sülh və
əmin-amanlıq arzu edirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 27 aprel 2015-ci il
Azərbaycan.-2015.- 28 aprel.- S.3.