Fəxr et, qürur
duy, AZƏRBAYCAN!
I Avropa Oyunları
Bu gün biz qədim
Atəşgah məbədinin
önündə toplaşmışıq. Bu gün I Avropa Oyunlarının məşəli
Atəşgah məbədində
alovlandırılacaqdır. Bu məşəl ölkəmizin bütün
şəhərlərinə gətiriləcək, bütün
ölkəmizi dolaşacaq
ki, Azərbaycan xalqı bu gözəl
idman və dostluq bayramını qeyd etsin.
Qoy, güclü qalib gəlsin! Yaşasın Azərbaycan!
İlham
ƏLİYEV
Qədim
Atəşgahda bir məşəl alovlandı!
“Bakı-2015”
ilk Avropa Oyunlarının
məşəli!
Məşəli əlində bu
hüquqa ən çox haqqı olan Azərbaycan Respublikasının Prezidenti,
Milli Olimpiya Komitəsinin prezidenti möhtərəm İlham
Əliyev tutmuşdu!
Bu, adi məşəl deyildi!
Qədim
odlar yurdu Bakıda alovlanan ilk idman məşəli öz şərəfli missiyasını sona çatdırıb söndürülənədək
təkcə ölkəmizə
yox, bütün Avropaya, Dünyaya işıq saçacaq, planetimizin bütün guşələrində yaşayan
insanların, dünyanın
kütləvi informasiya
vasitələrinin, televiziya
kanallarının diqqət
və marağının
foqs nöqtəsinə
dayanacaqdır!
Bu, ilk Avropa Oyunlarının ilk məşəlidir!
Bu xoşbəxtlik, ilkə imza atmaq səadəti
müstəqil Azərbaycana,
onun müdrik və müasir düşüncəli dövlət
başçısına nəsib
oldu!
Fəxr
et, qürur duy, Azərbaycan!
Bu şərəf və şöhrət, etimad və etibar sənə yaraşır!
Avropa Oyunları
birinci dəfədir ki, keçirilir. Hələ
onun standartları müəyyənləşməyib!
Fəxr
edirik ki, bu standartlar Azərbaycanda müəyyənləşəcəkdir,
onları biz yaradacağıq!
Sonralar bu ilklər hamı üçün nümunəyə, örnəyə
çevriləcəkdir!
Necə
ki, İnkişafın
Azərbaycan Modeli artıq nümunədir!
Necə
ki, Azərbaycanda olan tolerant mühit artıq nümunədir!
Necə
ki, Azərbaycanın iqtisadi və siyasi uğurları, müstəqilliyinin qısa
dövründə gördüyü
işlər, qazandığı
nailiyyətlər, gerçəkləşdirdiyi
transmilli layihələr
artıq çoxları
üçün örnək,
nümunədir!
Hər bir Azərbaycan vətəndaşı bununla
fəxr edir!
Hər bir Azərbaycan vətənpərvəri bunlardan
qürur duyur!
Hər bir azərbaycanlı bu ölkənin övladı olmasından fərəhlənir!
“Atəşgah”dan od
alan Azərbaycan məşəli 60 rayonu əhatə edən 47 günlük səfərə
çıxıb. Ölkəmizin regionlarını gəzəcək,
insanlara sevinc və fərəh bəxş edəcək bu məşəl Bakıya qayıdanadək
5 min 500 kilometr məsafə
qət edəcəkdir.
Dünya
mətbuatının gündəmində
mühüm yer tutan bu hadisə
dostlarımızı, bütün
idmansevərləri qürurlandırır.
Axı, avropalı idmançılar
öz bacarıqlarını
və məharətlərini
göstərmək üçün
daha bir nüfuzlu arena əldə
ediblər. Bu ilkə
imza atmaq hüququna isə odlar yurdu Azərbaycan
sahib çıxıb!
Bura gələn
yol elə də asan olmayıb. Müstəqilliyin
iyirmi dörd ili ərzində
çox çətin,
ağır, məhrumiyyət
və sınaqlarla dolu “məsafə” qət edilib, dəfələrlə müstəqilliyimizin
itirilmə təhlükəsi
yaranıb. Lakin alternativsiz Heydər
Əliyev siyasi kursu, bu kursu
layiqincə davam etdirən Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən və balanslaşdırılmış siyasəti hər cür sınaqdan qələbə ilə çıxmağa şərait
yaradıb. Ölkə
Prezidenti cənab İlham Əliyev Azərbaycan vətəndaşlarının
maraq və mənafelərini dövlət
siyasətinin mərkəzində
saxlamağa nail olub, Azərbaycanı Avropada və bütövlükdə
dünyada sivil, ümumbəşəri dəyərlərə
sadiq, ən çətin transmilli layihələri reallaşdırmağa
qadir, ən məsuliyyətli beynəlxalq
tədbirləri yüksək
səviyyədə keçirən
bir ölkə kimi təqdim edə bilib!
