Prezident İlham Əliyev Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik

 Şurasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Rocer Çukermanın ölkəmizə səfərinin məhsuldar və keçirilən görüşlərin uğurlu olacağına ümid etdiyini bildirdi. Prezident İlham Əliyev səfərin Azərbaycan-Fransa əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.

Ölkəmizə Yerevandan gəldiklərini vurğulayan Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukerman ilk gündən Bakıda böyük inkişafın və müasirliyin şahidi olduqlarını dedi. O, ölkəmizdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar görülən yüksək hazırlıq işləri ilə bağlı Azərbaycan tərəfinə təbriklərini çatdırdı. Ölkəmizdə gedən böyük inkişaf proseslərinə toxunan Rocer Çukerman Azərbaycanın əldə etdiyi bu uğurlara Avropa tərəfindən obyektiv qiymət verilməsinin vacibliyini də vurğuladı.

 

Azərbaycan.-2015.- 28 aprel.- S.3.