“Azadlıq” qəzeti dünya erməniliyinin maraqlarını müdafiə edir

 

Antiazərbaycançı şəbəkədən “sapı özümüzdən olan baltalara I Avropa

Oyunlarına qara yaxmaqla bağlı yeni sifarişlər gəlib

 

Azərbaycan davamlı inkişaf etdikcə, bütün sahələrdə uğur qazandıqca antiazərbaycançı şəbəkə və onların buyruq quluna çevrilən “beşinci kolonbundan narahat olub fəaliyyətini aktivləşdirmək istəyir. Xarici antiazərbaycançı şəbəkə I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı “qara piar” kampaniyası aparmaqdadır. Həmin destruktiv dairələr Avropa Oyunlarına hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyalar yaymaqla, xarici KİV-də sifarişlə qərəzli, qeyri-obyektiv materiallar dərc etməklə ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa uğursuz cəhdlər edirlər.

Xarici antiazərbaycançı dairələr və erməni lobbisi Azərbaycana qarşı və ölkəmizdə keçiriləcək I Avropa Oyunlarını gözdən salmaq, onun əhəmiyyətini azaltmaq, imkan daxilində bu yarışların boykot edilməsinə nail olmaq məqsədilə geniş “fəaliyyət” göstərməkdədirlər. Bu kampaniyada ABŞ və Qərb ölkələrinin bəzi rəsmi dairələri də fəal iştirak edir. Bəzi xarici KİV-lər, “Amnesty International”, “Fredoom House”, “Article-19”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar”, “Transparency International” təşkilatının Almaniya bölməsi və digər bu kimi təşkilatlar vasitəsilə Azərbaycanın guya qeyri-demokratik ölkə olduğu, söz və məlumat azadlığının məhdudlaşdırıldığı, jurnalistlərin və QHT nümayəndələrinin guya peşə fəaliyyətinə görə “həbs edildiyi” ilə bağlı yalan, subyektiv mülahizələrdən ibarət, dezinformasiya xarakterli məlumatları dövriyyəyə buraxırlar. I Avropa Oyunlarının əhəmiyyətinin guya şişirdildiyi, hakimiyyətin bu Oyunlardan öz təbliğatı üçün istifadə etdiyi, habelə Oyunların təşkili, Azərbaycanda sosial, iqtisadi, mədəni və idman infrastrukturu haqqında primitiv, heç bir əsası olmayan şayiələr yaymaqla məşğuldurlar. Bütün bunların məqsədi ölkəmiz haqqında Avropada mənfi rəy formalaşdırmaq, yarışlarda iştirak edəcək idmançıları, turistləri ölkəmizə gəlməkdən çəkindirməkdir. Ölkədə həyata keçirilən kompleks tədbirlərə qara eynəklə baxan bu təxribatçı qüvvələr uğurlarımıza qısqanclıqla yanaşırlar. Azərbaycanın inkişafı, güclənməsi, bir dövlət olaraq beynəlxalq aləmdə nüfuzunun artması, əlbəttə, bu qüvvələrə öldürücü zərbədir.

Azərbaycana qarşı məkrli kampaniya aparan antiazərbaycançı şəbəkə “İdmanİnsan Haqları Alyansı” adlı koalisiya yaratmaqla formaca fərqli, məzmunca eyni olanqara piar” kampaniyasına da start veriblər. Qondarma alyansda təmsil olunan qüvvələrə nəzər yetirməklə onların “missiya”larının nədən ibarət olması barədə dolğun təsəvvür yaratmaq mümkündür. Human Rights Watch”, “Amnesty International”, “Transparency International” təşkilatının Almaniya bölməsinin də alyansın sıralarında yer alması Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın detallarını üzə çıxarmağa imkan verir. “İdmanİnsan Haqları Alyansı” Avropa Olimpiya Komitəsini Azərbaycana təzyiq göstərməyə çağırıb və hətta ermənilərlə işbirliyinə girən, vətənə xəyanət edən Leyla YunusArif Yunusun azadlığa buraxılmasını tələb ediblər. Ən müxtəlif vaxtlarda adıçəkilən təşkilatlar “insan haqlarının müdafiəçisi” pərdəsi altında gizlənərək öz maraqlarını gerçəkləşdirmək niyyəti güdmüşlər və hər dəfə də fiaskoya uğramışlar.