Hər bir ölkədə idmanın
inkişaf səviyyəsi,
kütləviliyi həmin
ölkənin iqtisadi imkanları ilə sıx bağlıdır. Azərbaycan dövlət
müstəqilliyi qazandığı
ilk illərdə beynəlxalq
idman yarışlarında,
Avropa və dünya birinciliklərində
müstəqil şəkildə
iştirak etmək imkanı da qazanmışdı. Buna qədər Azərbaycan idmançıları yalnız
SSRİ yığma komandasının
üzvü kimi hansısa beynəlxalq yarışlara çıxa
bilərdi. SSRİ yığmalarına
isə “kişik qardaş” sayılan müttəfiq respublikaların
idmançılarının düşməsi bir o qədər də asan deyildi! Ötən
əsrin doxsanıncı
illərinin əvvəllərində
isə dövlətin
iqtisadi vəziyyəti
elə idi ki, yarışlara dəvət alan
idmançıları, komandaları
maliyyələşdirə bilmirdi.
Beynəlxalq yarışlarda iştirak
hüququ qazanan, Azərbaycan bayrağını
yüksəltməyə qadir
olan idmançılarımız
maliyyə çatışmazlığından
kənarda qalırdılar. İndi isə
Azərbaycan nəinki
idmançı, komanda
və heyətin digər üzvlərini yarışlara göndərir,
hətta özü ən geniştərkibli və möhtəşəm
yarışlar keçirir.
Üstəlik, dünyanın
bir çox ölkələrinin güclü
idmançıları Azərbaycan
bayrağı altında
çıxış etməyi
özləri üçün
şərəf sayırlar!
Bu ciddi və prinsipial dəyişikliklər
ulu öndər Heydər Əliyevin xalqın arzu və tələbi ilə yenidən hakimiyyətə qayıtmasından
sonra baş vermişdir. Azərbaycanın
bütün sahələrdə
uğur, nailiyyət və qələbələrinin
təməli qoyulmuşdur!
İQTİSADİ
SAHƏDƏ:
* “Əsrin müqaviləsi” neft kontraktı imzalanmışdır;
* Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri işə salınmışdır;
* Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə
təbii qaz ixracına başlanılmışdır;
* Azərbaycan iqtisadiyyatı
on il ərzində
3 dəfədən çox
yüksəlmişdir;
* Ölkədə sahibkarlar
təbəqəsi formalaşmış,
qeyri-neft sektoru sürətli yüksəliş
yoluna qədəm qoymuşdur.
SİYASİ
SAHƏDƏ:
* Azərbaycan bir sıra mühüm beynəlxalq qurum və təşkilatlara üzv olmuşdur;
* Cənubi Qafqazın ən nüfuzlu, müasir dövlətinə
çevrilmişdir;
* Dünya dövlətləri
ilə ikitərəfli
əməkdaşlığı genişləndirmiş, dünyada
söz sahibinə çevrilməyə başlamışdır;
* 155 dövlətin dəstəyi
ilə BMT Təhlükəsizlik
Şurasına üzv
seçilmiş, onun iclaslarına sədrlik etmişdir.
MƏDƏNİYYƏT
SAHƏSİNDƏ;
* Avropa dəyərlərinə
yiyələnməklə yanaşı,
öz qədim mədəniyyəti ilə
Avropa mədəniyyətinə
töhfələr də
vermişdir;
* Novruz bayramı, aşıq sənəti, İçərişəhər Dövlət Tarix-Memarlıq
Qoruğu, Qobustan Dövlət Mədəniyyət
Qoruğu, tar ifaçılığı
UNESCO-nun qeyri-maddi mədəni
irs siyahısına
salınmışdır;
* “Avroviziya” Avropa
mahnı yarışmasında
qalib gələrək
Bakıda onun 57-ci müsabiqəsini yüksək
səviyyədə keçirmişdir.
İDMAN
SAHƏSİNDƏ:
* Bu gün Azərbaycanda idman sözün həqiqi mənasında kütləvi xarakter almışdır;
* Regionlarda qırxdan çox olimpiya idman kompleksi tikilərək gənclərin
ixtiyarına verilmişdir;
* Sonuncu, XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan 2 qızıl,
2 gümüş və
6 bürünc medalla dünyada 30-cu, Avropada
15-ci yeri tutmuşdur;
* Artıq Azərbaycan
bütün idman növləri üzrə beynəlxalq turnirlərin,
Avropa və dünya birinciliklərinin
keçirildiyi məkana
çevrilmişdir.
