IDEA İctimai Birliyi “Uğura gedən yol” layihəsinə başlayıb
IDEA
İctimai Birliyi gəncləri ətraf mühit sahəsində
ixtisaslaşmağa və bu sahədə
çalışmağa həvəsləndirmək məqsədilə
aprel ayından etibarən “Uğura gedən yol” adlı layihəyə
başlayıb.
İctimai
Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihə
çərçivəsində ekologiya sahəsində təhsil
alan və ya bu sahəyə həvəs göstərən gənclərin
ətraf mühit və davamlı inkişaf sahələrində
peşəkar səviyyədə uğur əldə etmiş
şəxslərlə görüşləri təşkil
olunur. IDEA İctimai Birliyi bu üsulla gəncləri ətraf
mühit və davamlı inkişaf sahələrinə yönəltməklə,
ölkəmizdə ixtisaslaşmış və peşəkar
mütəxəssislərin yetişməsinə töhfə
vermək niyyətindədir.
Layihə
çərçivəsində ilk görüş “Azərsun
Holdinq”ə məxsus Azərbaycan Kağız Karton
İstehsalı Kombinatının (AKKİK) baş mütəxəssisi
Bəxtiyar İsmayılovun iştirakı ilə baş tutub.
Görüşdə
B.İsmayılov gənclərə davamlı inkişaf, o
cümlədən təkrar istehsal sahəsindəki təcrübəsi
və fəaliyyəti, qazandığı uğurların sirləri
və özünü inkişaf etdirməyin yolları
haqqında geniş məlumat verib. Qeyd olunub ki, bu sahədə
çalışmaq maddi baxımdan əlverişli olmaqla
yanaşı, ölkəmizin ətraf mühitinin mühafizəsi
üçün faydalı hesab olunur. Görüşün
sonunda ekspert gəncləri maraqlandıran sualları
cavablandırıb.
“Uğura
gedən yol” layihəsi çərçivəsində ayda
bir dəfə IDEA İctimai Birliyinin Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında yerləşən Resurs Mərkəzində ətraf
mühit və oxşar sahələrdə uğurlu karyera
qurmuş mütəxəssislərlə gənclərin
görüşü təşkil olunacaqdır.
Növbəti görüşlər barədə
elanlar IDEA İctimai Birliyinin rəsmi internet səhifəsində
və sosial mediada yerləşdiriləcək.
Layihə haqqında əlavə məlumat əldə etmək
istəyən şəxslər 4976316 şəhər nömrəsi
və ya info@ideacampaign.org elektron
poçt ünvanı vasitəsilə
IDEA İB ilə əlaqə saxlaya bilərlər.
Azərbaycan.-2015.- 29 aprel.- S.12.