Azərbaycan Prezidenti İlham Əliyevin adından III Qlobal Bakı Forumunun
iştirakçılarının şərəfinə ziyafət
verilib
Xəbər
verdiyimiz kimi, aprelin 28-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin adından III Qlobal Bakı Forumunun
iştirakçılarının şərəfinə ziyafət
verilib.
Prezident
İlham Əliyevin, xanımı Mehriban Əliyevanın və
qızı Arzu Əliyevanın iştirak etdikləri ziyafətdə
Bolqarıstanın və Makedoniyanın dövlət
başçıları, Maltanın Baş naziri, bir sıra
ölkələrin sabiq liderləri, dünya siyasətində
əhəmiyyətli rol oynamış ictimai-siyasi xadimlər,
ekspertlər və mütəxəssislər iştirak ediblər.
Latviyanın
sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri Vayra Vike-Freyberqa mərasimdə
çıxış etdi.
Sabiq Prezident Vayra Vike-Freyberqanın
çıxışı
- Azərbaycanda bizi səmimi və dostluq mühitində qəbul etdiyiniz üçün Sizə təşəkkürümü bildirmək istəyirəm.
Bir çoxlarımız
burada
bir neçə dəfə olmuşuq və hər dəfə geri döndüyümüzdə Bakının
müasirlik nöqteyi-nəzərindən
daha da gözəl,
təsiredici və qeyri-adi şəhər olmasının şahidi oluruq. Biz, həmçinin
ölkənin necə
çiçəklənməsini, inkişaf etməsini və təbii ehtiyatlarından səmərəli
istifadə etməsini
də müşahidə
edirik.
Cənab
Prezident, Siz Bakıda belə bir forumun keçirilməsi
ideyasına lap əvvəldən
dəstək göstərmisiniz.
Dövlətin öz vətəndaşları üçün
nə işlər görə bilməsinə
prioritet verərək
bu gün dünyanın üzləşdiyi
problemləri müzakirə
etmək məqsədilə
təcrübəli mütəfəkkirlərin,
mütəxəssislərin, beynəlxalq təşkilatların
nümayəndələrinin, bir çox sahələrdə fəaliyyət
göstərən peşəkarların
və xüsusilə sabiq dövlət və hökumət başçılarının, indi hakimiyyətdə olan dövlət və hökumət başçılarının bir
araya toplanması üçün Bakının
ideal məkana çevrilməsi
bizi daha çox məmnun edən faktdır. Başqa sözlə, biz hamıya məlum olan demokratiya və Madrid Klubunun açıq cəmiyyətlər adlandırdığı
məfhum haqqında danışırıq. Madrid
Klubu Bakıda keçirilən birinci və ikinci forumların təşkil olunmasında tərəfdaş
rolunu oynayıb.
Vurğulamaq istəyirəm
ki, hazırda mənim İsgəndəriyyə
Kitabxanasının direktoru
cənab Serageldin ilə birlikdə həmsədrlik etdiyim Nizami Gəncəvi Beynəlxalq Mərkəzi,
cənab Prezident, Sizin dəstəyiniz və köməyiniz sayəsində o qədər
müstəqil və qadir bir təşkilata
çevrilmişdir ki,
o, forumlar arasında ən böyük olan, 70-dən çox ölkə ilə təmsil olunan III Bakı Forumunun təşkil olunması işini öz üzərinə götürmüşdür.
Sizə deməliyəm ki, bizim çox gözəl və inanılmaz müzakirələrimiz
olub. Hətta bu gün mənə müzakirələrin
qızğın keçdiyini
bildiriblər və müzakirələrin də
məqsədi məhz
bundan ibarətdir.
Açılış mərasimində söylədiyiniz
nitq və Forumda iştirakınız
xüsusilə bizim, bu tədbir və Nizami Gəncəvi Mərkəzi
üçün şərəfvericidir. Sizin və
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi
bu Mərkəzin inanılmaz dərəcədə
qısa müddətdə
genişlənməsi və
çiçəklənməsinə imkan yaradıb.
Bizə Azərbaycanın belə qeyri-adi tədbirlərin keçirilməsi işini
öz üzərinə
götürməsini görmək
çox xoşdur. Yaxın vaxtlarda
Sizdə Avropa Oyunları keçiriləcək.
Ölkənizdə müxtəlif növ
tədbirlər keçirilir,
“Eurovision” və bu kimi digər müsabiqələr. Beləliklə, Bakı inanılmaz dərəcədə cəlbedici
bir mərkəzə çevrilib. Biz burada olmaqdan qürur duyuruq və təşəkkürümüzü
ifadə edirik. Biz xüsusilə Sizə təşəkkürümüzü
ifadə edirik. Çünki biz bilirik ki, bu gün
Sizin ananızın
doğum günüdür
və bu gün Siz ailənizlə
bizimləsiniz. O, böyütdüyü
oğulla qürur duya biləcək bir qadındır. Əminəm ki, o, Sizin necə
bir prezidentə çevrilməyinizi görməkdən
qürur duymuş olardı.
Qeyd etməliyəm
ki, mənim ölkəmdə tədbirlər
keçirilir. Belə ki, Latviya hazırda Avropa Şurasına sədrlik edir və mayın
22-da Avropanın Qonşuluq
Siyasətinin birlikdə
müzakirə edilməsi
adı atlında xüsusi bir tədbir keçiriləcək.
Bu Forumda müzakirələr
zamanı biz həmin tədbirə qısaca olaraq toxunduq. Avropalılar
bu məsələ haqqında düşünməkdədirlər
və özümün
də üzv olduğum Xarici Əlaqələr üzrə
Avropa Şurası Avropa İttifaqının
Qonşuluq Siyasəti
haqqında tənqidi bir nəşr dərc etmişdir. Mənim şəxsən razılaşdığım
tövsiyələrdən biri
də odur ki, Avropa İttifaqı
öz qonşuluq siyasətində o qədər
də uğur əldə etməmişdir
və ona hələ də çoxlu hazırlıq işləri görmək
lazımdır. Əlbəttə ki, Xarici Əlaqələr
üzrə Avropa Şurasının tövsiyələrindən
biri də o olmuşdur ki, hər bir ölkə
üçün fərdi
yanaşma qəbul edilməlidir və hər bir kəsə
şamil edilə biləcək qlobal yanaşma mövcud olmamalıdır. Şərq ölkələri
Cənub ölkələrindən
fərqlənir. Zəngin ölkələr
həyatda qalmaq üçün mübarizə
aparan ölkələrdən
fərqlənir. Avropa bu
ciddi fərqləri nəzərə almalıdır
və hər bir ölkə ilə ayrıca bir dialoqa girməli,
bu və ya digər vəziyyətə
ən çox uyğun olan münasibətləri təyin
etməlidir.
Mən Sizinlə
çox səmimiyəm. İcazə verin,
mayın 22-də keçiriləcək
tədbirə Latviya hökuməti adından dəvəti Sizə çatdırım, çünki
səmimi olaraq demək istəyirəm ki, Avropanın böyük bir hissəsi Avropa İttifaqı ilə dialoqun intensivləşdirilməsini
görmək istəyir.
Bu dəvəti Sizə çatdırıram
və mayın 22-də
Sizi Riqada gözləyirəm.
Xanım Vayra Vike-Freyberqa tədbirin yüksək səviyyədə təşkili
ilə əlaqədar
III Qlobal Bakı Forumunun iştirakçılarının
təşəkkürlərinin ifadə olunduğu xatirə kitabını dövlətimizin başçısına
hədiyyə etdi.
Azərbaycan.-2015.-
30 aprel.- S.2.