Bütün bunlar ilk Avropa Oyunlarının ölkəmizdə
keçirilməsi üçün
ilkin şərtlər
olmuşdur.
Dövlət başçısı cənab
İlham Əliyev
“Bakı-2015” ilk Avropa Oyunlarının
məşəlinin yandırılması
mərasimindəki çıxışında
qəbul edilmiş qərara təsir edən digər amillərdən də söhbət açmışdır. Göstərmişdir ki, ən mühüm
səbəblərdən biri
idmançılarımızın beynəlxalq yarışlarda
uğurlu çıxışı
olmuşdur. Habelə son illər
Azərbaycanda müasir
idman infrastrukturu yaradılmış, Bakı
şəhərində yeni
idman obyektləri tikilmiş, mövcud olanlar isə əsaslı şəkildə
təmir edilərək
ən yüksək standartlara uyğunlaşdırılmışdır.
Nəqliyyat strukturunun yeniləşməsi,
paytaxtda çoxsaylı
aparıcı brend hotellərin fəaliyyətə
başlaması da mühüm məsələlərdəndir.
I Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin işi, xüsusən onun sədri Mehriban xanım Əliyevanın fəaliyyəti ən yüksək təriflərə layiqdir. Təşkilat Komitəsi başqalarının yeddi ilə görə biləcəyi işi 3 dəfə qısa müddətə - 2,5 ilə, özü də keyfiyyətlə başa çatdırmağa nail olmuşdur!
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxışında bu məsələyə xüsusi diqqət yetirərək heyrətini gizlətməmişdir: “Mən Avropa Olimpiya Komitəsinin səmimi minnətdarlığını Prezident İlham Əliyevə və birinci xanıma çatdırmaq istərdim. Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.
Bu gün Azərbaycanda idmançıları, habelə gələn digər qonaqları qarşılamağa, onları yerləşdirməyə, hər cür rahatlıqlarını təmin etməyə, boş vaxtlarını mənalı keçirməyə, gəzməli, görməli yerlərlə tanış etməyə, Azərbaycan mətbəxinin təamlarından dadmağa imkan verən kifayət qədər təcrübəli mütəxəssis və müxtəlif peşə sahibləri vardır. Azərbaycan xalqının qonaqpərvərliyini də buraya əlavə edəndə ilk Avropa Oyunlarının uğurlu və nümunəvi keçiriləcəyi şübhə doğurmur!
Əlbəttə, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan, onun beynəlxalq aləmdə formalaşmış imicinə kölgə salmağa çalışan qüvvələr, antiazərbaycançı şəbəkə də mövcuddur. Son dövrlərdə ölkəmizə qarşı düşmənçilik hərəkətlərinin artması, dünya erməniliyinə xidmət edən bəzi beynəlxalq qurum və təşkilatların Azərbaycanı gözdənsalma kampaniyasını gücləndirməsi nəzərdən qaçırılmamalıdır. Hər bir Azərbaycan vətəndaşının, xüsusən biz jurnalistlərin öz ölkəmizin əsl vətənpərvəri kimi çıxış etməyə, belə hallara qarşı ciddi və qətiyyətli mübarizə aparmağa həmişəkindən qat-qat artıq ehtiyac duyulur. Ölkəmizə gələnlərin heç də hamısı xoş niyyətdə olmayacaq. Ayıq-sayıq olmaq, hər cür təxribatın qarşısını almaq hər birimizin vətəndaşlıq borcudur!
İdman sülhün elçisidir, demişlər!
Azərbaycan sülhsevər, qonaqpərvər xalqdır!
Lakin düşməni yerində oturtmaq, bədxahların vaxtında və təsirli cavabını verməyi də yaxşı bacarırıq!
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi bir şansdır. Bu imkandan hamılıqla istifadə etməli, milli maraqları hər şeydən uca tutmağı bacarmalı və bütün dünyaya sübut etməliyik ki, dostları dost kimi qarşılamaqla bizə göstərilən etimad və etibarı yüksək səviyyədə doğrultmağı bacarırıq!
Hamımız əl-ələ versək, çəkici bir zindana vursaq, idman tarixinin şanlı səhifəsini təşkil edəcək Avropa Oyunlarının ilkini ən yüksək əyarda keçirərək xalqımızın və dövlətimizin imicini bir daha təsdiq edə bilərik!
Azərbaycan öz vətənpərvər övladlarından bunu gözləyir!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2015.- 29 aprel.- S.6.