Qəhrəmanlıq dərsi

 

Faşizm üzərində Qələbədən 70 il keçir

 

O, əsgərlərin sırasında dayananda boy-buxunu, qaməti ilə hamıdan seçilirdi. Bu, ətəyində ilk addımlarını atdığı Mamırtı dağının öz əzəmətindən, vüqarından ona verdiyi pay idi.

Ciddiliyi, comərdliyi ilə bahəm mehriban idi. Üzündə daim xoş təbəssüm olardı. Aydın baxışlarından nur yağardı. Çünki çiçəkli Şəhmir dağının mehi uşaqlıqdan telinə sığal çəkmişdi. Cökəli bulağın dumduru sularından içmişdi.

Döyüş yoldaşlarını arxasınca səsləyəndə nərəsi silahların uğultusunu yarıb keçərdi. Bu səsi sahilində boy atdığı coşqun Əsrik çayından almışdı.

Onu qarabaqara izləyən düşmən gülləsinə tuş gələndə, al qana boyananda da yerə yıxılmazdı. Sanki kölgəsində böyüdüyü palıdlar, vələslər idi, tufana düşəndə dözüb dayanardı.

...Hamı ilə xudahafizləşib rayon mərkəzinə, hərbi komissarlığa yollananda kəndin girəcəyindəki ağacın altında ayaq saxlayıb arxaya baxdı baxışları yüyürə-yüyürə gəlib ona çatan qızın ala gözlərinə dikildi.

Səni sevirəm”.

Gözləyəcəyəm”.

Bu, baxışların dialoqu idi.

Beş-altı addım aralanandan sonra birdən geriyə dönüb (sevgisini ömrünün sonunadək qəlbində pünhan saxlayan, ahıl yaşında bir gün, nədənsə, məhz bu qeydlərin müəllifinə etibar edib danışan o qıza):

- Amma mən qayıtmaya da bilərəm, müharibədir. Belə olsa... - dedi.

- Ağzını xeyirliyə . Qəhrəman olub gələcəksən, - cavabını eşitdi.

Bu onların ilk son görüşü, hərəsinin iki cümlədən ibarət ilk son söhbəti idi.

Məstan qəhrəman oldu, amma geriyə qayıda bilmədi.

Faşistlər Kalinin şəhərinə yaxınlaşmışdı, 9-cu alman ordusu artıq Moskvaya doğru can atırdı. Odur ki, “Düşmənin yolunu kəsməli, onu dayandırmalı!” əmri verilmişdi. Ölüm-dirim savaşında Məstan Əliyev adlı azərbaycanlı gənc xüsusi fərqlənirdi.

Məstan Əliyevin xidmət etdiyi hissə Rjev şəhərinin yaxınlığında müdafiə xəttində dayanmışdı. 1941-ci ilin oktyabr ayının əvvəllərində burada ağır döyüşlər getdi. Düşməni Moskvaya buraxmağın yolverilməz olduğu təkcə komandanlığın əmri deyil, həm əsgər qəlbinin hökmü idi. Yoxsa Məstan Əliyev təkcə bu döyüşdə 30-a qədər faşist əsgərini məhv edə bilməzdi.

İlk qəhrəmanlıqlarını göstərərkən Məstan ilk yarasını da aldı. 1942-ci ilin əvvəlində yenidən cəbhəyə qayıtdı. Hospitaldan Yelno şəhərinin yaxınlığında hücuma hazırlaşan hissəyə gəldi. Düşmənə tutarlı cavablar vermək zəruri idi. Belə oldu. Şiddətli atışmaların birində düşmənin daha 27 əsgər zabitini məhv etdi.

İrəliəmrini eşidən kimi Məstan səngərdən sıçradı, döyüşçülər sıravi Əliyevin ardınca getdilər. Məstan bilirdi ki, birinci zərbənin böyük əhəmiyyəti var. Öz qənaətində yanılmamışdı.

Sürətlə iləliləyir, dostlarını arxasınca səsləyirdi. Onun gur səsi yenə ətrafda əks-səda verirdi. Birdən elə bil qarşısına möhkəm sədd çəkildi. Müvazinətini güclə saxlayır, yıxılmaq istəmirdi. Amma ayaqları altındakı ağappaq qar al qırmızı rəngə boyanmışdı.

Yenə hospital, yenə ağrılar. O, müalicə olunarkan Volqa sahillərindəki döyüşlər artıq arxada qalmışdı, dostları Kursk qövsündəki od-alovdan keçib xeyli irəliləmişdilər. İndi ölkənin qərb sərhədinə yaxın ərazilərdə döyüşlər gedirdi. Düşməni son, ən son zərbələr gözləyirdi.

Yenidən cəbhəyə qayıdanda hamı elə fikirləşirdi ki, Məstan daha əvvəlki kimi döyüşə bilməyəcək. Lakin bir neçə gündən sonra Straxelko kəndi uğrunda gedən döyüşdə hamı gördü ki, elə həminki igiddir. Məstan bu dəfə daha 20 faşisti məhv etdi.

Bu vaxt Məstan Əliyevin göstərdiyi igidliklər o dövrün yüksək mükafatları sayılanQırmızı ulduz”, 1-ci dərəcəliVətən müharibəsiordenləri ilə, medallarla qiymətləndirilmişdi.

