III Qlobal Bakı Forumu çərçivəsində “Ukraynanın

gələcəyi ilə bağlı dəyərləndirmələr” mövzusunda müzakirələr aparılıb

 

Aprelin 29-da III Qlobal Bakı Forumu çərçivəsində “Ukraynanın gələcəyi ilə bağlı dəyərləndirmələr” mövzusunda panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Ukraynada baş verən hadisələrlə bağlı atılmalı addımlar, stabil, güclü Ukrayna üçün görülməli tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Panelin moderatoru Polşanın sabiq Prezidenti Aleksandr Kvasnevski hazırda dünyanı narahat edən problemlərin, o cümlədən Ukraynanın gələcəyi ilə bağlı məsələ barədə müzakirələrin aparılması baxımından bu Forumun yaxşı imkan yaratdığını qeyd edib.

Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenkoinkişafa, xalqların rifahına mane olan bütün münaqişələrin həll edilməsinin, beynəlxalq ictimaiyyət tərəfindən bu istiqamətdə qəti addımların atılmasının vacibliyini qeyd ediblər. Diqqətə çatdırılıb ki, beynəlxalq təşkilatlara münaqişələrin həll edilməsi ilə bağlı inam getdikcə azalır. Çünki bu münaqişələrin həlli üçün qəbul edilmiş sənədlərə məhəl qoyulmur. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə də özünü göstərir.

Panel iclası mövzu ətrafında müzakirələrlə davam edib.

 

Azərbaycan.-2015.- 30 aprel.-  S.4.