Xatırladaq ki, “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində də antiazərbaycançı şəbəkə və onların buyruq quluna çevrilən yerli dairələr fəaliyyətlərini aqressivlik üzərində quraraq ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə cəhd etmişdilər. Bəzi “hüquq müdafiə təşkilatları”, xüsusilə də “Amnesty International”, “Human Rights Watch” və bir sıra kütləvi informasiya vasitələri Azərbaycanın imicinə zərər vurmağa çalışan, həqiqətdən tamamilə uzaq olan uydurma məlumatlar yaymışlar.

Xalq olaraq böyük zərbələri təkcə düşmənlərimizdən deyil, bəzən “sapı özümüzdən olan baltalardan da almışıq. Torpaq itkilərimizin, faciələrimizin çoxsaylı səbəbləri sırasında milli xəyanət amilinizaman-zaman ürək ağrısı ilə etiraf etməli olmuşuq. Azərbaycanda boya-başa çatanların, onun çörəyi və suyu ilə qidalananların, havasını udanların, ad-san, şan-şöhrət, sərvət sahibi olanların bu torpağa, vətənə xəyanətkar münasibətinə zaman-zaman rast gəlmişik. Bu “üzdəniraqlar” təkcə antimilli düşüncə ilə deyil, həm də şübhəli erməni təəssübkeşliyi ilə manqurt mövqe nümayiş etdirmişlər.

Antiazərbaycançı qüvvələrin təbliğat ruporuna çevrilən “Azadlıq” qəzetində son günlər antimilli dairələrin maraqlarına xidmət edən və erməni dəyirmanına su tökən qərəzli məlumatların yer alması da təəssüf doğurur. Bu günlərdə “Azadlıq” qəzeti Almaniyanın “Bild” qəzetində dərc edilən və Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı boykot çağırışlı və tamamilə uydurmadan ibarət olan materialı tərcümə edərək yayıb. Sözügedən məqalədə yenə də “Sərhədsiz Reportyorlar”ın Azərbaycanda söz azadlığının vəziyyəti, eləcə də “Freedom Houseun insan haqları ilə bağlı “qiymətləndirməsi” yer alıb. Bununla yanaşı, məqalədə Azərbaycanda guya hüquq müdafiə və jurnalist fəaliyyətinə görə insanların həbs olunduğu, bu sahədə qanunvericiliyin demokratik standartların tələblərinə zidd məhdudlaşdırıldığı barədə əsassız iddialar öz əksini tapıb. Çünki Azərbaycanda hər bir şəxsin öz fikrini ifadə etmək hüququ, söz və məlumat azadlığı və fəaliyyət müstəqilliyi təmin olunub. Azərbaycanda hamı qanun qarşısında bərabərdir və qanunları pozan hər bir şəxsə qarşı müvafiq qaydada ölçü götürülür.

Antiazərbaycançı şəbəkənin xaricdə və eyni zamanda ölkəmizdə fəaliyyət göstərən təbliğat ruporları anlamalıdırlar ki, respublikamızda insan və vətəndaş hüquqları hansısa qüvvələrin maraqları əsasında yox, milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur. Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir.

Müstəqil Azərbaycan həm də söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Respublikamızda bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar ilk növbədə demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır. Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır.

Əminliklə demək olar ki, I Avropa Oyunları ərəfəsində də erməni lobbisinin dəstəyi və maliyyə köməyi ilə Azərbaycanın imicinə zərbə vurmaq istiqamətində fəaliyyət göstərən destruktiv dairələr tam fiaskoya düçar olacaqlar.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2015.- 29 aprel.- S.7.