1945-ci il yanvarın sonu-fevralın əvvəllərində I Belarus I Ukrayna cəbhələrinin qoşunları Visla sahilində ağır zərbələr endirdikləri alman ordusunu təqib edə-edə Oder çayını keçdilər mühüm əməliyyat meydanlarını tutdular. Bu döyüşlərdə Məstan Əliyevin xidmət etdiyi hissə fərqlənirdi. Bu vaxt Məstan artıq vzvod komandirinin köməkçisi idi. Hücumdan əvvəl Oderin yaxınlığındakı nəm səngərdə Məstan döyüş yoldaşlarına deyirdi:

- Tezliklə ev-eşiyimizə qayıdacağıq. Ancaq evimizə gedən bircə yol var, o da Berlindən keçir. Həqiqət belədir... Amma bizi Berlində ölüm gözləyə bilər, çoxumuz məhv ola bilərik, çünki müharibədəyik. Hər halda, yenə güclü olmalıyıq, qalib gəlməliyik. Bizlərdə bir misal var: “Namərdi mənzilinəsən qovarlar”.

Bir dəfə dostları Məstandan soruşmuşdular ki, ondakı dəliqanlılıq nədən qaynaqlanır. Cavab vermişdi ki, yəqin bu, əhatəsində böyüdüyü təbiətin təsirindən, irsən keçən keyfiyyətlərdən irəli gəlir: “Bizim kənd haqqında deyiblər ki, Əsrikdən ya şair çıxar, ya qəhrəman, ya da pəhləvan...”.

İndi döyüşçülərdən biri həmin söhbəti xatırladı:

- Dostum, qəhrəmanlığını görmüşdük, şairliyini gördük, qaldı pəhləvanlığın.

Məstan ciddi görkəmini pozmadan:

- Uşaqlar, zarafat yeri deyil. İndiyə qədər yaxşı gəlmişik, etibarı, etimadı doğrultmuşuq. Berlinə beləcə çatmalıyıq, - dedi.

Döyüşə atılan batalyon qızğın döyüşdən sonra Tagel şəhərinə daxil oldu. Faşistlərin böyük bir qrupu şəhərin kənar məhəllələrində yerləşmişdi. Faşistləri oradan qovub çıxarmaq Məstan Əliyevin başçılıq etdiyi zərbə qrupuna tapşırılmışdı.

Düşmən bütün yolları atəş altında saxlayırdı. Dəstənin önündə gedən Məstan dolu kimi yağan güllələrin arasından keçib birinci evə girdi. Tezliklə daha bir bina ələ keçirildi. Ətrafda qumbaralar partlayır, güllələr vıyıldayırdı. Məstanın dəstəsi ölümü gözünün altına almışdı, od-alovun içindən keçərək evləri bir-bir faşistlərdən təmizləyirdi.

Bu da axırıncı bina. Dəstə inadla irəliləyirdi. Elə bu zaman faşist pulemyotçusu dəmir qapının altından qəflətən atəş açdı. Məstan yıxıldı... Axı o, qədər ağır yara alsa da, heç vaxt yıxılmazdı. Odur ki, dostları məsələnin yerdə olduğunu dərhal bildilər.

Berlinə gedib çata bilməyəcəyi elə bil əvvəlcədən ürəyinə dammışdı. Ona görə elə bu döyüşdə son sözünü demiş, şəxsən 60-a yaxın faşisti məhv etmişdi. Verdiyi ruh yüksəkliyi inam dostlarını irəliyə doğru aparırdı...

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 31 may tarixli fərman ilə Məstan Astan oğlu Əliyevə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.

...Məstanın kənddən çıxdığı gündən 75 ilə yaxın vaxt keçir. Ancaq onun sözü-söhbəti dağları hələ gəzib dolaşır. Əsrik Cırdaxan kəndində onun adını qürurla çəkirlər. Dövlət tərəfindən unudulmur. Tovuz rayonunun mərkəzindəki Qəhrəmanlar parkında qoyulmuş büstünü həmyerliləri, xüsusilə gənclər tez-tez ziyarət edirlər. 1975-ci ildə camaat rayon rəhbərliyinin köməyi ilə qəhrəmanın tək yaşayan anasına təzə ev tikmişdi.

Yaxşı ananı indiki kimi xatırlayıram. Bir dəfə ondan Məstan haqqında danışmasını xahiş etdim. Qoluma girdi biz həyətdən çıxdıq. Məni haraya apardığını bilmirdim. Bir çəmənliyə çatdıq. Burada ixtiyar qadın ayaq saxladı. Taqətdən düşmüş kimi göy otların üstünə çökdü. Əllərii ilə çölü-çəməni göstərdi, astadanburalar onun oylağı idi”, - pıçıldadı susdu. Amma əslində, susqun baxışları ilə çox söz dedi...

Məstanın heç qəbri qalmayıb. Qalan igidliyi qəhrəman adıdır. Gəzdiyi oylaqlar indi böyüməkdə olan igidlərin məkanıdır. Buradan hər gün neçə-neçə uşaq, yeniyetmə keçib Məstan Əliyevin adını daşıyan kənd orta məktəbində təhsil almağa gedir. Əsl dərsi isə onlar bu yerlərin Məstan kimi igid oğullarının hünərlərindən, əməllərindən alırlar.

 

Flora SADIQLI,

Azərbaycan.-2015.- 29 aprel.- S.9.