Fransa Azərbaycanla bütün sahələrdə əməkdaşlığı gücləndirmək niyyətindədir

 

Azərbaycanın Avropa məkanında münasibətlərin inkişafına önəm verdiyi ölkələrdən biri də Fransadır. Azərbaycanla Fransa arasında əlaqələrin tarixi hələ orta əsrlərə təsadüf edir. Lakin bu əlaqələr yalnız respublikamızın müstəqillik qazanmasından sonra dinamik inkişaf etməyə başlamışdır.

Ölkələrimiz arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi amillərdən biri Fransanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmasıdır. Rəsmi Parisin 1991-ci ilin dekabrında belə bir qərar qəbul etməsi dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı. Bu qərar həm də Azərbaycanın Cənubi Qafqazdakı yerinirolunu, iqtisadi potensialını düzgün qiymətləndirən Fransanın perspektivdə ölkəmizlə sıx əməkdaşlıq etmək niyyətindən xəbər verirdi. 1992-ci ildə Bakıda səfirliyini açan Fransa bu niyyətini bir daha qabarıq şəkildə göstərdi.

Ulu öndər Heydər Əliyevin Fransanın Avropa siyasi arenasına təsir imkanlarını nəzərə alaraq ilk xarici səfərini 1993-cü ilin dekabrında məhz adı çəkilən ölkəyə etməsi həm də Azərbaycanın Avratlantik məkana fəal inteqrasiya niyyətinin rəmzi ifadəsi idi. Bu siyasi kursu inamla davam etdirən Prezident İlham Əliyev Fransa ilə əlaqələrin inkişafına xüsusi diqqətlə yanaşmışdır. Ötən dövrdə Fransa-Azərbaycan əlaqələri daha da inkişaf etmiş, ikitərəfli münasibətlərdə qarşılıqlı inametimad güclənmişdir.

Fransa Prezidenti Fransua Ollandın bu günlərdə ölkəmizə işgüzar səfəri də ikitərəfli əməkdaşlığın aktiv fazaya daxil olduğunu təsdiqlədi. Qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri kimi çıxış edən Fransa əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara dinamik inteqrasiyasına ciddi maraq göstərir. Rəsmi Paris Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla bu sahədə fəal əməkdaşlıq niyyətini izhar edir. Respublikamızın Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Fransa üçünvacib önəm daşıyır.

Fransa Prezidenti Fransua OllandPrezident İlham Əliyev arasında keçirlən görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunmuşdur. Əlaqələrimizin dinamik inkişaf etdiyi, son illər dövlət başçılarının qarşılıqlı səfərlərinin Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulanmışdır. Dövlət başçılarının görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə etmişdir. Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

Səfər zamanı Prezident İlham Əliyevin və Prezident Fransua Ollandın iştirakı ilə “Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu” da imzalanmışdır. Bu sənədin imzalanması iki ölkənin təhsil sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verəcək.

Azərbaycan Fransanın Cənubi Qafqazdakı mühüm ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2 milyard dollara yaxınlaşır. Əldə edilmiş razılaşmalar və imzalananan müqavilələr nəticəsində bu rəqəmin daha da artacağı proqnozlaşdırılır. Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir ki, həmin şirkətlər tərəfindən icra edilmiş layihələr də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir. Fransanın “Total” və “GDF-Suezkimi şirkətləri ilə uğurlu əməkdaşlıq buna əyani misaldır.

Azərbaycan və Fransa arasında çoxsaylı humanitar tədbirlər də həyata keçirilir. Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzi ölkəmizin dünya mədəniyyətinin paytaxtında təbliğ olunması istiqamətində atılan ən mühüm addımlardan biridir. Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatların bir məkanda təqdim edildiyi mərkəz Parisin mədəni həyatında fəallığı ilə seçilən Azərbaycanın bu sahədə həyata keçirdiyi fəaliyyətin rəsmiləşdirilməsinə böyük imkanlar açır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin mühüm hissəsi Parisin mədəni həyatı ilə bağlıdır. Mədəniyyət mərkəzi bu sahədə işlərin daha da gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar acır.

Azərbaycanla Fransa arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, ölkələrimiz arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri Azərbaycan-Fransa arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərir.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2015.- 28 aprel.- S.3.