Forumun sonuncu panel iclası “Yerli, milli və regional
inteqrasiyanın təhlükəsizlik
imkanları” mövzusuna həsr edilib
III
Qlobal Bakı Forumunun sonuncu panel iclası “Yerli, milli və
regional inteqrasiyanın təhlükəsizlik imkanları”
mövzusuna həsr edilib.
Ərəb
Liqasının keçmiş baş katibi Əmr Musanın
moderatorluğu ilə keçirilən sessiyada Uruqvayın
keçmiş Prezidenti Luis Alberto Lakalle regional inteqrasiyanın
iqtisadi, mədəni və siyasi səviyyədə daha
yaxın əməkdaşlıq üçün bir vasitə
olduğunu söyləyib.
Yaponiyanın
keçmiş Baş naziri Yukio Hatoyama regional inteqrasiyadan
söhbət açaraq bu məsələdə təhlükəsizliyin
gücləndirilməsinin vacibliyini vurğulayıb. O, ölkələrin
müharibə təhlükəsindən azad olması
üçün hərbi gücdən imtinanın önəmini
qeyd edib. Yukio Hatoyamasülhün təmin olunmasında ölkələr
arasında konstruktiv dialoqun əhəmiyyətini
vurğulayıb.
Slovakiyanın
keçmiş Baş naziri xanım İveta Radiçova III
Qlobal Bakı Forumunun dünyada baş verən bir çox
hadisələrin müzakirəsi üçün əhəmiyyətli
platforma olduğunu söyləyib. O qeyd edib ki, müharibə
təhlükəsizliyinin qarşısının
alınması üçün əhəmiyyətli alyanslar
yaradılmalıdır.
Estoniyanın
keçmiş Prezidenti Arnold Rüütel “Şərq tərəfdaşlığı”
proqramının əhəmiyyətindən danışaraq bu
layihənin gənclərin Avropaya inteqrasiyasına dəstək
olduğunu, müzakirələr aparmaq baxımından imkan
yaratdığını söyləyib. Beynəlxalq
etimadın yaradılmasında regional və beynəlxalq təşkilatların
rolundan danışan Arnold Rüütel bu qurumların
sülhün, təhlükəsizliyin təmin olunmasına
mühüm töhfə verə biləcəyini diqqətə
çatdırıb.
Azərbaycan.-2015.- 30 aprel.- S.5.