III Qlobal Bakı Forumu çərçivəsində “Barış-Kompromisin əldə olunması” mövzusunda panel iclası keçirilib

 

Aprelin 28-də III Qlobal Bakı Forumu çərçivəsində “Barış-Kompromisin əldə olunması” mövzusunda panel iclası keçirilib.

Moderator – Kolumpiyanın sabiq prezidenti Andres Pastrana paneldə müzakirə edilən mövzu ilə bağlı fikirlərini bildirərək deyib ki, barış əldə olunmasa sülh və sabitlikdən, müharibələrin həllindən söhbət gedə bilməz.

Panel iclasında çıxış edən Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai belə bir önəmli Forumda iştirakdan məmnunluğunu vurğulayıb, Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Sabiq Prezident deyib ki, münaqişələr daxili amillərlə bağlı olduqda onu həll etmək asan olur. Əgər münaqişəyə kənar amillərin təsiri varsa, bu zaman barışığa nail olmaq çətinləşir. O, Əfqanıstan təcrübəsinin bunu deməyə əsas verdiyini qeyd edib. Bu amil özünü əsasən uzun müddətli münaqişələrdə göstərir.

Bosniya və Hersoqovinanın keçmiş Baş naziri Zlatko Laqumciya vurğulayıb ki, barış bir model deyil, o bizi qoruyan bir tavandır və fundamental bir məsələdir. Barış üçün ən əsas amil ədalətin olmasıdır və buna ehtiyac var. Digər tərəfdən ədalətli iqtisadi əlaqələrin qurulması da vacibdir.

Xocalı faciəsini xatırladan sabiq Baş nazir bu məsələdə də ədalətin hələ də təmin olunmadığından təəssüfləndiyini deyib.

Livanın sabiq Prezidenti Amine Gemayel çıxışında barışıq və bağışlamaq məsələlərinə toxunub. Bildirib ki, barışıq üçün əvvəlcə bağışlamaq lazımdır. Bu amillərin əsasən sosial məsələ olduğunu deyən A.Gemayel cəmiyyətlərdə intiqam almaq kimi amillərin olduğunu söyləyib və bunu barışığa mane olan əsas səbəblərdən biri kimi səciyyələndirib. O deyib: “Bəzən də dinlərarası münasibətlər və etnik təsirlər barışığa mane olur. Bu gün kənar təsirlərə məruz qalan münaqişələr də mövcuddur. Bir sıra münaqişə ocaqlarına baxsaq bunu əyani şəkildə görə bilərik. Müxtəlif bəhanələrlə digər ölkələrdə baş verən münaqişələrə müdaxilələr olunur”.

Xorvatiyanın sabiq Prezidenti İvo Yosipovic çıxışında bildirib ki, barış cəmiyyətin sülhfiravan yaşaması üçün əsas şərtdir. Qeyd edilib ki, yalnız dövlətlər deyil, cəmiyyətlər də barışığa hazır olmalıdırlar. Yəni siyasi iradə ilə yanaşı, insanlarda gələcəkdə hüquqlarının qorunacağına və təmin olunacağına inam yaradılmalıdır. Barışıqdan sonra da mütəmadi danışıqların, əməkdaşlığın da çox önəmli olduğunu bildirən İ.Yosipovic bu gün SerbiyaXorvatiya arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığa əsaslanan münasibətlərin qurulduğunu vurğulayıb.

O qeyd edib ki, bəzi siyasi güclər münaqişələrin həllində maraqlı deyillər və problemlərin həllinə maneə yaradırlar. Ona görə də ilk növbədə cəmiyyətin sülhə, onun verəcəyi müsbət nəticələrə inandırılması önəmlidir.

İrlandiyanın keçmiş Baş naziri Bertie Ahern münaqişələrdə barışığa nail olmaq üçün əvvəlcə onun kökünü, yaranma səbəbini öyrənməyin vacib olduğunu bildirib: “Münaqişələr və onların həlli yollarının fərqlidir. Hazırda problemlərin həlli üçün ümumi bir vasitə, həll yolu yoxdur. Münaqişələri həll etmək və uzunmüddətli razılığa nail olmaq üçün tərəflərin bütün fikirlərinin nəzərə alınması və qarşılıqlı kompromisə nail olunması vacibdir”.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovmüasir münaqişələrin həlli, mövcud ziddiyyətlərlə bağlı fikirlərini bölüşüb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə ətraflı məlumat verib.

Əli Həsənov bildirib ki,1990-cı illərin əvvəllərində tarixin gedişi nəticəsində SSRİ-i süquta uğradı və müasir dünya nizamı formalaşmağa başladı. Sosialist düşərgəsində cəmləşmiş xalqlar SSRİ-nin dağılması nəticəsində müstəqillik əldə etdilər. Bundan sonra həmin xalqlar və dövlətlər bir-birlərinə qarşısı müxtəlif iddialar ortaya qoydular. Bu iddiaların təməlində bir tərəfdən yenicə müstəqillik qazanmış xalqların düşüncəsində tarixən yaşanmış arzu və istəklər dayanırdısa, digər tərəfdən, SSRİ-nin varisi olmuş bəzi regional güclərin bilərəkdən bu münaqişə ocaqlarını alovlandırmaq siyasəti dayanırdı. Sovetlər İttifaqı dağıldıqdan sonra belə münaqişə ocaqları Dağlıq Qarabağda Ermənistan və Azərbaycan, Abxaziyada, Cənubi Osetiyada Gürcüstanmuxtar qurumlar, Moldova ilə Dnestryanı ərazilər arasında, habelə UkraynaRusiyada yarandı.

1992-1993-cü illərdə BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmasına dair dörd qətnamə qəbul etdiyini xatırladan Əli Həsənov qarşı tərəfin indiyədək bu qətnamələrin heç birinə məhəl qoymadığını və Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdiyini diqqətə çatdırıb. Prezidentin köməkçisi təəssüflə qeyd edib ki, BMT-nin öz qərarlarının icrası ilə bağlı prinsipial addım atmaması, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə cəhd göstərməməsi sonralar digər münaqişə ocaqlarının alovlanmasına və separatçılıq meyllərinin genişlənməsinə rəvac verib.

Siz burada olduğunuz günlərdə şəxsən şahid olacaqsınız ki, Azərbaycan sözün həqiqi mənasında müasir dünyada etnik tolerantlığın, dinlər və millətlərarası birgə yaşayış normalarının ən gözəl nümunələrini ortaya qoyub. Bu gün Azərbaycan sivilizasiyaların kəsişdiyi, İslamla xristianlığın sərhədlərinin birləşdiyi bir məkan olaraq, hər iki sivilizasiyaya geniş meydan verib. Azərbaycanda bu sahədə həyata keçirilən siyasət bütün dünyada təqdir olunur”,- deyə Prezidentin köməkçisi əlavə edib. Diqqətə çatdırıb ki, Azərbaycandan tam fərqli olaraq, Ermənistanda millidini dözümsüzlük hökm sürür. Son 20 il ərzində oradan 250 minə qədər azərbaycanlı və digər xalqların nümayəndələri qovulub. Bütün bunların diqqətdən kənarda qalması nəticə etibarı ilə arzuolunmaz president yaradıb.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.

 

Azərbaycan.-2015.- 29 aprel.- S.4.