Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın sabiq
Prezidentini
və İsgəndəriyyə
Kitabxanasının direktorunu qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də
Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı və
İsgəndəriyyə Kitabxanasının direktoru İsmail
Serageldini qəbul edib.
Görüşdə
Azərbaycanın böyük şairi Nizami Gəncəvinin
adını daşıyan Mərkəzin artıq vacib beynəlxalq
instituta çevrildiyi və bu qurumun müxtəlif sahələri
əhatə edən tədbirlərinə marağın ildən-ilə
artdığı qeyd olundu, bu istiqamətdə işlərin
davam etdirilməsinin və fəaliyyətin daha da genişləndirilməsinin
zəruriliyi vurğulandı.
Söhbət
zamanı Mərkəzin xalqlar və ölkələr
arasında dostluğun və qarşılıqlı
anlaşmanın daha da möhkəmləndirilməsi işinə
verdiyi töhfə xüsusi qeyd edildi.
Azərbaycan.-2015.- 28 aprel.- S.3.