Qədim, yeni turizm diyarı - Qazax

 

Dilboz atının qalaüstü abidəsi önündən keçəndə  istər-istəməz “Kitabi Dədə Qorqudun 12 boyunu əks etdirən kompleksin qarşısında  ayaq saxlayırsan. Milli-mənəvi dəyərlərdən xəbər verən bu ecazkar guşəyə baxdıqca heyran qalırsan. Bura ulu tariximizin canlı yadigarı Qazaxdır! 

Ətrafı seyr edə-edə geniş prospekt boyunca irəliləyirsən. Sanki ecazkar bir diyara düşmüsən. Şəhərin mərkəzində ölməz Səməd Vurğunun möhtəşəm heykəli ucalır. Abidənin önündə göz işlədikcə uzananFəxri qazaxlılarparkı diqqəti cəlb edir.

Bu yerlər Azərbaycan tarixinə neçə-neçə unudulmaz şəxsiyyət bəxş edib. Çox dəyərli bir görülüb. Geniş bir sahədə, yaşıllıqların qoynundakı fəvvarələrin ətrafında onlarca mərd insanın barelyefləri cərgələnib. Azərbaycanın ilk topoqraf generalı İbrahim Ağa Vəkilov, artilleriya generalı Əlağa Şıxlinski, ilk hərbi təyyarəçi Fərrux Qayıbov, İtaliyanın Milli Qəhrəmanı, partizan Tahir İsayev, ədəbiyyatımıza ölməz əsərlər bəxş etmiş yazıçı şairlərdən Mehdi Hüseyn, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Yusif Səmədoğlu... Ən baxımlı yerdə  Molla Vəli Vidadi Molla Pənah Vaqif qoşa dayanıb. Bir qədər aralıdakı yaraşıqlı bağda böyük söz ustası, istiqlal carçısı İsmayıl Şıxlı mərmər postament üzərindən doğma diyara boylanır. Parkın başında da hələlik ölkədə yeganə olanƏdəbiyyat muzeyi”. Qazax möcüzələr məskənidir. Hara gedirsən sanki torpaq üzərində tarix yazılıb.

Söz-sənət ustaları, ziyalılar, sərkərdələr diyarı, Azərbaycanın qərb qapısı sayılan Qazax həmişə müstəqil dövlətimizin diqqət mərkəzindədir. Ölkədə ilk Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Qafqazda yeganə planitari məhz Heydər Əliyev elm mərkəzi Qazaxda istifadəyə  verilib.

Son illər neçə-neçə istehsal, emal müəssisəsi açılıb, onlarca məktəb binası, uşaq bağçası tikilib. Avey dağının ətəyində illik gücü bir milyon ton olan Sement zavodu istifadəyə verilib. Sərhəd bölgəsində yerləşən Qazax dövlətin qayğısı diqqəti sayəsində beləcə aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur. Bu da turizmin inkişafına güclü təkan verir.     

Göyəzən dağının ətəyi ilə gedirsən. Yolun hər iki tərəfində milli memarlığın ən dəyərli nümunələri - qalalar, tağlar, bürclər, keçidlər, min bir bəzəkli istinad divarları... Sanki açıq havada canlı sərgidir. Azərbaycan memarlığının, qədim tariximizin ən önəmli nümunələri toplanıb. Yuxarı Salahlı kəndində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ucaldılmışSəməd Vurğun poeziya eviəsaslı surətdə yenidən qurulub. Hara baxırsan ulu tariximizin gur səsi eşidilir. Müdrik poeziyanın,  ölməz söz-sənət aləminin isti nəfəsi duyulur.

Qazax qədim qiymətli abidələr diyarıdır. Burada on ikinci yüzilliyin yadigarı Sınıq körpü, tunc dövründən qalan Babadərviş neolit-tunc dövründən xəbər verən Göytəpə yaşayış yerləri kimi dünya əhəmiyyətli abidələr mövcuddur. Respublika yerli əhəmiyyətli 112 arxeoloji, memarlıq monumental abidə, habelə dekorativ tətbiqi sənət nümunəsi qeydə alınıb. Yuxarı Əskipara Şəkərqala kəndlərindəki məbədlər, Qıraq Kəsəməndəki dairəvi qüllə, Poylu kəndindəki məqbərələr Qızılhacılı Kazım körpüləri, Qırmızı körpü, habelə Qızıl qaya abidəsi baxanları valeh edir. Bunların ən məşhurlarından, ən çox diqqəti cəlb edənlərdən biri Damcılı bulağıdır.

Rayon Mədəniyyət turizm şöbəsinin müdiri Valeh Vəliyev deyir ki, Qarayazı meşələri, Ceyrançöl düzləri, Göyəzən Avey dağları, Pəri, Bayram Damcılı bulaqları yaxın-uzaq ellərdən gələnlərin diqqətini cəlb edir: “Ona görə biz burada muzey yaratmaq fikrindəyik. Bu yerlər hər an insanları xoş əhvallara, ülvi duyğulara aparır. Qazaxın ecazkar guşələri həmişə söz-sənət  yurdu, igidlər məskənizülfü pərişan, siyah telləroylağı olub. Burada Aşıq Ələsgər saz çalıb, Vurğun xəyala dalıb, Kərəm at oynadıb. Əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə  keçən saz söz sərraflarından çoxunun adları ünvanları zamanın yaddaşında illərin, əsrlərin toranında ilişib qalıb. Bu unudulanları yada salmaq sirli-sehrli Damcılı bulağın səliqə-sahmanlı yaşaması üçün burada muzey yaratmaq istəyirik”.

Damcılı bulağı Avey dağının döşündə yerləşir. İlin hər vaxtında, günün hər çağında çat-çat olmuş qayalardan, lay-lay süxurlardan, yaşıl otlardan, mamır basmış daşlıqlardan süzülüb damcı-damcı tökülən, hər biri mirvari dənələrini xatırladan damcıların sehrinə valeh olursan. Bu yerlərin tarixini, taleyini oxuculara çatdırmaq, turistlərə yetirmək üçün Tofiq SalehinAvey Göyəzən dağlarının möcüzələriadlı kitabı nəşr edilib. V.Vəliyev bildirdi ki, təbiətin geniş imkanlarından istifadə edərək Avey dağlarında atlı turizm mərkəzi yaratmaq niyyətindədirlər.

Qazaxın tarixi qədim, təbiəti gözəl, florası-faunası zəngindir. Bir cəhət əlamətdardır ki, məşhur İpək Yolu məhz bu yerlərdən gəlib keçir. XII əsrin yadigarı sayılan Qırmızı körpü yaxın-uzaq elli müsafirləri qarşılayır, yola salır. Qazax Azərbaycan torpağından dünyaya açılan pəncərədir.

 

Əhməd İSAYEV,

Azərbaycan.-2015.- 28 aprel.- S.10.